Dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna, necə deyərlər fəal himayədarlıq, yaxud da ixracın stimullaş-dırılmasının müxtəlif formaları aiddir. Bunların içərisində ixracın dövlət tərəfindən güzəştli şərtlərlə kreditləşdirilməsi (faiz dərəcələrinin azaldılması və kreditin müddətinin uzadılması), ixrac kreditlərinin dövlət sığortasını, ixracın birbaşa subsidiyalaşdırılmasını və ixrac edənlər üçün müxtəlif vergi güzəştlərini xüsusi qeyd etmək lazımdır. Milli müəssisələrin məhsullarının ixrac edilməsinin, ticarət-iqtisadi informasiyaların əldə olunmasının, nəqliyyat və informasiya infrastrukturunun inkişaf etdirilməsinin, yar-marka və sərgilərin təşkilinin müxtəlif formalarından isti-fadə olunur və s.
Ixracın stimullaşdırılması formalarına ticarət siyasə-tinin dempinq istiqaməti də aiddir. Bu, o deməkdir ki, ixrac olunan məhsullar hər hansı bir ölkənin bazarında daha aşa-ğı qiymətlə satılır. Doğrudur, dempinq siyasətindən isteh-lakçılar qazanırlar. Lakin oxşar məhsulları istehsal edən-lərin zərər çəkmələri dövləti dempinqə qarşı tədbirlər görməyə (məsələn, dempinq əleyhinə gömrük rüsumları tətbiq etməyə) məcbur edir. Dempinq əleyhinə tədbirlərdən daxili bazarı xarici firmaların rəqabətindən müdafiə vasitəsi kimi istifadə olunur.