Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyilir. Bu fərq bankın valyuta əməliyyatlarının aparıl-ması ilə əlaqədar xərclərini ödəyir və onun mənfəətinin formalaşmasında iştirak edir. Valyuta məzənnələri mübadi-lə obyekti olan tədiyə sənədlərinin növlərinə görə də fərq-lənir. Bununla əlaqədar olaraq teleqraf baratlarının, çeklərin, banknotların xüsusi məzənnələri vardır.
"Kross-məzənnə" anlayışı da mövcuddur. Bu, sövdə-ləşmədə iştirak edən tərəflərdən heç birinə məxsus olmayan iki xarici valyuta arasında qiymətin təyin edilməsi demək-dir. Məsələn, əgər Azərbaycan Milli bankı ABŞ dollarının Yapon yeninə olan məzənnəsini müəyyən edirsə, bu kross-məzənnə adlanır. Müxtəlif milli valyuta bazarlarında kross-məzənnələr arasında fərq ola bilər. Kross-məzənnələr haq-qında 34.1. cədvəlinin məlumatlarına əsasən daha aydın təsəvvür əldə etmək olar.