Fənn: Quyuların geofiziki tədqiqat üsulları



Yüklə 0,81 Mb.
səhifə2/6
tarix01.12.2022
ölçüsü0,81 Mb.
#120250
növüКурсовая
1   2   3   4   5   6
kurs işi

Mövzunun aktuallığı– Quyuların geofiziki tədqiqatı (QGT) fiziki üsulların cəmi olub qu­yu kəsilişi üzrə və ya yaxud quylar arası fəzanın təd­qiqinə əsas­­lanır. Neft-qaz quyularının tədqiqində istifadə olu­nan komp­­leks QGT üsulları mədən geofizikası adlanır. QGT komp­leksi dedik­də karotaj üsullarının məcmusu nəzərdə tutu­lur.
Quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasi­ləsiz ola­­raq öyrənil­məsi məqsədilə aparılan geofiziki tədqi­qat­lara ka­ro­­­taj deyilir.
QGT-nin yeri və rolu geoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istismarı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
Regional tədqiqatlar aparmaqla regionun perspektivli geoloji obyektləri aşkarlanır. Burada əsas rolu aerokosmik, yerüstü geokimyəvi və geofiziki üsullar oynayır. İstinad quyularından əldə edilmiş süxur nümunələri süxurların litostratiqrafik, petrofiziki və digər xassələri haqqında informasiya mənbəyi hesab olunur.
Kurs işinin predmeti – Quyuların texniki vəziyyətinə nəzarət üsulları.
Kurs işinin məqsədi - Nəzarət üsullarından biri olan naklonometriya üsulunun araşdırmaqdır.
İşin quruluşu- Kurs işi Referat, Mündəricat, Giriş, nəticə və 3 fəsildən ibarətdir.
I Fəsil.Quyuların geofiziki tədqiqatı

    1. QGT-nin yeri və rolu

Quyuların geofiziki tədqiqatı (QGT) fiziki üsulların cəmi olub qu­yu kəsilişi üzrə və ya yaxud quylar arası fəzanın təd­qiqinə əsas­­lanır. Neft-qaz quyularının tədqiqində istifadə olu­nan komp­­leks QGT üsulları mədən geofizikası adlanır. QGT komp­leksi dedik­də karotaj üsullarının məcmusu nəzərdə tutu­lur.


Quyu kəsilişi boyunca süxurların fiziki xassələrinin fasi­ləsiz ola­­raq öyrənil­məsi məqsədilə aparılan geofiziki tədqi­qat­lara ka­ro­­­taj deyilir.
QGT-nin yeri və rolugeoloji proseslərin mərhələləri ilə şərtlənir ki, bu da geoloji məsələnin qoyuluşundan yatağın istis­marı da daxil olmaqla kompleks əməliyyatlar deməkdir.
I mərhələ: Regional tədqiqatlar aparmaqla regionun pers­pek­tivli geoloji obyektləri aşkarlanır.
II mərhələ: Zonal tədqiqatlar mərhələsində perspektivli geo­loji obyektlərin quruluşu öyrənilir.
III mərhələ:Axatarış mərhələsində əsas məsələ yatağın mövcudluğunun təsdiqi və onun sənaye əhəmiyyətliliyinin qiy­mət­ləndirilməsidir
IV mərhələ: Kəşfiyyat mərhələsində faydalı qazıntıların eh­ti­yatının hesablanması və yatağın istismara hazırlanması məq­­sədilə axtarış mərhələsində qurulmuş model dəqiqləşdirilir və müfəs­səlləşdirilir.
V mərhələ:QGT-nin istismar prosesindəki rolu yatağın işlənmə texnologiyasından (quyu, şaxta və s.) asılı olur.
QGT əsas aşağıdakı məsələlərin həllində əhəmiyyətlidir.
I. Ümumi geoloji xarakterli məsələlər - burada quyu kəsili­­şinin litologiyasının öyrənilməsi, layların sərhəd və qalın­lıq­larının öyrənilməsi, quyu kəsilişlərinin korrelyasiyası.
II. Layların kollektorluq xüsusiyyətlərinin öyrənil­məsi - məh­suldar kollektor layların seçilməsi, onların məsamə­li­yinin, gil­­li­liyinin, keçiriciliyinin, effektiv qalınlığının, neft-qaz doyum­lu­ğunun və s. təyin edilməsi.
III. Quyuların texniki vəziyyətinə nəzarət - quyuların se­ment­ləməsinin keyfiyyətinə nəzarət, kəmərin zədələnmə ye­ri­­nin təyini, quyuda laya və ya laydan quyuya maye axınının in­tervalının təyini, quyuların mayilliyinin ölçülməsi, quyunun hə­qi­qi diametrinin öyrənilməsi və quyuda partlayış işlərii və s.
IV. Neft-qaz yataqlarının işlənməsinə nəzarət- su, neft, qaz, maye kontanklarının, yerinin müəyyənləşdiriliməsi, ca­ri neft-qaz doyumluluq əmsalının təyini, məhsuldarlığın qiy­mət­lən­dirilməsi.
QGT tədqiqat obyekti əsasən müəyyən fiziki xassə və mad­di tərkiblə müəyyənləşən, müəyyən həndəsi ölçüyə malik olan, geoloji modellə təsvir olunan geoloji obyektdir:
- neft və qaz yataqlarının işlənməsinə geofiziki nəzarət; --su -neft- qaz kontaklarının öyrənilməsi;
-cari neft qaz doyumluluq əmsalının təyini, məhsul­dar­lığın qiymətlən­dirilməsi və s.
QGT-nin 50-dən çox modifikasiyaları möv­cud­dur. Belə say çoxluğu həll edilən geoloji məsələlərin xüsu­siyyət­lə­ri­n­dən və növündən asılıdır. Bu üsullardan quyu kəsi­lişlərinin tədqi­qində əsas aşagıdakı üsullar tətbiq olunur (şəkil 1.1.1).



Şəkil 1.1.1. Quyu kəsilişlərinin tədqiqində istifadə olunan üsullar .


    1. Yüklə 0,81 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin