FəNN: makroiQTİsadiyyat


Mövzu 8: İnflyasiya və onun aradan qaldırılması yolları.( 2 saat)



Yüklə 1,1 Mb.
səhifə50/177
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#108527
1   ...   46   47   48   49   50   51   52   53   ...   177
Mövzu 8: İnflyasiya və onun aradan qaldırılması yolları.( 2 saat)

Plan


1. İnflyasiyanın mahiyyəti və növləri.

2. İnflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.

3. Tələb və təklifin inflyasiyası.

4. İnflyasiyanın sosial iqtisadi nəticələri.


1. İnflyasiyanın mahiyyəti və növləri.
Inflyasiya1 qiymətlərin səviyyəsinin artması, iqtisa-diyyatda ümu­mi tarazlığın pozulması deməkdir. Lakin in-flyasiya dövründə bü­tün əmtəələrin qiymətləri bahalanmır. Başqa sözlə, inflyasiyanın sürətlə artdığı dövrdə bəzi əmtəə-lərin qiymətləri qalxa, bəzilərininki sabit qala, digərləri-ninki isə hətta aşağı düşə bilər. Bunlar tələblə təklif ara-sındakı nisbətin, elastikliyin müxtəlifliyi ilə əlaqədardır. Məsələn 1970-80-ci illərdə ABŞ-da inflyasiyanın səviyyəsi-nin yüksək olmasına baxmayaraq videomaqnitafonların, rəqəmli saatların və fərdi kompüterlərin qiyməti aşağı düşmüşdür. Bütövlükdə götürdükdə isə inflyasiyanı qiy-mətlərin fasiləsiz olaraq artması prosesi kimi başa düşmək olar. Deməli, burada həlledici söz "fasiləsiz"indir. Buna görə də qiymətlərin artmasını daimi bir proses kimi qəbul etmək mümkündür. Çünki bu, bütün bazarları əhatə edir və bütövlükdə iqtisadiyyat üçün səciyyəvi olmaqla, qiy­mət­lərin bahalanması nəticəsində tələblə təklif arasındakı tarazlığın, ümu­mi müvazinətin pozulduğunu göstərir.

Lakin qiymətlərin artması bütün hallarda inflyasi-yanın baş verməsi demək deyildir. Çünki məhsulların key-fiyyətinin yaxşılaşması, istehsal amillərinin məhdudlaş-ması, ümumi tələbin dəyişməsi nəticə­sin­də də qiymətlər qalxa bilər və qalxır.

Inflyasiyanın səviyyəsini müəyyən edərkən indeks-lərdən, xüsu­silə də qiymət indekslərindən geniş istifadə olu-nur. Bunlardan həyat (ya­şayış) səviyyəsi indeksini, topdan-satış qiymətlər (istehsal təyinatlı əmtəələrin) indeksini və ÜMM-in def­lya­toru indeksini qeyd etmək olar. Bu indeks-lərin üçü də müəyyən dövr ərzində qiymətlərin orta səviyyə-sinin dəyişməsini ifadə edir. Əsas döv­rün (ilin) qiymətləri bir qayda olaraq 100% qəbul edilir və sonrakı dövrlərin (illərin) qiymətləri ayrı-ayrılıqda onunla müqayisə edilir.

Həyat (yaşayış) səviyyəsi indeksinin köməyilə isteh-lak malla­rının daxil olduğu "bazar səbəti" qiymətinin dəyiş-məsi öyrənilir. ABŞ-da bu indeks hər ay Əmək Statistikası Bürosu tərəfindən hesablanır. Is­tehlak səbətində müəyyən dövr (ay, il) ərzində bir orta şəhər ailəsi tərə­findən satın alınan təxminən 400 adda əmtəə və xidmət nəzərə alınır. Ümumiyyətlə həyat səviyyəsi indeksi aşağıdakı kimi hesablanır:


Cari dövrdə Cari dövrdə "bazar səbəti"nin qiymət indeksi = qiyməti ___

Əsas dövrdə "bazar səbəti"nin

qiyməti


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin