FəNN: makroiQTİsadiyyat


Hazırda, valyuta məzənnələri, demək olar ki, bütün beynəlxalq iqtisadi münasibətlər sistemində "əsəb gərginliyi" yaradan nöqtədir



Yüklə 1,1 Mb.
səhifə163/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   159   160   161   162   163   164   165   166   ...   177
Hazırda, valyuta məzənnələri, demək olar ki, bütün beynəlxalq iqtisadi münasibətlər sistemində "əsəb gərginliyi" yaradan nöqtədir. Çün­ki valyuta məzənnələri xeyli dərəcədə ayrı-ayrı ölkələrin iqtisadiy­yatlarının inkişafını müəyyən edən daxili və xarici amillərdən asılıdır. Odur ki, valyuta məzənnələri dinamikasının qanunauyğunluqlarını də­rindən başa düşmək üçün bəzi əsas anlayışları nəzərdən keçirək.

Müasir dövrdə milli pul bazarlarını hərtərəfli öyrən-mədən val­yuta məzənnələrini təhlil etmək mümkün deyildir. Çünki, ayrı-ayrı dövlətlərin daxili bazarlarında olan pul kütləsi valyuta məzənnələrinə təsir göstərir.

Pulun tədavül və tədiyə vasitəsi vəzifələrini yerinə yetirdiyi pul bazarında ümumi tələb aparılan sövdələşmələ-rin miqdarından asılıdır. Sövdələşmələrin miqdarı isə bu və ya digər ölkənin ÜMM-nin dinami­kası ilə əlaqədardır. Bundan başqa, ÜMM-nin dinamikası ilə pula olan tələb arasındakı əlaqə miqdar pul nəzəriyyəsində başlıca rol oynayır. Buradan da belə bir nəticə hasil olur ki, iqtisadi artım sü­rə­tinin və müxtəlif növ aktivlərə olan tələbin yüksək olduğu ölkələrdə valyuta məzənnəsi də yüksək olmalıdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin