FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT


Hərəkət edən stansiya və onun əsas elementləri



Yüklə 0,49 Mb.
səhifə8/20
tarix11.01.2022
ölçüsü0,49 Mb.
#110770
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Hərəkət edən stansiya və onun əsas elementləri
Şanıvari rabitə sisteminin əsas elementlərindən biri hərəkət edən stansiya və ya radiotelefon aparatıdır.adi telefon aparatlarından fərqli olaraq radiotelefon aparatlarının bir sıra əlavə funksiyaları var.Belə funksiyalara radiotelefon aparatlarının baza stansiyaları ilə daim qarşılıqlı əlaqədə olmasıdır ki, buna əsasən də onların kordinatlarını yerdəyişmələrin baza stansiyaları tərəfindən müəyyən edilir.Hərəkət edən stansiyanın blok sxemi aşağıdakı kimidir.

1.İdarəetmə bloku

2.qəbuledici verici blok

3.Antena bloku

Qəbuledici verici blok özü bir neçə blokdan ibarətdir.

İdarəetmə bloku-nisbətən sadədir,tərkibinə:mikrofon,telefon,klaviatura,displeydaxildir.Klaviatura rəqəm və funkional düymələrdən ibarətdir.Nömrə yığmaq üçün vəstansiyanın iş rejimini təyin etmək üçündür.

Displey-sisteminin iş rejimləri və qurğular vasitəsi ilə verilən informasiyanı ekranda əks etdirir.

Qəbuledici- verici blok-çox mürəkkəbdir və onun tərkibi aşağıdakılardan ibarətdir.

1.Analoq rəqəm çeviricisi(ARG)bu qurğu mikrofonun çıxışında yaranan analoq siqnalları rəqəm siqnallarına çevirir və sonrakı emalını təyin edir.

2.nitq koderi-danışıq siqnallarını kodlaşdırır ki,bunun sayəsində lazım olan informasiyalar götürülür və növbəti kanal köderinə ötürülür.

3.Kanal koderi-nitq koderinin çıxışında alınan rəqəm siqnallarına artıq sinallar əlavə edir ki,bu da siqnalların rabitə kanalı ilə ötürülməsi zamanı yaranan səhvlərdən mühafizəni qoruyur.Bu məqsəd üçün veriləcək informasiya yığcamlaşdırılır və onun tərkibinə məntiqi blokdan verilən idarəetmə informasiyaları da daxil edilir.

Modulyator-kodlaşdırılmış danışıq siqnallarının və yaxud videosiqnalları aparıcı tezliyə uyğunlaşdırır.

Verici blok-tərkibcə qəbuledici blokla eynidir.Lakin əks funksiyanı yerinə yetirir.Bunlar aşağıdakılardır.

Demodulyator-Modullaşmış radio siqnallardan kodlaşdırılmış danışıq siqnallarının və ya videosiqnalları ayırır ki,bu da əsas informasiya daşıyan siqnallardır.

Kanal dedektoru-giriş selindən(siqnallarından) idarəedici informasiyaları ayırır,onu məntiqi bloka yönəldir.Qəbul edilmiş informasiyada səhv varsa o yoxlanılaraq səhvlər mümkün qədər düzəlir və sonrakı mərhələlər üçün yenidən əks ardıcıllıqla yığcamlaşdırılır.

Danışıq dekoderi-kanal dekoderindən daxil olan danışıq siqnallarını bərpa edir və onu təbii formaya gətirri.Bundan sonra rəqəm formasında olan siqnallar rəqəm analoq çeviricisinə ötürülür.

Rəqəm analoq çeviricisi-qəbul edilmiş rəqəm formalı siqnalları danışıq siqnallarına çevirir və telefonun girişinə verir.

Ekvaleyzer-çoxşüalı yayım nəticəsində yaranan təhrifləri qismən aradan götürür.Ona adaptif filtir də deyilir.Bu blokun olması məcburi deyil.Beləliklə koder və dekoder qurğularına birlikdə koder deyilir.

Qəbuledici verici bloka-məntiqi blok və tezlik sintezatorları da daxildir.

Məntiqi blok-özünün operativ və daimi yaddaş olan kompüter olub,hərəkət edən stansiyanın işini idarə edir.Tezlik sintezatoru aparıcı tezlik mənbəyi olub radiokanal vasitəsi ilə veriləcək danışıq siqnallarının aparıcı tezliyə çevirir.Generator və tezlik çeviricisinın olması ona görəvacibdir ki,veriliş və qəbul üçün spektrın müxtəlif sahələrindən istifadə edirlər.Hərəkət edən stansiyanın tərkibinə gücləndiricilər,sinxrotezlikli siqnal generatorları,qəbuledicinin gücünə nəzarət edən qurğular daxildir.İnformasiya verilişinin mənsubiyyətini təmin etmək üçün şanıvari sistemdə şifrələmə rejimi tətbiq edilir.Bu halda verilişdə və qəbulda şifrələmə və deşifrələmə blokları təmin edilir.Mobil aparatlarda abonenti tanımaq üçün xüsusi modul tətbiq edilir ki,o yerə də abonentə məxsus olan nömrə kartları yerləşdirilir.GSM stansiyalarında adentifikasiya olunma əməliyyatı aşağıdakı sxemdə göstərilir.






Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin