Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi me-todları iki qrupa bölünür: 1) müstəqim (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə etmədən tənzimləmək mümkün deyildir. Misal üçün dövlət, əhalidə olan pul vəsaitini əmanət qoyuluşuna jəlb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir. Məsələn, dövlət milli məhsulun strukturunun jəmiyyətin tələbatına uyğunlaş-dırılmasına nail olmaq üçün müvafiq vergi və güzəştlər sistemi tətbiq etməli, qiymətlərin səviyyəsi üzərində nəzarəti həyata keçirməli, yaxud da ayrı-ayrı istehsalçılara xüsusi şərait yaratmalıdır. Bunlarla yanaşı, inzibati və iqtisadi metodlardan qarşılıqlı şəkildə istifadə olunması onların bir-birindən fərqləndirilməsini inkar etmir. Belə ki, məlum olduğu kimi, iqtisadi proseslərin tənzimlənməsində inzibati metodlardan gen-bol istifadə olunması azad iqtisadi fəaliyyəti məhdudlaşdırır. Lakin tətbiq olunan tənzimləmə metodları iqtisadi jəhətdən əsaslandırıldıqda, bu, onların bazar iqtisadiyyatının fəaliyyətinə mənfi təsirini xeyli azaldır. Bazar münasibətlərinin hələ təşəkkül tapmadığı böhranlı iqtisadiyyat şəraitində isə milli reallıqlar nəzərə alınmadan iqtisadi proseslərin tənzimlənməsində iqtisadi metodlara üstünlük verilməsi böyük mənfi sosial-iqtisadi nətijələrə gətirib çıxara bilər.
Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqça mürəkkəb prosesdir. Iqtisadçılar tənzimləmə metodlarını adətən iki qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar;
Ümumi metodlara idrak metodlarının toplusu, sis-temli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqa-ları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzi-fə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərdə hadisələrin inkişafının qabaqjadan proqnozlaşdırılması, kəmiyyət və keyfiyyət təh-lil metodlarına kompleksli yanaşmalara əsaslanır.
Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdjə, balans, proqram-məqsədli və normativ metodlar xüsusi yer tutur.
Dostları ilə paylaş: |