Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhə-ləsində qızıl (qızıl sikkə) standartına əsaslanmışdır.
Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qay-dada təşkili pulun vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məzmununun müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu. Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi banklar kağız pulları (banknotları, xəzinə biletlərini və başqa pul nişanlarını) nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə gətirilməsi və ölkədən aparılmasına icazə verilirdi.
Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllərində meydana gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin hamısında mövcud olmuşdur.
Qızıl standartı şəraitində tədiyə balansının tənzim-lənməsi əsas etibarilə kortəbii surətdə, xüsusi kanallar vasi-təsilə qızılın bir ölkədən digərinə aparılması yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparıl-masında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının tarazlaşdırılmasında başlıca "tənzimlə-yici" rolunu oynayırdı.
Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərəkətinin genişlənməsi, kredit və nəqd olmayan hesablaşmaların üstünlüyə malik olduğu dövrdə daxili tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə balansı qalığının ödənilməsi mexanizmində keyfiyyət dəyişiklikləri əmələ gəldi. Beynəlxalq hesablaşmaları tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalvasiyası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə istifadə edilməsi, əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tənzimləmək üçün inflyasiya və ya deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələrinin dəyişdirilməsi, beynəlxalq borc və kre-ditlərdən istifadə olunması və nəhayət xarici borcların restrukturizasiyası–bütün bunlar alınmış borcun və kredit-lərin ödənilmə müddətinin vaxtaşırı uzadılmasına və nəticədə tədiyə balansını müvəqqəti olsa da tarzlaşdırmağa və qızıl ehtiyatları hesabına onun mənfi qalığını qeyri-müəyyən müddətə aradan qaldırmağa imkan verdi.
Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sis-temlə əvəz edilməsi üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisadiyyatında və iki dünya müharibəsi ara-sındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.
Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dünya müharibəsi illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən edilmişdir.
Dostları ilə paylaş: |