Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük bölmədən ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir.
Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdirir. Balans, xarici ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vurulması ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdirən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əlaqədardır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haqqında məlumatları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir.
Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq lazımdır. Ixrac idxaldan çox olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir.
Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlumatlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çıxarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əlamətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili investisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin mənfi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.
Dostları ilə paylaş: |