Fənn: Quyuların geofiziki tədqiqat üsulları



Yüklə 0,81 Mb.
səhifə5/6
tarix01.12.2022
ölçüsü0,81 Mb.
#120250
növüКурсовая
1   2   3   4   5   6
kurs işi












II Fəsil. Naklonometriya üsuliu.

2.1. Layların Yatma Bucaqlarinin Öyrənilməsi.



Məlumdurki, qazılma növünə görə (istiqamətə görə) quyular şaquli, əyilmiş və horizontal istiqamətli olurlar.
Layların yatma bucaqlarının öyrənilməsi dedikdə, kəsilişdə olan layın iki əsas elementinin (layın meyl bucağı və azimut bucağı ) təyini nəzərdə tutulur. Layın yatma bucaqlarını təyin etməklə rayonun geoloji quruluşunu öyrənmək olur. Belə məlumat xüsusilə mürəkkəb geoloji quruluşuna malik kəşfiyyat quyuları az qazılan rayonlarda lazımdır. Layların yatma bucağı haqqındakı məlumatdan QGT nəticələrinin interpretasiyasında istifade olunur.
Quyularda layların yatma bucağını və azimutunu xüsusi, lay naklonomeri adlanan cihaz vasitəsilə təyin edirlər.
Kəşfiyyat rayonunun qazılmış bir quyusunda layların yatma elementlərinin təyini aşağıdakı suallara cavab verməyə imkan yaradır:
1.müxtəlif yaşlı horizontların struktur planları üst-üstə düşürmü;
2. tektonik pozuntular varmı, quyuda onlar necə müşahidə olunur və fəzada onların oriyentasiyası necədir;
3. çöküntülərin toplanması üçün hidrodinamik şərait necə olub;
4.rastlaşa bilən yatağın struktur forması nə cürdür?


2.2. Naklonometriyanın Fiziki Əsasları.

Yuxarıda qeyd etdiyimiz kimi layın yatma elementlərini naklonomer vasitəsilə ölçürlər. Naklonomerin özü gövdəsində üç elektrod (1+3) olan qurğudan ibarətdir. Bu elektrodlar quyu cihazının en kəsiyinin dairəsində hər 120°-dən bir yerləşmişlər.


Quyu cihazı üç xüsusi yaylı fənərlər vasitəsilə quyuda ele yerləşdirilir ki, cihazın və quyuların oxları üst-üstə düşür.
Həmin üç elektrodlar fənərlərin izolə edilmiş hissəsində yerlşdirilir, belə ki, onlar quyu divarı ilə təmasda olurlar. Naklonemeri qoruyucu kəmər salınmamış quyuya endirərək ,diaqram üzərində üç əyri (I,II və III)qeyd olunur.Bu əyrilər ya quyu potensialı (QP),ya torpaqlama müqaviməti ya da mikrokarotaj (MK,-MJK)əyriləri ola bilər .
Nəzərə alaraq ki, layları quyu müəyyən bir bucaq altında kəsir,demək olar ki,naklonomerin elektrodları maili layın sərhədlərinə müxtəlif dərinlikdə toxunur.Ona görə də yazılan əyrilər bir-birinə nisbətən sürüşdürülmüş alınır .
Ən sadə bir halda ,yəni quyu şaquli olduqda və quyunun diametri baltanın diametrinə bərabər olduqda ,layların yatma (α) və azimut bucağını(λ) qiymətləndirmək üçün əsas (1) azimutunu ölçmək kifayətdir.
Ümumi halda quyu şaquli olmur (б və ф bucaqları mövcuddur ) və quyu diametri baltanın diametrindən fərqlənir (d(quyu)≠d(balta)v.Belə hallarda α və λ-nın qiymətlərini hesablamaq üçün əlavə olaraq (σ,φ və d(quyunun) qiymətlərini bilmək lazımdır .
Quyularda naklonometriya işlərini aparmaq üçün istifadə olunan cihaz kompleks cihazdır. Bu cihazla eyni zamanda 7 parametr ölçülür,quyunun meyl (δ) və azimut (Φ) bucaqları, naklonomerin əsas elektrodunun (1) azimut bucağı (β),quyunun diametri və naklonomerin üç elektrodu ile QP (ya MK )əyrisi.



Şəkil 2.2.1. Naklonometriya üsulu


Naklonomerin vericiləri iki müxtəlif xüsusi müqavimətli lay sərhəddindən keçdikdə diaqramda üç əyri qeyd olunur. Bu əyrilər öz gedişinə görə identikdir . Fərq ondan ibarətdir ki, vericilər (1+3) maili layı (ML) müxtəlif dərinliklərdə kəsirlər - Z, Z, ve z Bu dərinlikləri bilərək h (bax şəkilə) məsafələrini tapmaq olar: h₁ =Z-Z h₁₁ =Z,-Z, qiymətlərini bilərək keçid bucağının (w) qiymətini hesablamaq olur:


Keçid bucağı ψ quyu diametri d ve h-in qiymətlərinə esaslanaraq başqa bir bucağın (γ) qiyməti də tə'yin edilir.
Beləliklə, naklonomerin inklinometr hissəsi ilə ölçülmüş δ, φ ve β bucaqları, ψ ve γ keçid bucaqlarının qiymətlərini bilərək layın yatma bucağını α və azimut bucağını λ aşağıdakı düsturdan hesablamaq olar
(λ-φ) qiymetini düsturu ilə hesablayırlar. Kotangens funksiyası müxtəlif rüblərdə eyni işarəli olduğuna görə düsturundan istifadə edərək (λ-φ) üçün birmənalı qiymət tapılır.
Qeyd etmək lazımdır ki, h və h,,-in qiymətləri nisbətən kiçikdir. Bu səbəbdən də onların qiymətini diaqramdan deqiq oxumaq üçün naklonomerle ölçülərin dərinlik miqyasını böyük götürürlər (1:20 və1:10).
Yuxanda verilmiş düsturlarla layların yatma parametrlərinin hesablanması mürəkkəb olduğuna görə bu hesabatı xüsusi proqramlar əsasında fərdi kompyuter də aparırlar.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin