FəNN: makroiQTİsadiyyat


Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir



Yüklə 1,1 Mb.
səhifə110/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   106   107   108   109   110   111   112   113   ...   177
Sahibkar kapitalına birbaşa və dolayı investisiyalar daxildir. BVF-nin müəyyən etdiyinə görə birbaşa investisi-yaların səciyyəvi cəhəti ondan ibarətdir ki, sahibkar investi-siya qoyduğu əmlakın (müəssisənin) idarə olunmasında nəzarəti öz əlində saxlayır. Dolayı investisiyalar isə onun sahibinə belə bir səlahiyyət vermir. Çünki bu investisiyalar adətən səhmlər zərfindən (yaxud da ayrı-ayrı səhmlərdən) ibarət olur. Bu, fir­maların xüsusi kapitalının 10-20%-dən azını təşkil edir. Dolayı inves­tisiyalara istiqrazlar və digər qiymətli kağızlar da daxildir. Ayrı-ayrı öl­kələrdə formal olaraq birbaşa və dolayı investisiyalar arasında müxtəlif formalarda və müəyyən hədd daxilində fərq qoyulur. Lakin bu hədd şərtidir. Ona görə ki, bəzi hallarda, xüsusilə də fir-maların özlərinə məx­sus olan kapital çoxsaylı həmsahiblər arasında bölündükdə, səhmlərə sa­hib olmaq idarəetməyə nəzarəti həyata keçirməyə imkan verir. Sa­hib­kar və borc kapitalları arasında da belə qeyri-müəyyən hədd qo­yulur. Məsələn, firmaların özlərinin xaricdə olan filiallarına verdikləri borc birbaşa investisiyalara aid edilir.

Investorlar birbaşa investisiyaları ixrac etməklə baş-qa öl­kə­lərdə yeni firmalar (müstəqil və ya yerli tərəfdaşlarla birlikdə) təsis edir, yaxud da xaricdə fəaliyyət göstərən fir-malarda müəyyən paya sahib olurlar. Xaricdə belə firmaları adətən filial (ingiliscə – foreign affilates) ad­landırırlar.

Bu filiallar da öz növbəsində şöbələrə, qız və assosia-tiv şir­kət­lərə bölünür. Şöbə (ingiliscə – division, branch) xaricdə qeydiyyatdan keç­sə də xüsusi balansa malik olan müstəqil şirkət hesab edilmir və əsas firmaya məxsus olduğu üçün hüquqi şəxs sayılmır. Qız şirkətləri (ingi­liscə – subsidiary) isə xaricdə müstəqil şirkət kimi qeydiyyatdan keçiri­lir, başqa sözlə, müstəqil balansa malik olmaqla, hüquqi şəxs hesab edilir. Lakin onun fəaliyyəti üzərində nəzarəti səhmlərin əsas hissəsinə, yaxud da onun kapitalına sahib olan baş firma həyata keçirir. As­so­siativ şirkətlər (accociated company, accociate) qız cəmiyyətlərindən onun­la fərqlənir ki, o, baş firmanın nəzarəti altında deyil, təsiri altında olur. Çünki assosiativ şirkətlərin səhmlərinin çox böyük hissəsi bir şir­kətə məxsus olur. Bu şirkətlərin müxtəlif növləri ola bilər. Bunlardan biri iki və daha çox milli firmanın (onların içərisində xarici firmalar da ola bilər) vəsaiti hesabına yaradılan müştərək şirkətlərdir. Ingiliscə bu­na joint ventures deyilir. Müştərək müəssisələr az çeşiddə məhsul buraxa və qısa müddət mövcud ola bilər. Burada xarici müəssisələrin iştirakı məcburi deyildir.

Bəzi hallarda bir səhminin belə baş şirkətə məxsus olmadığı müəssisələri də xarici firmalara aid edirlər. Baş firmalar onlara (filial­lara) müqavilə əsasında nəzarət edirlər. Müqavilə filialın idarə edilmə­silə əlaqədar olaraq bağlana bilər. Bunlara mehmanxanaların idarə olunma­sına dair razılaş-maları misal göstərmək olar.

Xaricdə fəaliyyət göstərən kapitalın dəyəri olduqca çoxdur. Be­lə ki, 1996-cı ilə olan məlumata görə dünyada birbaşa investisiyalar təq­ribən 3 trln. dollara bərabərdir. Dünyada mövcud olan 40 min baş fir­manın (transmilli korporasiyaların) sahib olduğu 270 mindən çox xarici filiallar var və onların sayı daim artır. Bunların çoxu orta və kiçik mü­əs­sisələrdir və dünya bazarlarına daha çox çıxırılar. Lakin qeyd et­mək lazımdır ki, transmilli korporasiyaların əsasını hələ də onlarla, bə­zi hallarda hətta yüzlərlə xarici filialı olan iri korporasiyalar təşkil edirlər. Belə ki, birbaşa xarici investisiyaların 1/3 hissəsi bazar iqtisa­diy­yatının inki-şaf etdiyi ölkələrin yüz iri korporasiyasının payına düşür. Bu kor­po­rasiyaların mənzil-qərargahının 90%-dən çoxu da məhz bu ölkələrdə yerləşmişdir. Lakin transmilli korporasi-yaların sayı inkişaf etməkdə olan və keçid dövrü iqtisadiy-yatını "yaşayan" ölkələrdə daha sürətlə ar­tır. Bu proses özünü Meksika, Braziliya, ÇXR, Koreya Respublikası, Ru­siya və başqa ölkələrdə daha bariz şəkildə göstərir.

Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir çoxu belə he­sab edir ki, onların bazarı yalnız ticarətlə məh-dudlaşa bilməz, xa­ri­­cə daha çox investisiya qoymağa çalış-maq, şöbə, filial, assosiativ fir­ma yaratmaq lazımdır. Onla-rın fikrincə bu, həmin firmaların xarici ba­zara nüfuz etmə-ləri və öz fəaliyyətlərini genişləndirmələri üçün eti­barlı üsuldur.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin