Fənn: Quyuların geofiziki tədqiqat üsulları



Yüklə 0,67 Mb.
səhifə5/6
tarix01.12.2022
ölçüsü0,67 Mb.
#120313
növüКурсовая
1   2   3   4   5   6
kurs isi (2)















II Fəsil. Naklonometriya Üsulu

2.1. Laylarin Yatma Bucaqlarinin Öyrənilməsi



Mə’lumdurki,qazılma növünə görə (istiqamətə görə) quyular şaquli, əyilmiş və horizontal istiqamətli olurlar.

Şəkil 2.2.1.Quyuların relyefdən asılı olaraq müxtəlif istiqamətlərə qazılmasını əksetdirən sxemlər.


Şaquli qazılan quyular adətən kəşfiyyat və axtarış quyularıdır. Bu zaman quyu yatma bucağı 40-dən artıq olmamalıdır. Qarşıya qoyulan məsələdən asılı olaraq istiqamətləndirilmiş (əyilmiş) və horizontal quyular qazılır. Belə quyularda quyu yatma bucağı 900-dək çata bilir. Layların yatma bucaqlarının öyrənilməsi dedikdə, kəsilişdə olan layın iki əsas elementinin (layın meyl bucağı və azimut bucağı ) təyini nəzərdə tutulur. Layın yatma bucaqlarını təyin etməklə rayonun geoloji quruluşunu öyrənmək olur. Belə məlumat xüsusilə mürəkkəb geoloji quruluşuna malik kəşfiyyat quyuları az qazılan rayonlarda lazımdır. Layların yatma bucağı haqqındakı məlumatdan QGT nəticələrinin interpretasiyasında istifadə olunur.


Quyularda layların yatma bucağını ve azimutunu xüsusi, lay naklonomeri adlanan cihaz vasitəsilə təyin edirlər.
Kəşfiyyat rayonunun qazılmış bir quyusunda layların yatma elementlərinin təyini aşağıdakı suallara cavab verməyə imkan yaradır:
1.müxtəlif yaşlı horizontların struktur planları üst-üstə düşürmü;
2. tektonik pozuntular varmı, quyuda onlar nece müşahidə olunur ve fəzada onların oriyentasiyası necədir;
3. çöküntülərin toplanması üçün hidrodinamik şərait necə olub;
4.rastlaşa bilən yatağın struktur forması nə cürdür?


2.2. Naklonometriyanın Fiziki Əsasları

Yuxarıda qeyd etdiyimiz kimi layın yatma elementlərini naklonomer vasitəsilə ölçürlər. Naklonomerin özü gövdəsində üç elektrod (1+3) olan qurğudan ibarətdir. Bu elektrodlar quyu cihazının en kəsiyinin dairəsində hər 120°-dən bir yerləşmişlər


Quyu cihazı üç xüsusi yaylı fənərlər vasitəsilə quyuda elə yerləşdirilir ki, cihazın və quyuların oxları üst-üstə düşür.
Həmin üç elektrodlar fənərlərin izolə edilmiş hissəsində yerlşdirilir, belə ki, onlar quyu divarı ilə təmasda olurlar.Naklonemeri qoruyucu kəmər salınmamış quyuya endirərək ,diaqram üzərində üç əyri (I,II və III)qeyd olunur.Bu əyrilər ya quyu potensialı (QP),ya torpaqlama müqaviməti ya da mikrokarotaj (MK,-MJK)əyriləri ola bilər .
Nəzərə alaraq ki,layları quyu müəyyən bir bucaq altında kəsir,demək olar ki,naklonomerin elektrodları maili layın sərhədlərinə müxtəlif dərinlikdə toxunur.Ona görə də yazılan əyrilər bir-birinə nisbətən sürüşdürülmüş alınır.
Ən sadə bir halda ,yəni quyu şaquli olduqda və quyunun diametri baltanın diametrinə bərabər olduqda ,layların yatma (α) və azimut bucağını(λ) qiymətləndirmək üçün əsas (1) azimutunu ölçmək kifayətdir.
Ümumi halda quyu şaquli olmur (б və ф bucaqları mövcuddur ) ve quyu diametri baltanın diametrinden fərqlənir (d(quyu)≠d(balta).Belə hallarda α və λ-nın qiymətlərini hesablamaq üçün əlavə olaraq (σ,φ və d(quyunun) qiymətlərini bilmek lazımdır .
Quyularda naklonometriya işlərini aparmaq üçün istifadə olunan cihaz kompleks cihazdır.Bu cihazla eyni zamanda 7 parametr ölçülür,quyunun meyl (δ) və azimut (Φ) bucaqları, naklonomerinesas elektrodunun (1) azimut bucağı (β),quyunun diametri venaklonomerin üç elektrodu ile QP (ya MK )əyrisi.
Naklonomerin vericiləri iki müxtəlif xüsusi müqavimətli lay sərhəddindənkeçdikde diaqramda üç əyri qeyd olunur. Bu əyrilər öz gedişinegöre identikdir (şek 20). Ferq ondan ibarətdir ki, vericilər (1+3) maili layı (ML) müxtəlif dərinliklərdə kəsirlər - Z, Z, ve z Bu dərinlikləri bilerekbyve h (bax şəkilə) məsafələrini tapmaq olar:
h₁ =Z-Z h₁₁ =Z,-Z, qiymətlərini bilərək keçid bucağının (w) qiymətin hesablamaq olur:
Keçid bucağı ψ quyu diametri d ve h-in qiymətlərinə esaslanaraq başqa bir bucağın (γ) qiyməti də tə'yin edilir.
h və d- santimetrlə ölçülür.
Beləliklə, naklonomerin inklinometr hissəsi ilə ölçülmüş δ, φ ve β bucaqları, ψ ve γ keçid bucaqlarının qiymətlərini bilərək layın yatma bucağını α və azimut bucağını λ aşağıdakı düsturdan hesablamaq olar.



Şəkil 2.2.2 Naklonometriya üsulu.

(λ-φ) qiymətini düsturu ilə hesablayırlar. Kotangens funksiyası müxtəlif rüblərdə eyni işarəli olduğuna görə düsturundan istifadeederek (λ-φ) üçün birmənalı qiymət tapılır.


Qeyd etmək lazımdır ki, h ve h,,-in qiymətləri nisbətən kiçikdir. Bu səbəbdən də onların qiymətini diaqramdan dəqiq oxumaq üçün naklonomerle ölçülərin dərinlik miqyasını böyük götürürlər (1:20 və1:10).
Yuxarıda verilmiş düsturlarla layların yatma parametrlərinin hesablanması mürəkkəb olduğuna görə bu hesabatı xüsusi proqramlar əsasında fərdi kompyuter də aparırlar.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin