Fənn: Sertifikasiyanın əsasları Mövzu: Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin əsas meyarları. Plan



Yüklə 15,43 Kb.
tarix17.11.2018
ölçüsü15,43 Kb.
#83538
növüMühazirə

Mühazirə 13.

Fənn: Sertifikasiyanın əsasları

Mövzu: Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin əsas meyarları.

PLAN

  1. Keyfiyyət termini

  2. Dövri daxili və xarici audit sistemi

Keyfiyyət kompleks anlayışdır. Məsələn, «keyfiyyət termini keçən əsrin 70-ci illərinin əvvəlində EOQ-nin (keyfiyyət üzrə Avropa təşkilatı) təyininə görə «istehlakçının tələblərinə uyğun olaraq məhsulun səviyyəsi kimi izah olunurdu. «Keyfiyyət» termininin müasir anlayışı «Keyfiyyətin idarə olunması və keyfiyyətin təmiri», «Lüğət» ISO 8402 beynəlxalq standarta aşağıdakı kimi şərh olunmuşdur - «Keyfiyyət obyektin qoyulmuş və fərz edilən tələbatları ödəmək, qabiliyyətinə aid olan xarakteristikalar toplusudur».

Burada obyekt dedikdə, sertifikasiya prosesi başa düşüldüyündən belə xarakteristikalar kimi doğruluğu və qərəzsizliyi tanımaq olar.

Sertifikasiya obyektinin normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin doğruluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının texniki komplektliyi ilə təyin edilir. Sertifikasiyanın nəticələrinin alınmasında qərəzsizlik maraqlı tərəflərin-istehsalçının və istehlakçının sərbəstlik səviyyəsindən asılıdır.

Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin iki meyarı belədir. Uyğunluğun bu meyarlara çatma mexanizmi «keyfiyyət düyümündə» qoyulmuşdur o, özündə məhsulun (proseslərin, xidmətlərini tam istehsal tsiklində, onun keyfiyyətinə təsir edən elementlərin qarşılıqlı əlaqəsini əks etdirir.

Sertifikasiyanın ümumi keyfiyyəti sertifikasiyadan qabaqkı dövrün keyfiyyətindən, sertifikasiyanın yerinə yetirilməsindən və sertifikasiyadan sonrakı fəaliyyətindən toplanır. Marketinq mərhələsində və tələbatın öyrənilməsində sertifikasiyanın keyfiyyəti, analizi və sertifikasiyanın qaydalarına görə uyğunluğun qiymətləndirilməsinin aparıldığı sertifikasiya prosesinin seçilməsi, sertifikasiya üzrə orqanın və sınaq laboratoriyalarının akkreditasiya sahəsinin təyin edilməsi ilə qoyulur. Sertifikasiya prosesinə tətbiq edilən» keyfiyyət düyümünü analiz edək(şək11.1)




Bu mərhələdə müxtəlif ölkələrdə konkret növ məhsulların və xidmətlərin sınaqlarının və sertifikasiyasının nəticələrinin tanınması problemlərini nəzərə almaq lazımdır.

Sertifikasiya prosesinin layihələndirilməsi mərhələsində keyfiyyətə təsir edən aşağıdakı bütün faktorlar nəzərə alınmalıdır: müştərilərin istəkləri, qanunvericiliyin tələbləri və həmçinin sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının fəaliyyətinin təşkilati, texniki və elmi-metodiki aspektləri. Sertifikasiyanın aparılması üçün lazım olan ehtiyatlar sertifikasiya orqanında və sınaq laboratoriyasında aşağıdakıların mövcudluğunu nəzərdə tutur: ixtisaslı heyəti; xüsusi binaları; normativ sənədlər fondunu; ölçmə, sınaq və nəzarət vasitələrini; müasir təşkilati texnikanı. Sertifikasiya üçün ehtiyatlar qoyulmuş tələblərə cavab verməlidir. Onların uyğunluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyaların akkreditasiyasında yoxlanılır.

