Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə inflyasiya bir və ya bir neçə ölkənin iqtisadiyya-tını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.
Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fazalarından, habelə iqtisadiyyatın tən-zimlənməsinə dövlətin müdaxilə etməsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər.
Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sabitlik dövrləri ilə əvəz edilmişdir. Hazır-da isə qiymətlər sənaye tsiklinin bütün fazalarında artır.
Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üs-tünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xü-susilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflya-siyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur.
Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapitalist ölkələrində inflyasiyanın "yavaşıdığı" və onun sürətinin aşağı düşdüyü müşahidə olunur. Bu, aşa-ğıdakılarla əlaqədardır.
Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiyyətləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhra-nından sonra uzun sürən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymət-lərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;
Əmək məhsuldarlığının dinamikasındakı dəyişik-lik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəs-kinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və is-tehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;
Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kəsiri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəyyən dərəcədə "bitərəfləşdi-rilməsi"nə səbəb olmuşdur. Belə ki, 70-ci illərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;
1980-ci illərdə kredit ekspansiyasında (genişlən-məsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bankların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələrinin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azalmasına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qədər zəifləməsinə gətirib çıxarmışdır;
Dünya bazarında enerji xammallarının qiymətlə-rinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiy-mətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkə-lərində istehsal xərclərinin azalmasına səbəb olmuşdur.