FəNN: makroiQTİsadiyyat



Yüklə 1,1 Mb.
səhifə117/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   113   114   115   116   117   118   119   120   ...   177
Internallaşdırma modeli. Bu model R.Kouzanın ideyalarına əsaslanır. Onun fikrincə çox iri korporasiyaların daxilindjə xüsusi bazar (ingiliscə – internal) fəaliyyət göstərir və o, korporasiyanın, habelə onun fi­liallarının (bölmələri-nin) rəhbərliyi tərəfindən tənzimlənir. Internal­laş­dırma mo-delinin yaradıcıları–ingilis P.Bekli, M.Kesson, C.Mak­ma­nus, A.Raqmen, C.Danninq və b.–belə hesab edirlər ki, beynəlxalq əmə­liy­yatların xeyli hissəsi, əslində transmilli korporasiyalar adlan­dırılan iri təsərrüfat komplekslərinin bölmələri arasındakı firmadaxili əməliyyatlardır.

  • Marksist model. Kapital ixracına dair digər nə-zəriyyələr ki­mi bu model də kapital artıqlığına əsaslanır. Bu, XIX əsrdə və XX əsrin əvvəllərində, o zaman təsərrüfat həyatına başçılıq edən xırda mülkiy­yət­çi­lər tərəfindən, onla-rın özləri üçün əlverişli olan üsulla – fond bir­jaları vasitəsilə və istiqrazlar şəklində həyata keçirilmişdir. XX əsrin ikinci yarısından isə artıq kapital iri və ən iri mülkiyyətçilər (inhisarlar) tə­rə­findən birbaşa investisiyalar şəklində ixrac olunur. Bununla da bey­nəl­xalq inhisarlar birbaşa investisi-yalar vasitəsilə istehsal, maliyyə və tex­noloji güclərinə görə yerli rəqiblər üzərində müəyyən üstünlük əldə etmiş olurlar.

  • Eklektik model. Birbaşa investisiya modellərinin birtərəf­li və məhdud olmaları C.Danninq modelinin meyda-na gəlməsinə səbəb olmuşdur. O, özündə digər modellərdə sınaqdan keçirilmiş və təcrübədə özünü doğrultmuş ünsür-ləri birləşdirdiyi üçün onu "Eklektik para­diq­ma" adlandırır-lar. Bu modelə görə aşağıdakı üç şərt bir-birinə uyğun gəldik­də firma xaricdə məhsul istehsalına başlayır: 1) Firma xarici öl­kə­də fəa­liyyət göstərən digər firmalar üzərində müəyyən üstünlüyə malik olur (mülkiyyətçinin spesifik üs-tünlüyü); 2) Firma üçün bu üstünlüyün yer­lər­də, yəni məh-sulu ixrac etmək yolu ilə deyil, məhz onun istehsalını hə­min ölkədə təşkil etməklə həyata keçirilməsi daha sərfəlidir (Bey­nəl­mi­ləlləşmənin üstünlüyü); 3) Firma öz ölkəsində ol-duğuna nisbətən xa­ric­də bəzi istehsal ehtiyatlarından daha səmərəli istifadə edir. Hazırda bir­başa investisiyaların ek-lektik modeli geniş şöhrət qazanmışdır.


    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   113   114   115   116   117   118   119   120   ...   177




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin