Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Domar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma norması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlandırırlar. Lakin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1 nəzəriyyəsi durur.
Bu nəzəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının tarazlaşdırma normasını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsaslanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə artırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-birinə bərabərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun olaraq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.
Dostları ilə paylaş: |