FəNN: makroiQTİsadiyyat


Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı deyilir



Yüklə 1,1 Mb.
səhifə158/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   154   155   156   157   158   159   160   161   ...   177
Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı deyilir. Valyuta əməliyyatlarının böyük əksəriyyəti nəqd olma­yan formada, yəni cari və müddətli bank hesablarında müvafiq qeydlər edilməklə aparılır, çox az bir hissəsi isə nəqd pul mübadiləsinin payına düşür. Bəzi ölkələrdə banklararası bazarın bir hissəsi valyuta birjası şəklində təşkil olunur.

Müasir kommunikasiya vasitələri bütün gün ərzində (bazar gün­­lərindən başqa) valyuta əməliyyatlarını aparma-ğa imkan verir. Mə­sələn, bütün dünyada geniş filiallar şəbəkəsinə malik olan Qərbi Avro­pa bankı günün istənilən vaxtı Sinqapurda, Frankfurtda, San-Fran­sis­koda, Ankara-da, Nyu-Yorkda dolların alverini edə bilər. Göründüyü kimi, müasir dövrdə milli valyuta bazarları bir-biri ilə sıx tellərlə bağlı olmaqla, dünya valyuta bazarının tərkib hissəsidirlər.



Bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidində ifadə olunan qiymətinə valyuta məzənnəsi deyilir. Milli pul vahidi mə­zənnəsinin xarici pul vahidinin məzən-nəsində təsbit olunması isə val­yuta qiyməti adlanır. Bu zaman milli pul vahidinin məzənnəsi ya bir­başa qiymət təyinetmə (xarici valyutanın 1, 10, 100 vahidi = milli val­yu­tanın "X" vahidinə), yaxud da əks qiymət təyinetmə (milli valyutanın 1, 10, 100 vahidi = xarici valyutanın "X" vahidinə) formasında müəy­yən edilə bilər. Ölkələrin əksəriyyətində milli valyutaların məzənnələrini müəyyən edərkən birbaşa qiymət təyinetmədən, Böyük Britaniyada əks qiymət təyinetmədən, ABŞ-da isə hər ikisindən istifadə olunur.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin