Dispeçer sistemləri
“Dispeçer”sözü rabitənin yardılmasında yardımçı olan bir insanın (dispeçerin)mövcudluğunu nəzərdə tutur.Belə ki,mobil daşınan və ya stassionar radiostansiyanın abonenti müəyyən bir tezlikdə dispeçer mərkəzinə zəng edir,sonra isə dispeçer həmin tezlikdə və yaxud başqa bir tezlikdə həmin məlumatı başqa bir abonentə ötürür.Beləliklə dispeçerin vəzifəsi qəbul etdiyi siqnalı tezlik kanalları ilə”retranslyasiya”etmək və ya çağrışları paylaşdırmaqdır.Bir qrup abonent dispeçerlə F1 tezliyində,digər qrup isə F2 tezliyində rabitə əlaqəsi saxlayır.Misal üçün dispeçer F1 tezliyində 1-ci kanalla aldığı məlumatı 2-ci kanala keçərək F2 tezliyində efirə yayır və ya əksinə
Bu cür rabitə sistemində abonentlər üçün minimal sayda kanallara malik sadə radiostansiyalardan və dispeçer üçün bir ədəd çoxkanallı radiostansiyadan istifadə edilir.
Dispeçer məntəqəli rabitə sistemlərndən ən çox yanğın mühafizəsindən,təciliyardım xidmətlərində,polis orqanlarında və digər dispeçer idarəsinə ehtiyac olan sahələrdə istifadə olunur.
Dostları ilə paylaş: |