Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır
Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərir. O, iştirakçı dövlətlərin tiracət və tarif siyasətini tənzimləyir, onların arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və kəmiyyət məhdudiyyətlərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23 ölkə imzalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Müşahidəçi ölkələ-rin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, sessiyalarında, müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət dövriyyəsinin 90%-dən çoxu QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür. Təşkilatın üzvü olan ölkələrin nümayəndələri vaxtaşırı ra-undlara toplaşırlar. Yığıncaqlarda müxtəlif xarakterli əngəl-ləmələrin – kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsumunun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşı-laşdırılması sahəsində qərarlar işlənib hazırlanır və qəbul edilir.