Sertifikasiya prosesləri, məsələn, sınaqlar üçün nümunələrin seçilməsi, inspeksion nəzarətin aparılması, yaxud sifarişin analizi elə işlənməlidir ki, sertifikasiyanın doğruluğuna və qərəzsizliyinə nail olunacağına inam təmin olunsun. Bütün proseslər elə planlaşdırılmalıdır ki, işlərin (auditlərin) keyfiyyətinin daxili və xarici yoxlamaların, korreksiyaedici tədbirlərin aparılmasının mümkünlüyü nəzərə alınsın. Bütün proseslərin sənədləşdirilməsinin və arxivləşdirilməsinin, sifarişçinin kommersiya sirrini əks etdirən məlumatın məxfiliyinin təmin edilməsinin böyük əhəmiyyəti vardır.

Nümunələrin (xidmətlərin) sınaqlarının aparılmasını, keyfiyyət sisteminin qiymətləndirilməsinin və uyğunluq haqqında qərarın qəbul edilməsini əks etdirən sertifikasiyanın aparılması sertifikasiya sisteminin qaydalarına uyğun seçilmiş sxem üzrə və sertifikasiya orqanının, yaxud sınaq laboratoriyasının daxili təlimatları üzrə yerinə yetirilməlidir.

Sertifikasiyanın keyfiyyətinin təmini uyğunluğun qiymətləndirilməsi prosesinin nəzarəti aparılmadan mümkün deyildir. Buna dövri daxili və xarici audit sisteminin mövcudluğu ilə nail olunur. Daxili auditi sertifikasiya üzrə orqanın, yaxud sınaq laboratoriyasının işçiləri yerinə yetirirlər. Əksər hallarda bu iş xüsusi olaraq təyin olunmuş keyfiyyətə cavabdeh tərəfindən aparılır. Auditin nəticələri düzəldici tədbirlərin aparılmasında rəhbərlik üçün məlumat mənbəyidir.

Xarici auditi inspeksion nəzarəti çərçivəsində akkreditasiya üzrə orqan, yaxud sərbəst ekspertlər həyata keçirirlər. Bütün növ nəzarətlər aparılarkən, mümkün olan hallarda, statistik metodlar tətbiq olunmalıdır.

Sertifikasiyanın nəticələrinə son nəzarət sertifikatın verilməsi haqqında qərar qəbul edilərkən həyata keçirilir.

Uyğunluq sertifikatı və uyğunluq nişanından istifadə üçün lisenziyanın tərtib edilməsi mərhələsində onların maksimum məlumatlığını və əhəmiyyətliliyini təmin edən formasına və məzmununa tələblər gözlənilməlidir. Sertifikasiya sistemindən asılı olmayaraq, hər bir sertifikat aşağıdakılara malik olmalıdır: sertifikasiya obyektinin adı, onun uyğun olduğu normativ sənəd; sertifikatı verən, sertifikasiya orqanının adı; verilmə tarixi, fəaliyyət müddəti və sertifikasiya üzrə orqanın akkreditasiya haqqında qeyd sertifikasiyadan sonrakı fəaliyyətin keyfiyyəti «keyfiyyət» «düyüm»ünün aşağıdakı elementləri təyin olunur:



  • sertifikatlaşdırılmış məhsulların, xidmətlərin və keyfiyyət sistemlərinin, yaxud heyətin reyestrinin dəqiq aparılması; reyestr sertifikatlaşdırılan obyekt haqqında bütün lazım olan məlumatı əks etdirməlidir və geniş istifadəçilər dairəsi üçün aydın olmalıdır;

  • sertifikasiya üzrə orqan tərəfindən sertifikatlaşdırılan məhsula inspeksion nəzarət;

  • sertifikasiya üzrə orqanın məlumatlandırma fəaliyyəti. Bura sertifikasiyanın nəticələri haqqında, maraqlı strukturlar arasında milli və beynəlxalq səviyyələrdə sertifikasiyanın aparılması haqqında təcrübə mübadiləsi barədə məlumatların ictimaiyyətə çatdırılması daxildir.

Uyğunluq sertifikatının fəaliyyət müddəti qurtardıqca, sifarişçi yeni sertifikasiya haqqında qərar qəbul edə bilər. Bu «keyfiyyət düyümü»ndə göstərilmiş bütün prosedurların, vaxt faktorunu nəzərə almaqla, təkrar nəzərdə tutulur.

«Keyfiyyət düyümü»nün müddəalarının realizəsini sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları yerinə yetirir.








Yüklə 15,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin