Cədvəl 32.1
Dünyada ixrac olunan məhuslların tərkibində ayrı-ayrı ölkə qruplarının xüsusi çəkisi (%-lə)1
Ölkələr
|
Illər
|
1987
|
1993
|
1998
|
Inkişaf etmiş ölkələr
|
70,0
|
67,2
|
67,8
|
O cümlədən, ABŞ
|
10,2
|
11,4
|
11,3
|
Kanada
|
4,0
|
3,8
|
3,7
|
Avropa Ittifaqı
|
41,8
|
37,4
|
34,6
|
Inkişaf etməkdə olan ölkələr
|
21,4
|
28,0
|
26,2
|
32.1 cədvəlindəki məlumatlardan aydın olur ki, XX əsrin 90-cı illərinin ortalarında dünyada ixrac olunan məh-sulların 2/3 hissəsindən çoxu inkişaf etmiş ölkələrin payına düşmüşdür. Dünya ticarətində – əmtəə dövriyyəsində inkişaf etməkdə olan ölkələrin payının artması meyli özünü gös-tərir. Belə bir cəhəti də nəzərə almaq lazımdır ki, dünya ticarətində yeni sənaye dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin rolu artmaqdadır.
3. Dünya əmtəə bazarında qiymətlərin əmələ gəlməsi.
Ilk dövrlərdə beynəlxalq əmək bölgüsü və dünya ka-pitalist bazarı əsas etibarilə ölkələrin təbii şəraitlərindəki müxtəlifliyə əsaslanırdı. Sənaye çevrilişindən sonra istehsal amillərinin beynəlmiləl xarakter alması ilə əlaqədar olaraq o, milli təsərrüfat çərçivəsindən çıxmış və bu əsas üzərnidə sabit beynəlxalq əmək bölgüsü və dünya bazarı meydana gəlmişdir. Lakin aydın məsələdir ki, beynəlxalq əmək bölgüsündə və mübadilədə iştirak edən ölkələr əvvəllərdə olduğu kimi eyni şəraitdə olmurlar. Bu, onların coğrafi vəziyyətlərində, təbii sərvətlərin tərkibi və zənginliyində, iqtisadiyyatın miqyası, inkişaf səviyyəsi və daxili bazarın tutumunda və sairələrdəki müxtəlifliklə əlaqədardır.
Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrdə eyni məhsu-lun istehsalına çəkilən xərclər də müxtəlif olur. Ona görə də hər bir ölkə başqa ölkələrə o, məhsulları satmağa çalışır ki, həmin məhsulların istehsalında üstünlüyə malik olsun. Və dünya bazarında elə məhsulları satın almağa cəhd göstərir ki, həmin məhsullar onun özündə baha başa gəlir.
Ölkələr arasında əmtəə mübadiləsi isə dünya qiymət-ləri ilə həyata keçirilir. Bu, dünya ticarətinin səciyyəvi cəhəti ilə müəyyən edilir. Başqa sözlə, dünya ticarətində “milli qiy-mətlər–dünya qiymətləri” sistemi mövcuddur. Bunun əsasını beynəlmiləl istehsal xərcləri təşkil edir. Bu, hər hansı bir əmtəə növünün hazırlanmasına sərf olunan istehsal amillərinin (kapital, əmək, təbii və maddi ehtiyatların müx-təlif növləri) dünyada formalaşmış orta qiymətləri əsasında müəyyən edilir. Həm də qeyd etmək lazımdır ki, beynəlmiləl istehsal xərcləri bu və ya digər xammal növünün çox hissəsi-ni dünya bazarına göndərən əsas ölkənin təsiri ilə formalaşır. Bunlarla yanaşı, dünya qiymətlərinə beynəlxalq bazarlarda ayrı-ayrı əmtəə növlərinə olan tələb və təklif də təsir göstərir.
Beynəlxalq ticarət üçün çoxqiymətlilik, yəni eyni bir əmtəə növü üzrə müxtəlif qiymətlərin mövcud olması sə-ciyyəvidir. Dünya qiymətləri ilin vaxtından, yerdən, əmtəə-lərin reallaşdırılması şərtlərindən, bağlanmış müqavilədən asılı olaraq bir-birindən fərqlənir. Təcrübədə dünya qiymət-ləri beynəlxalq ticarət mərkəzlərində, müəyyən növ əmtəəni idxal və ixrac edən məşhur firmalar arasında bağlanan ən iri və sabit ixrac, yaxud da idxal sövdələşmələrində nəzərdə tu-tulan qiymətlər hesab olunur. Bir çox xammal növlərinin (taxıl, kauçuk, pambıq və s.) beynəlxalq qiymətləri dünya-nın ən iri əmtəə birjalarında əməliyyatların aparılması prosesində müəyyən olunur.
Bəzi hallarda hər hansı bir ölkə hətta özündə istehsal olunan və dünya qiymətlərindən baha başa gələn məhsulları ixrac etdikdə zərər çəkə bilər. Lakin buna baxmayaraq bu ölkənin ixrac etdiyi məhsulların satışından əldə olunan vəsaitə başqa ölkələrdə istehsal edilən beynəlxalq bazarda qiymətləri nisbətən ucuz olan əmtəələri satın almaqla, müəyyən məbləğdə fayda götürməsi də mümkündür. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə iki məhsul - "A" və "B" əmtəələri istehsal olunur və onların daxili bazar qiymətləri müvafiq olaraq 5 və 6, dünya bazar qiymətləri isə 4 və 2 dollara bərabərdir. "A" məhsulu ixrac olunduqda dünya bazar qiymətləri ilə 4 dollar əldə edilir. Bu 4 dollara dünya bazarında 2 ədəd "B" məhsulu (4:2=2) almaq olar ki, bu da milli qiymətlə hesablandıqda dəyəri 10 dollara (5x2=10) bərabər olur. Deməli, ixracın zərərli olmasına baxmayaraq (4–6=-2) həmin ölkə üçün bütövlükdə xarici iqtisadi əlaqələr sərfəlidir, çünki 6 dəyər vahidi (dollar) ixrac etməklə o, bunun müqabilində 10 dəyər vahidi (dollar) əldə etmiş olur.
Dostları ilə paylaş: |