FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT



Yüklə 0,49 Mb.
səhifə2/20
tarix11.01.2022
ölçüsü0,49 Mb.
#110770
1   2   3   4   5   6   7   8   9   ...   20
Mobil Rabitəyə giriş

Mobil Rabitə sisteminin qurulma prinsipinə keçməzdən əvvəl bu sistemdə tətbiq olunan bəzi terminlərə aydınlıq gətirək. Bunlar simplex,duplex,yarımduplex,Retransliyator.

1.Simplex rejimli rabitədə qəbul və verilişdə 1 tezlikdən istifadə olunur.

2.Duplex rejimində qəbulda və verişdə ayrı-ayrı tezliklərdən istifadə olunur.

3.Yarımduplex-buna bəzən iki tezlikli simplex deyilir.Yol rejimində ,radiorabitədə iki tezlikdən istifadə olunur.Duplex rejimindən fərqli olaraq bu tezliklər növbə ilə verilir.yəni hər hansı 1 zaman anında abonent ya qəbul ya da ötürmə rejimində olur.

Rabitə sisteminin ilkin tələblərindən biri mümkün qədər böyük məsafələri qət etməkdir.lakin yer kürəsinin şar şəkilli olması fiziki olaraq müəyyən məsələləri ,imkanları məhtudlaşdırır.




Retranslyator

Retranslyator-radio siqnalları qəbul edən və efirə yayan qurğuya deyilir.Bu qurğu nə qədər yükskdə yerləşərsə onun əhatə dairəsi 1 o dəqər böyük olur.Məsələn yerin süni peykindən yerləşdirilən Retranslyator ən böyük əhatə dairəsində olur.Bu məqsədlə Retranslyatorları həmişə hündür yerdə quraşdırırlar. Və bu günkü rabitəni Retranslyatorsuz təsəvvür etmək mümkün deyil.Retranslyator həmişə siqnalları efirə yaydığı üçün qəbulda və verilişdə müxtəlif tezliklərdən istifadə edirlər.Yəni duplex rejimində işləyir.Duplex rejimində tezlik diapazonu qəbulda 138-147 MQHS ötürmədə isə 470 MQHS olur.Ümumiyyətlə duplex sistemləri 800 MQHS diapazonu tezlik üçün nəzərdə tutulmuşdur.Bu rejim hərəkət edən rabitə sistemlərində geniş tətbiq olunur.Rabitə sistemləri qurulan zaman abonentin identifikasiyası aparılır ki,bu da abonentin məxsusi ünvanı deməkdir.Bu ünvanlaşmanı aparmaq üçün kodlama və dekodlama qurğusundan istifadə olunur.Bu qurğulara həmçinin küyboğucu qurğular da deyilir.Küyboğucular-tonol,rəqəmli və kodlu olurlar.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin