2.3. Naklonomerin Quruluşu və Texniki İstismar Göstəriciləri
Layların yatma parametrlərini ölçmək üçün istifadə olunan cihazların əsas konstruktiv xüsusiyyəti ondan ibarətdir ki, quyu cihazı quyuya salındıqdan sonra, üç xüsusi mərkəzləşdirici yaylarla elə yerləşdirilir ki, onun oxu quyu oxu ilə üst-üstə düşsün. İkinci xüsusiyyət ondan ibarətdir ki, mərkəzləşdirici yayların başmakı üzərində yerləşən üç elektrod vasitəsilə QP (MK-MJK) əyriləri qeyd olunur. Bundan əlavə, naklonomerin konstruksiyasına görə, onun daxilində həm inklinometr, həm də kavernomer yerləşdirilir.
Müasir dövrdə HИД-1 markalı naklonomer istifadə olunur. Bu cihaz naklonomerin elektrodları 3 mikro yankarotaj əyrisi qeyd edir.
HИД-1 quyu cihazı dörd hissədən ibarətdir: yuxarıda (qeyri- maqnit gövdədə) inklinometr hissəsi, sonra elektron bloku, ve nəhayət kavernomer və naklonomer hissəsi.
Cihaz birdamarlı zirehli kabellə işləyir. Quyu cihazından yer üzərinə faydalı siqnallar tezlik teleölçü sistemi vasitəsilə ötürülür Həmin siqnallar 7,8; 14,0; 25,7 ve 44,5 kHs tezliyi ilə modulyasiya olunur.
Quyu cihazından yer üzərinə 7 faydalı siqnal göndərilir ki, onlardan 3-ü naklonomerin siqnalı, naklonomerin əsas elektrodunun (1) azimutu (β) quyunun meyl bucağı δ azimut bucağı φ və quyunun diametri Bu siqnallar uzunluğu 5000 m olan kabellə yer üzərinə ötürülür. Quyu cihazının quyuda hərəkət sürəti təxminən 1000 m/saat qəbul edilir. Cihaz quyuda 150°C və 100 MPatermobarik şəraitdə işləyə bilir. Cihazın uzunluğu 4500 mm, diametri 100 mm, kütləsi 100 kq-dır.
Şəkil 2.2.2. də naklonomerin quyu cihazının funksional sxemi verilmişdir. Quyu cihazı yer üzərindən 400 Hs tezlikli dəyişən cərəyanla qidalanır
Şəkil 2.3.1. Naklonomerin quyu cihazının funksional sxemi.
2.4. Naklonometriya Nəticələrinin Təsviri və
Interpretasiyası
Naklonomerle ölçü nəticələri oxlar qrafiki şəkilində təsvir olunur. Bu oxların başlanğıc nöqtəsi layın yatma bucağının(α) qiymətini, oxun istiqaməti isə layın azimut (λ) bucağını gösterir Eyni zamanda nöqtənin yeri quyu dərinliyinə uyğundur.
Şəkil 2.4.1. Naklonomerle ölçü nəticələri oxlar qrafiki.
Şəkildə göstərilən nöqtələr üçün layın yatma parametrləri və quyu derinliyi belədir.
1— α=5° ; λ=90°; 1005 m
2— α=10°; λ=135°; 1015 m
3— α=15°; λ=225°; 1025 m
4— α=20°; λ=315°; 1035 m
5— α=25°; λ=45°; 1045 m
6— α=30°; λ=0° 1050 m
Kəsilişin struktur və tektonik xarakteristikasından asılı olaraq oxların qrafikdə paylanmasında müəyyən bir qanunauyğunluq müşahidə olunur. Ən tez-tez rast gələn variantlar aşağıdakılardır .
Şəkildə göstərilen oxların paylanmasının dörd variantin belə izah etmək olar:
Derinlikdəyişdikce oxların ardıcıl yerleşmesi, azimut (λ) və yatma bucağının (α) qiymətlərinin dəyişməməsi, layların paralel və uyğun yatdığını göstərirlər. Nöqtələrin bir xətt üzerində yerləşməsivə oxların istiqaməti α və λ bucaqlarının qiymətini tapmağa verir.
Dərinlik artdıqca azimut bucağının praktiki olaraq eyni qiymətində layın yatma bucağı da artır. Bele bir halda layların yatması uyğun olaraq parallel deyil. Bunun da səbəbi kəsilişdə fayın olma yaxud da layların pazlaşması ilə izah edilə bilər.
Dərinlik artdıqca azimutun eyni qiymətində layların yatma bucağı qanuna uyğun olaraq azalır. Belə bir hal stratiqrafik uyğunsuzluq ya da tektonik pozuntu olduqda müşahidə olunur.
Layların yatma bucağı və azimutunun qanunauyğunsuz dəyişməsi kəsilişin laylanması ilə əlaqədar olur. Belə hal sahilyanı çöküntülərdə baş verir.
Şəkil 2.4.2. Kəsilişin struktur və tektonik xarakteristikasından asılı olaraq oxların qrafikdə paylanması
Naklonoqrammanın geoloji interpretasiyası üçün yatma elementlərinin paylanmasının modellərindən istifadə edirlər. Bu modeller təbii şəraitdə layların yatmasının sadə və mürəkkəb halları üçün nəzəri naklonoqramma əsasında qurulur.
Belə tipik, nəzəri naklonoqrammalardan istifadə etməklə praktiki diagramların geoloji interpretasiyası asanlaşdırılır.
Şəkil 2.4.3. Nakloqram
Quyu yatma bucağının və azimutun öyrənilməsində müxtəlif növ inklinometrlər (İŞ-2,İŞ-3, İŞ-4, İŞ-4T, KİT, UMİ və s.) istifadə edilir. Cihazların müxtəlifliyinə baxmayaraq əsas elementləri prinsipcə eynidir. Əsas elementləri dedikdə, quyu oxunun şaquldən aralanma bucağını qeyd edən datçik və quyunun oxunun şimal qütbunə görə yerləşmə istiqamətini qeyd edən datçik nəzərdə tutulur. Belə ki, şaquli oxla quyu oxu arasında yaranan bucaq quyu oxunun yatmabucağı () ,bussolun şimal qütübünü göstərən istiqamətilə quyu oxunun proyeksiyası arasında qalan bucaq quyu oxunun azimutu () adlanır.
Yatma bucağını qeyd edən datçikin quruluşu belədir: quyu cihazının şaquli oxuna oynaq bərkidilmiş sistemdən yük asılmışdır. Bu yük quyu cihazının yerləşdiyi vəziyyətdən asılı olmayaraqdaima,şaqulüzrəyönəlmişolur.Cihazquyudayerləşdikdə,cihazıngövdəsiquyuoxu üzərində olur, yük isə şaqul üzrə yönəlir və nəticədə bu iki oxlar arasında bucaq yaranır. Yükün özü isə reoxord üzərində sürüşür, yəni oxlar üst-üstə düşdükdə reoxordda yaranan potensiallar fərqi sıfra bərabər olur. Oxlar bir-birindən sürüşdükdə müqavimət dəyişilir və nəticədə iki nöqtə arasındakı potensial fərqi də dəyişilir ki, bu da yatma bucağına uyğun gəlir.
Şəkil 2.2.4.Yatmabucağıvəazimutuntəyini
Şəkil 2.2.5. Bucaq ölçən. 1-podşipnik; 2-kollektorun əlaqə çevricisi; 3-kollektor;
4-maqnit əqrəbi; 5-əqrəbin yay əlaqəsi; 6-azimut reaxordu; 7-əlaqə çevrəsi; 8-açar;
9-vussolun yukü; 10- duqaşəkilli qol; 11-şaqul; 12-bucaq datçikinin naqili; 13-şaqulin əqrəbi; 14-bucaq reoxordu; 15- yük, çərçivəni tənzimləyən; 16-çərçivənin kerni.ş
Azimutu qeyd edən datçik quruluşça belədir: dairəvi reoxord üzərində yerləşdirilmiş bussol quyu cihazının yerləşmə şəraitdən asılı olmayaraq , onun yerləşmə müstəvisi , quyu cihazı =00, =00 vəziyyətində yerləşmə vəziyyətinə uyğun olur.Bussolun əqrəbinə daima şimal qütü istiqamətindən yönəlir. Bussolun =00 olan halının da bussolun ölçü zamanı reoxord üzərində sıxılmış nöqtəsində yaranan potensial fərqi sıfra bərabər olur, potensialın qiyməti dəyişdikdə bu dəyişmə quyu oxunun azimutuna uyğun gəlir.
Şəkil 2.2.6. .Bussol.1-sarğı;2-əqrəb.
Quyu cihazları yer üstü və yer altı cihazlara bölünürki, yerüstü cihaz idarəetmə bloku adlanır. Bu blokla quyu cihazını kommutasiya vasitəsilə lazımi iş vəziyyətinə gətirilir və ölçü qiymətləri qeyd edilərək , cədvəl şəkildən yazılır. Yerüstü və yeraltı cihazların arasında əlaqəni karotaj kabeli yaradırki,buda quyu cihazından asılı olaraq üçdamarlı və ya bir damarlı ola bilər.
Naklonometrlərdən alınan nəticələrdə dəqiqliyi təmin etmək üçün dövrü olaraq onlar dərəcələnmə (etalinirovka) əməliyyatından keçməlidirlər.Buda xüsusi qurğu inklinometr stolu iləhəyata keçirilir.
Nəticə
Dostları ilə paylaş: |