Fənn: Quyuların geofiziki tədqiqat üsulları



Yüklə 0,67 Mb.
səhifə2/6
tarix01.12.2022
ölçüsü0,67 Mb.
#120313
növüКурсовая
1   2   3   4   5   6
kurs isi (2)

Kurs işinin predmeti – Quyuların texniki vəziyyətinə nəzarət üsulları.
Kurs işinin məqsədi - Nəzarət üsullarından biri olan naklonometriya üsulunun araşdırmaqdır.
İşin quruluşu- Kurs işi Referat, Mündəricat, Giriş, nəticə və 3 fəsildən ibarətdir.


I Fəsil.Quyuların geofiziki tədqiqatı

    1. QGT-nin yeri və rolu

Quyuların geofiziki tədqiqatı (QGT) fiziki üsulların cəmi olub qu­yu kəsilişi üzrə və ya yaxud quylar arası fəzanın təd­qiqinə əsas­­lanır. Neft-qaz quyularının tədqiqində istifadə olu­nan komp­­leks QGT üsulları mədən geofizikası adlanır. QGT komp­leksi dedik­də karotaj üsullarının məcmusu nəzərdə tutu­lur.


Quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasi­ləsiz ola­­raq öyrənil­məsi məqsədilə aparılan geofiziki tədqi­qat­lara ka­ro­­­taj deyilir.
QGT-nin yeri və rolugeoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istis­marı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
I mərhələ: Regional tədqiqatlar aparmaqla regionun pers­pek­tivli geoloji obyektləri aşkarlanır.
II mərhələ: Zonal tədqiqatlar mərhələsində perspektivli geo­loji obyektlərin quruluşu öyrənilir.
III mərhələ:Axatarış mərhələsində əsas məsələ yatağın mövcudluğunun təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiy­mət­ləndirilməsidir
IV mərhələ: Kəşfiyyat mərhələsində faydalı qazıntıların eh­ti­yatının hesablanması və yatağın istismara hazırlanması məq­­sədilə axtarış mərhələsində qurulmuş model dəqiqləşdirilir və müfəs­səlləşdirilir.
V mərhələ:QGT-nin istismar prosesindəki rolu yatağın işlənmə texnologiyasından (quyu, şaxta və s.) asılı olur.
QGT əsas aşağıdakı məsələlərin həllində əhəmiyyətlidir.
I. Ümumi geoloji xarakterli məsələlər - burada quyu kəsili­­şinin litologiyasının öyrənilməsi, layların sərhəd və qalın­lıq­larının öyrənilməsi, quyu kəsilişlərinin korrelyasiyası.
II. Layların kollektorluq xüsusiyyətlərinin öyrənil­məsi - məh­suldar kollektor layların seçilməsi, onların məsamə­li­yinin, gil­­li­liyinin, keçiriciliyinin, effektiv qalınlığının, neft-qaz doyum­lu­ğunun və s. təyin edilməsi.
III. Quyuların texniki vəziyyətinə nəzarət - quyuların se­ment­ləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnmə ye­ri­­nin təyini, quyuda laya və ya laydan quyuya maye axınının in­tervalının təyini, quyuların mayilliyinin ölçülməsi, quyunun hə­qi­qi diametrinin öyrənilməsi və quyuda partlayış işlərii və s.
IV. Neft-qaz yataqlarının işlənməsinə nəzarət- su, neft, qaz, maye kontanklarının, yerinin müəyyənləşdiriliməsi, ca­ri neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiy­mət­lən­dirilməsi.
QGT tədqiqat obyekti əsasən müəyyən fiziki xassə və mad­di tərkiblə müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan, geoloji modellə təsvir olunan geoloji obyektdir:
- neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət; --su -neft- qaz kontaklarının öyrənilməsi;
-cari neft qaz doyumluluq əmsalının təyini, məhsul­dar­lığın qiymətlən­dirilməsi və s.
QGT-nin 50-dən çox modifikasiyaları möv­cud­dur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsu­siyyət­lə­ri­n­dən və növündən asılıdır. Bu üsullardan quyu kəsi­lişlərinin tədqi­qində əsas aşagıdakı üsullar tətbiq olunur (şəkil 1.1.1).



Şəkil 1.1.1. Quyu kəsilişlərinin tədqiqində istifadə olunan üsullar .




    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin