Fənn: Sənayedə investisiya və innovasiya Müəllim: dos. Fazil Cəmil oğlu Kərimov İxtisas: Sənayenin iqtisadiyyatı



Yüklə 0.92 Mb.
səhifə1/9
tarix21.06.2018
ölçüsü0.92 Mb.
  1   2   3   4   5   6   7   8   9

Fənn: Sənayedə investisiya və innovasiya

Müəllim: dos. Fazil Cəmil oğlu Kərimov

İxtisas: Sənayenin iqtisadiyyatı

Kurs: IV
1. İnvestisiya nədir?

a) Sonradan artım məqsədi üçün kapital qoyuluşu

b) Bir ildən artıq dövr üçün faydalı olan layihələrə ayırmalar

c) Bir ilə qədər xidmət müddəti olan maşın və avadanlığın alınması

d) Daşınmaz əmlak və uzunmüddətli mal almaq

e) Müəssisə və təşkilatların vəsaiti, sosial sığorta haqqı, vergilər


2. İnvestisiyaya nə aiddir?

a) Fiziki, maliyyə və qeyri-maddi aktivlər

b) İki və daha artıq tərəfin maliyyələşdirilməsi

c) İstehlak məqsədi ilə vəsait qoyuluşu

d) Qeyri-maddi istehsal sahələrinin, idarəetmə və xidmət sahələrinin maliyyələşdirilməsi

e) Minimum məsrəflərlə maksimum səmərə əldə etmək


3. İnvestisiyanın mahiyyəti nədir?

a) Mənfəət və sosial səmərə əldə etmək baxımından istehsalın genişləndirilməsi və ya yeni tikintiyə investisiya qoyuluşu

b) Müəssisənin həcminin və istehsal gücünün müəyyənləşdirilməsi

c) Mövcud istehsalın genişləndirilməsi, modernləşdirilmə və ya yeni tikintiyə investisiyalar

d) İstehsal proqramını müəyyən etmək üçün bazarın öyrənilməsi

e) İqtisadiyyatda pul kütləsi səviyyəsinin yüksəldilməsi


4. Hansı investisiyalar birbaşa investisiyalardır ?

a) Birbaşa investorlar tərəfindən tam səhmlər və ya şirkətin nizamnamə kapitalının ən azı 10% qoyulan və ya nəzarət olunan investisiyalar

b) Müəssisənin nizamnamə kapitalının 10%-dən az olmayan, səhmlərin alınmasına və biznes əməliyyatlarına imkan verməyən vəsaitlər

c) Ticarət kreditləri

d) İnflyasiyaya uğramayan investisiyalar

e) İstehlak kreditləri


5. Hansı investisiyalar portfel investisiyalardır?

a) Müəssisənin nizamnamə kapitalının 10%-dən az səhmlərinin alınması

b) Müəssisənin nizamnamə kapitalının 10%-dən artıq səhmlərin alınması

c) Əsas və dövriyyə vəsaitlərinə ayrılan investisiyalar

d) Əsas vəsaitlərə ayrılan investisiyalar

e) Ticarət kreditləri


6. Portfel investisiyalar hara qoyulur?

a) Maliyyə kapitalının dövriyyəsi sahəsinə

b) Əsaslı tikinti sahəsinə

c) İnnovasiyalara

d) Banklara

e) Sosial, mədəni və səhiyyə sahələrinə


7. Nə pul aktivlərinə investisiyaya aid deyil?

a) Dövriyyə (cari) aktivlərin alınması

b) Başqa firmaların öhdəliklərinin və hüquqlarının əldə edilməsində iştirak etmək

c) Səhmlərin və digər qiymətli kağızların alınması

d) Portfel investisiyalar

e) A və B variantları


8. Kapital qoyuluşuna daxildir?

a) Əsas və dövriyyə fondlarına investisiya

b) Yalnız istehsal obyektlərinin təmirinə investisiya

c) İstehsal güclərinin artımına investisiya

d) Təhsilə investisiya

e) Yalnız aqrar sahəyə ayırmalar


9. İnvestisiyanın hansı növü qeyri-maddi aktivlərə aid deyil?

a) Bank kreditləri

b) Gələcək istehsal üçün kadrların hazırlanması

c) Lisenziyaların əldə edilməsi, ticarıt markasının işlənilməsi və s.

d) “Nou-hay”, patentlər, ixtiralar

e) Yuxarıdakıların heç biri


10. Sərmayə qoyuluşunun hansı növü qeyri-maliyyə aktivləri investisiyasının tərkibinə daxil deyil?

a) Digər hüquqi şəxslərin qiymətli kağızlarına, yerli və hökumət istiqrazlarına borc kapitalı

b) Qeyri-maddi aktivlərə investisiyalar

c) Əsas vəsaitlərə investisiyalar

d) Əsas vəsaitlərin təmirinə investisiyalar

e) Torpaq sahələrinin alınmasına investisiyalar


11. Reinvestisiya nədir?

a) Vergilər və kreditdən istifadəyə görə faiz dərəcəsinin ödənilməsindən sonra şirkətdə qalan sərbəst pul vəsaitidir

b) İlkin investisiya üstəgəl layihənin həyata keçirilməsi nəticəsində mənfəət və amortizasiya

c) İlkin investisiya və ya xalis investisiyadır

d) Dövriyyə vəsaitlərinə investisiyadır

e) A və B variantıdır


12. Kapital qoyuluşunun həyata keçirilməsi ilə bağlı şirkətin xərcləri necə adlanır?

a) Uzunmüddətli xərclər

b) Cari xərclər

c) Düzgün cavab yoxdur

d) Məqsədli xərclər

e) Cari və məqsədli xərclər


13. Kapitalının reproduktiv strukturu?

a) Yeni tikinti, genişləndirilmə və yenidənqurma arasında əlaqələr

b) İnvestisiyaların aktiv (avadanlıq) və passiv (bina və tikililər) hissələrinin nisbəti

c) Xüsusi və borc vəsaitlərinin nisbəti

d) Əsas və dövriyyə vəsaitlərinin nisbəti

e) Əsaslı investisiya xərclərinin ÜDM-ə nisbəti


14. Kapital qoyuluşunu reproduktiv strukturu nə ilə əlaqədardır?

a) Əsas fondların yeni tikintisi, yenidənqurma və texniki silahlanması ilə

b) Dövlət büdcəsinin gəlirləri ilə

c) Əsas fondların aktiv və passiv hissəsi ilə

d) Real, maliyyə və intellektual investisiya ilə

e) Yuxarıdakıların heç biri ilə


15. İnnovasiya nədir?

a) Elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı investisiyadır

b) Patent

c) Elmi tədqiqat işlərini aparmaq hüququ

d) Uzun müddətli kapital qoyuluşu

e) Qısa-müddətli kapital qoyuluşu


16. Makro səviyyədə investisiya fəaliyyətinin idarə edilməsi?

a) İnvestisiya bazarının qiymətləndirilməsi və proqnozlaşdırılması

b) İnvestisiya layihəsinin idarə edilməsi

c) Layihənin maliyyə təminatı

d) A və B variantları

e) Əsaslı və elmi-texniki tərəqqi ilə əlaqədar xərclərə nəzarət


17. İnvestisiya bazarı nədir?

a) C və D variantları

b) Daşınmaz əmlak bazarıdır

c) Real investisiya obyektləri üçün bazar

d) Maliyyə investisiya alətləri bazarı

e) İnnovasiyadır



18. Real investisiya obyektləri bazarına daxil deyil?

a) Özəlləşəcək obyektlər bazarı

b) Daşınmaz əmlak bazarı

c) Kapital qoyuluşu bazarı

d) Pul bazarı

e) Yuxarıdakıların heç biri


19. Maliyyə investisiya bazarı alətləri?

a) Fond və pul bazarları

b) Pul bazarı

c) Daşınmaz əmlak bazarı

d) Torpaq bazarı

e) Fond bazarı


20. İnvestisiya bazarının vəziyyətini xarakterizə edir?

a) Tələb və təklif

b) Rəqabət və inhisarçılıq

c) Kapital dəyəri

d) Qızılın miqdarı

e) A və D variantı


21. İnvestisiya bazarı ibarətdir?

a) Real, maliyyə və innovasiya investisiyaları bazarından

b) Daşınmaz əmlak və elmi-texnoloji innovasiya bazarından

c) Sənaye binaları, səhmlər, depozitlər və lisenziyalardan

d) Fond və pul bazarlarından

e) Yuxarıdakıların heç birindən


22. İnvestisiya bazarının fəaliyyət səviyyəsi xarakterizə olunur?

a) Bazar şəraiti-konyukturu (tələb və təklifin əlaqəsi)

b) Təklif

c) Tələb


d) Daxili investorlarla

e) Xarici investorlarla


23. İnvestisiya bazarının öyrənilməsinə aiddir?

a) Bazar konyukturasının (şəraitinin) proqnozlaşdırılması

b) Cari fəaliyyətin izlənilməsi (tələb, təklif göstəricilərinin monitorinqi)

c) Mövcud vəziyyətin təhlili

d) Xarici investorlarla əlaqə

e) Daxili investorlarla əlaqə



24. İnvestisiya bazarının proqnozlaşdırılmasına daxildir?

a) İnvestisiya bazarının inkişafına təsir edən amillərin öyrənilməsi

b) Perspektiv göstəricilərin təhlili

c) İnvestisiya kapitalının səmərəliliyi baxımından böyük maraq doğuran sahələrin müəyyən edilməsi

d) Ehtiyat potensialının müəyyənləşdirilməsi

e) Müəssisənin həcminin və istehsal gücünün müəyyənləşdirilməsi



25. Şirkətin investisiya cəlbediciliyinin qiymətləndirilməsi?

a) Gəlirlilik dərəcəsi müəyyən edilir, risklərin səviyyəsi aşağı düşür və məqbul sayılır

b) İnvestisiya bazarının konyuktur göstəricilərinin monitorinqi

c) Şirkətin mövcud vəziyyəti və fəaliyyətinin təhlili

d) Müəssisə yalnız aqrar sahədə olmalıdır

e) Müəssisə yalnız neft sənayesində olmalıdır



26. Şirkətin investisiya fəaliyyəti üçün meyarlar?

a) Gəlirlərin maksimum təmin edilməsi

b) İqtisadi inkişafın ən yüksək səviyyəsinin təmin edilməsi

c) İnvestisiya strategiyasının həyata keçirilməsi üçün ən səmərəli yolları təmini

d) Vergi dərəcələrinin maksimum aşağı salınması

e) Yuxarıdakılardan heç biri



27. Ölkənin investisiya mühiti nədir?

a) Ölkədə investisiyaların gəlirliliyinə təsir göstərən fəaliyyətin hüquqi, iqtisadi və sosial vəziyyəti və investisiya risklərinin səviyyəsi

b) Regionların investisiya potensialını xarakterizə edən indeks göstəriciləri

c) Ölkənin qızıl ehtiyatlarının dəyəri

d) İqtisadi artım üçün şərait

e) İnvestisiya riskinin az olması



28. İnvestisiya mühitinin yaxşılaşdırılması?

a) İqtisadi artım üçün şəraitin yaradılması

b) Maliyyə sabitliyi

c) Siyasi sabitlik

d) İqtisadiyyatın yalnız birtərəfli inkişafı

e) A və B variantları



29. İnvestisiya layihəsinin əsas məqsədi?

a) Maksimum mənfəət

b) Ehtiyatlara istehlak xərclərinin minimuma endirilməsi

c) Bazarı yüksək keyfiyyətli (rəqabət qabiliyyətli) məhsullarla təmin edən layihənin texniki səmərəliliyi

d) İstehsal həcminin maksimum həddi

e) İnflyasiyanın aşağı salınması



30. İnvestisiya layihəsi?

a) Məqsədlərə nail olmaq üçün kompleks fəaliyyət toplusu

b) Təşkilati-hüquqi və maliyyə sənədləri sistemi

c) İnvestisiya fəaliyyətinin riskini azaldan sənəd

d) Maliyyə bazarının bir elementidir

e) Kommersiya banklarının əməliyyatlarından biridir



31. İnvestisiya potensialı özündə birləşdirir?

a) Ölkənin, regionun və ya sahənin inkişafının əsas makroiqtisadi şəraitini nəzərə alan xüsusiyyətləri

b) Normal investisiya fəaliyyətinə kölgə yaradan motivasiya şəraitini

c) İnvestisiya fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulan, bir sıra real və maliyyə investisiya obyektlərinin məqsədyönlü təşkilini

d) İnvestisiya bazarının makroiqtisadi tədqiqini

e) Əsas və dövriyyə kapitalının həcmini



32. İnvestisiya qoyuluşu üçün hüquqi şərait özündə birləşdirir?

a) İnvestisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi bazanı təşkil edən tənzimləmə şərtləri

b) İnvestisiya siyasətini həyata keçirmək üçün ayrılan pul vəsaitinin həcmi

c) Regionun investisiya potensialının tərkib hissəsi olan ayrı-ayrı istehsal amillərinin istifadə ardıcıllığı

d) Vergi güzəştləri və investisiya risklərinin dövlət zəmanəti

e) Variant A və D



33. Regionun investisiya riski müəyyən edilir?

a) İnvestisiyaların mənfəət və ya zərər ehtimalı ilə

b) Özəlləşmə proseslərinin inkişaf dərəcəsi ilə

c) Ölkədə hüquqi tənzimləmə səviyyəsi ilə

d) Fərdi investisiya bazarlarının inkişafı ilə

e) Regionun əhalisinin sayı ilə



34. İnvestisiya layihəsinin işlənməsi prosesinə daxildir?

a) İnvestisiya öncəsi, investisiya və əməliyyat mərhələləri

b) Texniki-iqtisadi göstəricilərin işlənməsi və onların maliyyə qiymətləndirilməsi

c) Layihənin investisiya konsepsiyasının axtarışı

d) Potensial investorun axtarışı

e) A və D variantları



35. İnvestisiya öncəsi mərhələyə aiddir?

a) İnvestisiya konsepsiyalarının (biznes ideyalarının) axtarışı, layihənin ilkin işlənməsi, texniki-iqtisadi və maliyyə cəlbediciliyinin qiymətləndirilməsi, qərarın qəbul edilməsi

b) Layihənin texniki-iqtisadi əsaslandırılmasının işlənməsi; investorun axtarışı; layihənin investisiyalaşdırılması məsələsinin həlli

c) Layihənin icrası üçün sifarişin verilməsi; biznes planın işlənməsi; biznes planın investora təqdim edilməsi; layihənin maliyyələşdirilməsi

d) Müvafiq statistik məlumatların əldə edilməsi

e) Yuxarıdakılardan heç biri



36. İnvestisiya öncəsi mərhələdə nə baş veriri?

a) İnvestisiya layihəsinin biznes planının işlənməsi

b) Müəssisənin daimi aktivlərinin yaradılması

c) Xammal və avadanlıq təminatçılarının seçilməsi

d) Avadanlığın alınması

e) Əsas avadanlığın istismara verilməsi



37. İnvestisiya layihəsinin biznes planı kimə az dərəcədə təsir edir?

a) Müəssisənin işçi heyətinə

b) Sahibkarlara

c) İnvestorlara

d) İqtisadi fəal əhaliyə

e) Rezidentlərə



38. İnvestisiya layihəsi biznes plandan necə fərqlənir?

a) Genişdir

b) Kiçikdir

c) Eynidir

d) A və C variantları

d) B və C variantları



39. Biznes planın bölmələrindən biri istehsal planıdır. O, həmişə yenidən işlənməlidir?

a) Bəli


b) Xeyr

c) Yalnız kiçik həcmli layihələrdə yenidən işlənməlidir

d) Yalnız iri həcmli layihələrdə yenidən işlənməlidir

e) Heç bir



40. İnvestisiya layihəsi necə planlaşdırılmalıdır?

a) Uzunmüddətli planlaşdırma əsasında

b) Cari planlaşdırma əsasında

c) Operativ planlaşdırma əsasında

d) A və B variantları

e) Yuxarıdakılardan heç biri



41. İnvestisiyanın həcmi müəyyən edilərkən yaradılmış müəssisənin dövriyyə vəsaitlərinə ehtiyacı nəzərə alınmalıdır?

a) Bəli


b) Xeyr

c) Bir ilə qədər bəli

d) Üç ilə qədər bəli

e) Heç biri



42. Lizinq nədir?

a) Müəyyən bir ödəniş, müddət və şərtlər daxilində avadanlıqların istifadəsi üçün lizinqalan və icarəçi arasında bağlanmış müqavilədir

b) Maşın və avadanlıqların uzunmüddətli icarəsi

c) Maşın və avadanlıqların qısamüddətli icarəsi

d) Yalnız qeyri-maddi aktivlərin icarəsi

e) A və C variantları



43. İnvestisiya layihəsinin məqsədi?

a) Bazarda məhsulların (xidmətlərin) satışı və həcminin, məhsulların həcmi və hazırlanması ilə bağlı xərclərin öyrənilməsi, layihənin həyata keçirilməsində yaranan problemlər, layihənin həyata keçirilməsinin izlənilməsi (nəzarət)

b) Marketinq, istehsal və maliyyə strategiyası

c) İxtisaslı kadrların hazırlanması

d) Daxili bazarın qorunması

e) C və D variantları



44. İnvestisiya layihəsi haqqında ümumi məlumat?

a) Ətraflı məlumat, yerləşdirmə

b) İstehsalın və məhsulların xüsusiyyəti

c) İstifadə olunmuş ehtiyatlar və məhsulların satış sistemi haqqında məlumat

d) Texnoloji proseslərin xüsusiyyətləri haqqında

e) Ölkədəki tikintilər haqqında qeyri-tam məlumat



45. İstehsal potensialı müəyyən olunur?

a) İstehsal gücü ilə

b) Texniki avadanlıqlar, binalar, qurğuların tərkibi və amortizasiyası ilə

c) İxtisaslı kadrların mövcudluğu ilə

d) Qeyri-maddi aktivlərin (patentlərin, lisenziyaların, noy-hay) mövcudluğu ilə

e) İşçilərin orta illik sayı ilə



46. Nə investisiya layihəsinin iqtisadi mühitə aid deyil?

a) Layihənin dəyəri

b) İnflyasiyanın proqnozu, buraxılan məhsulların və ehtiyatların istehlak qiymətlərinin dəyişməsi

c) Valyuta məzənnəsinin dəyişməsi

d) Vergi sistemi haqqında məlumat

e) İnvestisiya güzəştləri



47. İnvestisiya layihəsi üç mərhələdən ibarətdir: investisiya öncəsi, investisiya və əməliyyat. İnvestisiya mərhələsində nə baş verir?

a) Tikinti

b) məhsul istehsalı

c) Marketinq araşdırması

d) İnvestisiya layihəsinin biznes planının işlənməsi

e) Ölkənin vergi sistemi haqqında məlumatların toplanması



48. İnvestisiya mərhələsi?

a) Layihə- sorğu, tikinti- quraşdırma və istismara verilmə işləri

b) Layihənin idarə olunması üzrə konsaltinq və dizayn işləri

c) İcracı təşkilatla podratçı arasında müqavilənin imzalanması

d) İnvestorun maliyyə ehtiyatlarının müəyyənləşdirilməsi

e) Texniki avadanlıqlar, binalar, qurğuların tərkibinin müəyyənləşdirilməsi



49. Tikinti altında?

a) İş qrafikinə uyğun olaraq tikinti, quraşdırma və istismara verilmə

b) İnvestisiya memorandumunun imzalanması

c) Məkanın seçilməsi və torpaqdan istifadə üzrə aktı əldə edilməsi

d) Layihənin maliyyələşdirilməsi barədə imkanların müəyyənləşdirilməsi

e) Texnoloji avadanlıqların alınması



50. Əməliyyat mərhələsində nə baş verir?

a) Məhsul istehsalı

b) Tikinti

c) Əsas avadanlığın istismara verilməsi

d) Avadanlığın alınması

e) Qarşı tərəflə sövdələşmələr aparılır



51. İnvestisiya layihəsinin idarə edilməsi?

a) Layihənin həyata keçirilməsi (icrası) dövrü ərzində insan, maliyyə və material ehtiyatlarının idarə edilməsi; obyektlərin və istehsal güclərinin istismara verilməsi üzrə tapşırıqların icrası, pul vəsaitlərin artırılması (investisiya)

b) Layihənin icrasında müasir metodlarından istifadə

c) Yeni texnologiyaların layihə müddətində tətbiqi

d) Xarici mütəxəssislərin layihələrin idarəedilməsinə cəlbi

e) C və D variantları



52. Layihənin həyata kerilmə dövrü (fazası)?

a) Variant B üstəgəl ləğv mərhələsi

b) Variant A üstəgəl əməliyyat mərhələsi

c) İdeya ─ konsepsiyaya yenidən baxış və texniki-iqtisadi əsaslandırılma ─ layihə -smeta sənədlərinin yerinə yetirilməsi ─ tikinti və istismara verilmə

d) Tikinti və istismara verilmə

e) Yuxarıdakılardan heç biri



53. Layihənin iştirakçıları?

a) Sifarişçi, layihə təşkilatı, tikinti təşkilatı

b) Sifarişçi və tikinti təşkilatı

c) Sifarişçi və layihə təşkilatı

d) Layihə və tikinti təşkilatı

e) Yuxarıdakılardan heç biri



54. Layihənin planı?

a) Layihənin məqsədləri üçün fəaliyyət siyahısı

b) Nizam- intizam vasitəsi və nəzarət kimi istifadə olunan icra sənədlərinin işlənməsi

c) Layihənin ehtiyat təminatı

d) Biznes- planla eynilik təşkil edir

e) Maliyyə planıdır



55. Layihənin idarə edilməsinin təşkilati formaları?

a) Layihənin mərhələlərindən asılıdır

b) Həyata keçirilmə mərhələlərindən və xüsusi əməliyyat prosedurlarından asılıdır

c) Müxtəlif layihə iştirakçılarının məsuliyyət zonaları üzrə bölüşdürülməsi

d) Dinamik modellərin istifadəsi hesabına çoxamilli forma

e) Əmlak sahiblərinin idarəetmədə iştirakını təmin edən forma



56. İnvestisiyaların texniki-iqtisadi əsaslandırılması nədir?

a) İnvestisiya qabağı mərhələdə alınan qərarları müəyyən edən məlumat və sənəd

b) İnvestisiyanın məqsədəuyğunluğu və səmərəliliyini əsaslandıran sənəd

c) Layihənin strateji həllinin seçilməsi üsulu

d) Mənfi nəticələrə səbəb olan şərait ehtimalıdır

e) Layihənin maliyyə itkilərini azaldan sistemli tədbirlər paketidir



57. Layihə ekspertizası nədir?

a) Layihənin bütün aspektlərinin təhlilini təmin etməkdir

b) Layihənin yerinə yetirilməsinin bilavasitə iqtisadi təhlilidir

c) Bu layihənin hissələrinin nəticəsidir (istehsal, marketinq, maliyyə)

d) Bir sosial-iqtisadi mühitin pul gəlirliliyinin təhlilidir

e) Bir əlverişli maliyyələşdirmə sxemidir



58. Layihənin iqtisadi qiymətləndirilməsi?

a) Firmanın arzuladığı səviyyədən aşağı olmayan investisiya gəlirliliyini təmin edən mənfəətin əldə olunması

b) Mal və xidmətlərin satışından daxilolmalardan investisiya vəsaitlərinin ödənilməsi

c) Firma üçün məqbul olan müddət ərzində investisiyanın əldə olunması

d) Layihənin inkişaf strategiyasının müəyyənləşdirilməsi

e) İnvestisiya planlaşdırılmasının aparılması



59. Layihənin səmərəliliyi müəyyənedilir?

a) Kommersiya, büdcə, milli iqtisadi səmərəlilik göstəriciləri kompleksi

b) Maliyyə (kommersiya) səmərəliliyi göstəriciləri

c) Xərclər və nəticələrin əlaqələndirilməsi

d) Qiymətli kağızların investisiya cəlbediciliyi ilə

e) Dövlət büdcəsinin gəlirləri ilə xərclərinin müqayisəsindən



60. Layihənin müddəti?

a) Qoyulan kapitalın bərpası baxımından və investorun tələblərinə uyğun qəbul edilmiş, hesablanmış müddət

b) Əsas avadanlıqlara xidmətin orta müddəti

c) Tikintinin (obyektlərin) müddəti

d) Potensial investorun müəyyən edilməsi dövrü

e) A və B variantları



61. Hansı amil investisiya qoyuluşlarının həyata keçirilməsinin zəruriliyini şərtləndirə bilməz?

a) investisiya layihəsinin həyata keçirilməsi ilə bağlı investisiya layihəsi iştirakçılarının birbaşa maliyyə maraqlarının artması

b) Mövcud maddi-texniki bazanın yenilənməsi

c) İstehsal fəaliyyəti sferasının genişləndirilməsi

d) Yeni fəaliyyət növlərinin mənimsənilməsi

e) b, c və d variantları



62. Büdcə səmərəliliyi göstəricilərini əks etdirir?

a) Layihənin həyata keçirilməsinin nəticələrinin bütün səviyyələrdə büdcələrin gəlir və xərclərinə təsiri

b) Bütövlükdə sahələrin funksional fəaliyyətini həyata keçirən layihənin maliyyə səmərəliliyi

c) Layihənin birbaşa iştirakçıları üçün maliyyə nəticələri

d) Maliyyələşdirmə sxemi istisna olmaqla pul vəsaitləri və xaricolmaların müqayisəsi

e) Qeyri- investisiya layihələri hesabına büdcə gəlirlərinin və xərclərinin artırılması



63. İnvestisiya layihəsinin həyata keçirilməsi maliyyə təsirini baxımından bütövlükdə hansı büdcələrdə əks olunur?

a) Dövlət, Naxçıvan MR və yerli büdcələrdə

b) Layihənin birbaşa iştirakçılarında

c) İstehsal olunmuş malların istehlakçılarda

d) Yalnız dövlət büdcəsində

e) Yalnız yerli büdcələrdə



64. Büdcə inkişaf üçün bir vasitədir?

a) İnvestisiya layihələrinin maliyyələşdirilməsində

b) Yalnız cari sosial xərclərin maliyyələşdirilməsində

c) Yalnız cari əmək haqqı xərclərin maliyyələşdirilməsində

d) Yalnız müdafiə xərclərin maliyyələşdirilməsində

e) Yalnız təhsil xərclərin maliyyələşdirilməsində



65. Hansı variant investisiyaların təsnifləşdirilməsinə aid deyil?

a) Real pul axınına görə

b) Əsas kapitala istiqamətlənməsinə görə

c) Reallaşdırılma formasına görə

d) Riskin səviyyəsinə görə

e) İnvestisiya tsiklinə görə



66. Aşağıdakı əlamətlərdən hansıları investorların təsnifləşdirilən əlamətlərindən deyil?

a) İnvestorun fərdi əlamətləri üzrə

b) Təşkilati- hüquqi forması üzrə

c) Əsas fəaliyyət istiqamətləri üzrə

d) İnvestisiya kapitalının mülkiyyət forması və investisiya yönümlü mentalitet üzrə

e) İnvestisiya məqsədi və rezidentə tabeliyi üzrə



67. Layihənin kommersiya səmərəliliyində hansı fəaliyyət növü nəzərə alınmır?

a) Sosial

b) Əməliyyat

c) Maliyyə

d) İnvestisiya

e) A, B və C variantları



68. Kreditorların pul faiz ödənişləri haqqında hesabatda pul vəsaitlərinin axını kimi təsnif edilə bilər?

a) Əməliyyat (istehsalat) fəaliyyəti

b) Kredit fəaliyyəti

c) İnvestisiya fəaliyyəti

d) Qiymətli kağızların satışı

e) B və D variantları



69. Pul vəsaitlərinin hərəkəti hesabatında səhmlərin buraxılmasından daxil olmalar nağd pul axını kimi nəyə əsasən məhdudlaşdırılmalıdır?

a) Maliyyə fəaliyyətinə

b) Əməliyyat fəaliyyətinə

c) Kredit fəaliyyətinə

d) Tikinti fəaliyyətinə

e) Yalnız səhmlərin dəyərinə



70. Digər şirkətlərin qiymətli kağızlarının alınması üçün ödəniş pul vəsaitlərinin hərəkəti haqqında hesabatda məxaric kimi nəyi məhdudlaşdırılmalıdır ?

a) İnvestisiya fəaliyyətini

b) Kredit fəaliyyətini

c) Maliyyə fəaliyyətini

d) Yuxarıdakılardan hər üçünü

e) Yuxarıdakılardan heç birini




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə