Mövzu 14: Beynəlxalq valyuta münasibətləri.
( 2 saat)
Plan
1. Valyutanın mahiyyəti, milli və qünya valyuta sistemləri.
2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.
3. Beynəlxalq maliyyə kredit sistemi.
1.Valyutanın mahiyyəti, milli və dünya valyuta sistemləri.
Valyuta sözü qiymət, dəyər mənasını verir və ölkənin pul vahidi–manat, dollar, funt sterlinq və i.a.–deməkdir. Hər bir milli bazarın özünün va-lyuta sistemi vardır.
Milli valyuta sistemi ölkənin pul sisteminin ayrılmaz tərkib hissəsidir. Lakin o, təkcə daxili pul tədavülünü deyil, həm də beynəlxalq hesablaşmalarla əlaqədar meydana çıxan münasibətləri əhatə edir. Milli valyuta sisteminin əsas ünsürləri aşağıdakılardır: 1) Milli valyuta vahidi, 2) Valyuta məzənnəsi, 3) Valyutanın dönərliliyi şərtləri, 4) Valyuta və qızıl bazarları sistemləri, 5) Ölkənin istifadə etdiyi beynəl-xalq hesablaşma qaydaları, 6) Ölkənin qızıl valyuta ehtiyat-larının tərkibi və idarə edilməsi sistemi, 7) Ölkədə valyuta münasibətlərini tənzimləyən milli təsisatların statusu.
Milli valyuta sistemi beynəlxalq hüquq normaları nəzərə alınmaqla, milli qanunvericilik əsasında formalaşır. Bu sistemin xüsusiyyəti ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, onun xarici iqtisadi əlaqələri, qarşıya qoyulan sosial vəzifələrlə müəyyən edilir.
Dostları ilə paylaş: |