FəNN: makroiQTİsadiyyat


Inflyasiyanın aşağıdakı növləri vardır



Yüklə 1,1 Mb.
səhifə54/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   50   51   52   53   54   55   56   57   ...   177
Inflyasiyanın aşağıdakı növləri vardır: 1) Açıq inflyasiya; 2) Sar­sıdı­cı inflyasiya; 3) Mötədil (mülayim) inflyasiya; 4) Çaparaq inflyasiya; 5) Hi­per inflyasiya; 6) Tarazlaşdırılan inflyasiya; 7) Tarazlaşdırılmayan inflyasiya; 8) Gözlənilən inflyasiya; 9) Gözlənilməyən inflyasiya.

Açıq inflyasiya bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələr üçün səciyyəvidir. Bu, bir-birilə qarşılıqlı əla-qədə olan tələb və tək­lifin, qiymətlərin açıq şəkildə artma-sına təsir göstərməsilə əlaqə­dardır.

Sarsıdıcı inflyasiya inzibati-amirlik iqtisadiyyatına xas olan giz­li inflyasiyadır. Çünki bu iqtisadi sistemdə qiy-mətlərə və gəlirlərə cid­di nəzarət olunur. Bu isə inflyasiya-nın açıq şəkildə özünü qiymətlərin artmasında göstərməsinə imkan vermir. Zahirən qiymətlər sabit qalır. Lakin dövriy-yəldə olan pul kütləsinin artması əmtəə çatışmazlığına sə­bəb olur. Bu isə öz növbəsində "gizli iqtisadiyyatın" əl-qol açma-sına gə­tirib çıxarır.

Sarsıdıcı inflyasiya dövründə əmtəə çatışmazlığı zahirən görün­məyən inflyasiya prosesinin görünən tərəfinə çevrilir. Çünki, eyni miq­darda əmtəənin satın alınması üçün daha çox pul kütləsi tələb olunur. Sarsıdıcı inflyasiya zamanı pul kütləsinin yalnız bir hissəsi pul kimi is­tifadə olunur. Alıcılar əllərində olan pulun əhəmiyyətini qabarıq şəkildə göstərmək üçün aztapılan əmtəələri axtarıb tapmağa çalışırlar. Bunun nəticəsində sarsıdıcı inflyasiya şəraitində bazarın qeyri-leqal forması olan "qara bazar" əmələ gəlir.

Qara bazarda əmtəələrin əsl qiymətləri formalaşır, qiymətlərin sabitləşməsi haqqında illüziyalar isə satıcı və alıcıları çaş-baş salır, iqtisadi rifahın yaxşılaşması haqqında yanlış təsəvvür yaranır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin