Fənn sillabusu Kafedra: Fizika, riyaziyyat və informatika Seçmə fənnin adı: Orta məktəbdə fənlərin tədrisində İT imkanlarından istifadə



Yüklə 98,51 Kb.
tarix14.01.2017
ölçüsü98,51 Kb.
#265
Fənn sillabusu
Kafedra: Fizika, riyaziyyat və informatika

Seçmə fənnin adı: Orta məktəbdə fənlərin tədrisində İT imkanlarından istifadə (Layihə metodu)


  • Fənn haqqında məlumat:

Kodu:

Semestr: VIII

Fakultə: Təbiyyat

Ixtisas: Riyaziyyat-informatika müəllimliyi,

Tədris yükü (saat): 60 saat (o cümlədən 30 saat mühazirə, 30x2=60 saat seminar,)

AKTS üzrə kredit:

Auditoriya N: 410

Saat: III-1-2 V gün 1-2


  • Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:

Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 14-00

əlaqə mobil 051-5371728

E-mail ünvanı: mbashirov@mail.ru , mbashirov@rambler.ru

URL ünvan: “Fizika Sizin üçün” sayt- www.phys-for-you.narod.ru ,



  • Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

  1. “İNTEL”-gələcək üçün təhsil – D.Gendau

  2. İnformatikanın tədrisi –

  3. http://ict.az/az/index.php?option=com_content&task=blogsection&id=5&Itemid=122 - AMEA İnformasiya yexnologiyaları İnstitutu

  4. www.informatik.az İnformatikanın məktəbdə tədrisi

  5. Informatika -1-2-3-.İ.Sadıqov, N.İsayeva (müəllimlər üçün vəsait)




  • Fənnin təsviri və məqsədi:

  • Tələbələrin kompüterdən və İT –dan minimal istifadə bacarığı, informatika elementləri ilə tanışlığı tələb olunur.

  • Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə İKT sahəsində aparılan işlərinin davamı olaraq 2008-2012-ci illəri əhatə edən “Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının” layihəsi artıq başa catmaq üzrədir. Yeni Proqramda əsasən pedaqoji, inzibati və texniki kadrlarının hazırlanmasına, innovativ və yaradıcı müəllimlər üçün giymətləndirmə və motivasiya sisteminin yaradılmasına və təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli İnternetlə təmin olunmasına üstünlük verilmişdir. Bu baxımdan tələbələrin hələ peşə hazırlığı kecdiyi dövrdə bu imkanlara yiyələnməsi təqdirılayiqdir.

  • Müasir dövrdə kompüter texnologiyalarına tələbat daim artır – onlara evdə də, işdə də ehtiyac var, bu səbəbdən müasir hər bir şəxs secdiyi peşəyə uyğun bir çox metod və üsullar bilməlidir. Məktəblər bu işdən kənarda qala bilməz. Müəllimlər bunu başa düşür. Ancaq ənənəvi təcrübədən kənara çıxmaq üçün köməyə ehtiyacları var. Həm müəllimlər, həm də şagirdlər başa düşürlər ki, yeni texnologiyalara yaxşı yiyələnməlidirlər

  • tələbələrə bu kursun tədrisində Layihə metodu anladılacaq, onlar kompüter və informasiya texnologiyalarının imkanlardan istifadə edərək metodik materiallar, didaktik materiallar və sagird timsalında nəşrlər, vebsəhifələr və s. hazırlamaq bacarıqlarına yiyələnəcəklər. Nəticədə gələcək peşə fəaliyyyəti dövründə aparacaqları dərsin məzmun və keyfiyyətli olmasına kömək nəzərdə tutulur.

  • tələbələrdə gələcək peşə fəaliyyətlərinə maraq oyatmaq, habelə kommunikativ bacarıq və vərdişlərin aşılayaraq inkişaf etdirmək.

  • Təlim bitdikdən sonra tələbələr kompüter texnologiyalarından istifadəsinin qabaqcıl təcrübəsi ilə silahlanaraq, əldə etdikləri bilikləri gələcəkdə öz şagirdləri və həmkarlar ilə bölüşə biləcəklər.

  • Hər bir tələbə kursun sonunda şəxsi bilik və bacarığını numayiş etdirən layihənin müdafiəsini təşkil edir

  • Davamiyyətə verilən tələblər:

  • kredit sistemi ilə 10 bal,

  • dərsə gecikmək olmaz,

  • gecikən tələbələrə qaib yazılır.

  • Qiymətləndirmə:

  1. gündəlik sorğuya görə

  2. seminar və mühazirədə iştiraka görə

  3. ev tapşırıqlarına görə

  4. sərbəst işlərə görə

  5. kollokviumlara görə

  6. imtahana görə.




  • Davranış qaydalarının pozulması halları olduqda:

  • Dərsə gecikən tələbələr qaib alır.

  • Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, bir birinə hörmətlə yanaşmalı və dərsin gedişinə mane olmamalı, tələbə kimi dərsin gedişinin normal təşkilinə maraqlı olmalıdır

  • Dərs vaxtı texniki avadanlıqlardan (mobil telefon, kalkulyator, kompüter və s.) istənilən formada istifadə, dərs zamanı yemek yemək, digər tələbələrlə danışaraq dərsin gedişionə mane olmaq - dərsi pozma kimi hesab edilir və belə tələbə auditoriyadan kənarlaşdırılır.



  • Dərsə, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı, vaxtinda yerinə yetirilməsinə çalışmalı, seminar və laboratoriya işlərinə hazır gəlməli, dərs zamanı qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir


8. Təqvim planı:

Mühazirə 30 saat




NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Giriş. Kursun məqsəd, vəzifələri və perspektivləri

2




2

Layihə metodu. Tədris layihəsinin portfolisu: strukturu, tələblər

2




3

Tədris layihəsinin planı

2




4

Layihənin portfoliosu üçün resurs axtarışı

2




5

Şagird multimediya təqdimatının hazırlanması mərhələləri

2




6

Şagird nəşrlərinin hazırlanması

2




7

Şagird vebsaytının hazırlanması

2




8

Microsift VVord proqramınnı köməyi ilə didaktik materialların hazırlanması

2




9

Microsift Excel proqramınnı köməyi ilə didaktik materialların hazırlanması

2




10

Müəllimlər üçün metodik materialların hazırlanması

2




11

Layihənin reallaşdırılması. Planın hazırlanması

2




12

Tədris layihəsinin portfoliosunun nizama salınması

2




13

Layihənin təqdimata hazırlanması

2




14

Layihələrin təqdimatları

2




15

Layihələrin təqdimatlarının müzakirəsi

2



Seminar 30 saat




NN

Keçirilən mühazirə, seminar, sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Kursun metodu, portfolio, tərtibi və hazırlanması

2




2

Layihənin seçilməsi, mövzu və məzmun suallarının analizi

2




3

Layihə planının işlənməsi

2




4

Resurların seçilməsi, arxivləşmə, izn, məktublaşma

2




5

Şagird multimediya təqdimatı:strukturu və hazırlanması

2




6

Şagird buklet, qazet və sair nəşrlərinin hazırlanması

2




7

Şagird veb-saytının Microsoft Publisher proqramından istifadə edərək yaradılması

2




8

Şagird didaktik materialların yaradılması

2




9

Müəllimlər üçün metodik materialların hazırlanması

2




10

Müəllimlər üçün metodik materialların hazırlanması

2




11

Layihənin reallaşdırılması. Planın hazırlanması, tərtibi

2




12

Tədris layihəsinin portfoliosunun nizama salınması, yoxlanması

2




13

Layihənin təqdimata hazırlanması, yoxlanması

2




14

Tələbə layihələrin təqdimatları

2




15

Tələbə layihələrin təqdimatlarının müzakirəsivə qiymətləndirilməsi

2



Mühazirə mövzuları üzrə açıqlama


Mövzu 1: Layihənin Portfoliosu

Tapşırıq 1: ”İntel ® Gələcək üçün təhsil" proqramı, onun məqsəd və perspektivləri

Tapşırıq 2: Tanışlıq .

Tapşırıq 3: Layihələr metodu
Mövzu 2

Tapşırıq 1: Tədris layihəsinin Portfoliosu və onun strukturu

Tapşırıq 2: Tədris layihəsinin Portfoliosuna verilən tələblər

Tapşırıq 3: Tədris layihəsinin mövzusunun seçilməsi.

Ev tapşırığı: Layihələr metodu.

Təkrar üçün suallar.
Mövzu 3: Tədris layihəsinin planı

Müzakirə: Tədris layihələrində kompüter texnologiyalarından istifadə

Tapşırıq 1: Ümumi, Tematik və Məzmuna aid sualların qısa və dürüst ifadəsi, əlamətləri və təyin edilməsi.

Tapşırıq 2: Tədris layihəsinin Planının hazırlanması

Tapşırıq 3: Müəllif hüquqları haqqında Qanunla tanışlıq

Ev tapşırığı: Ümumi, Tematik və Məzmuna aid sualların ifadə olunmasına dəyişikliklərin edilməsi

Təkrar üçün suallar.
Mövzu 4: Layihənin Portfoliosu üçün resurs axtarışı

Cütlüklərdə iş: Şəxsi tədris layihəsinin müzakirəsi03

Tapşırıq 1: İnformasiya mənbələrinin siyahısının hazırlanması

Tapşırıq 2: Tematik axtarış kataloqlarından və axtarış maşınlarından istifadə

Tapşırıq 3: İnternetdə informasiya resurslarının axtarışı .

Tapşırıq 4: Elektron ünvandan istifadə

Müstəqil iş: İnternet resurslarının qiymətləndirilməsi və saxlanılması

Tapşırıq 5: Ensiklopediyada resurs axtarışı

Ev tapşırığı: Layihənin Portfoliosu üçün resurs axtarışı

Təkrar üçün suallar.
Mövzu 5: Şagird multimedia təqdimatının hazırlanması

Müzakirə: Şagirdlərin İnternetə qoşulmasının təşkili

Tapşırıq 1: Şagird multimedia təqdimatını hazırlanması

Tapşırıq 2: Şagird multimedia təqdimatının qiymətləndirilməsi

Tapşırıq 3: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Şagird fəaliyyətinin multimedia təqdimatının hazırlanmasında qiymətləndirilmə formalarının və meyarlarının hazırlanması

Təkrar üçün suallar
Modul 6. Şagird təqdimatınnı hazırlanması

Cütlüklərdə iş: Təqdimat nümunələri və onları hazırlayarkən şagirdlərin qiymətləndirmə nümunələri .

Müstəqil iş : Qiymətləndirmə üsullarının hazırlanması və şagird multimedia təqdimatına əlavələrin edilməsi

Tapşırıq 1: Şagird təqdimatının hazırlanması

Tapşırıq 2: Şagird təqdimatının qiymətləndirilməsi

Tapşırıq 3: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Təqdimat hazırlanmaqda şagird fəaliyyətinin qiymətləndirilməsi üçün nümunələrinin hazırlanması

Təkrar üçün suallar
Mövzu 7: Şagird veb-saytının yaradılması

Müzakirə: Məktəbdə kompüterlərin sayı az olduqda şagird fəaliyyətinin təşkili.

Tapşırıq 1: Şagird veb-saytının yaradılması

Tapşırıq 2: Şagird veb-saytının Microsoft* Publisher proqramından istifadə edərək yaradılması 6.10

Tapşırıq 3: Şagird veb-saytının qiymətləndirilməsi

Tapşırıq 4: Tədris Layihəsinin Planına dəyişikliklərin edilməsi

Ev tapşırığı: Veb-saytın yaradılmasında şagird fəaliyyətinin qiymətləndirilmə nümunələrinin və meyarlarının hazırlanması

Təkrar üçün suallar
Mövzu 8: Microsoft* Word proqramının köməkliyi ilə şagirdlər üçün didaktik materialların hazırlanması

Cütlüklərdə iş: Şagird veb-saytlarının və onların hazırlanmasında şagird fəaliyyətinin qiymətləndirilməsi nümunələri

Müstəqil iş: Qiymətləndirilmə nümunələrinin hazırlanması və şəxsi veb-sayta düzəlişlərin edilməsi

Tapşırıq 1: Şagirdlər üçün didaktik materialların hazırlanması

Tapşırıq 2: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Şagirdlər üçün Microsoft *Excel proqramından istifadə edərək didaktik materialların hazırlanması

Təkrar üçün suallar
Mövzu 9: Microsoft* Excel proqramın köməyi ilə şagirdlər üçün didaktik materialların hazırlanması

Müzakirə: İnternetdə Təhlükəsizlik qaydaları

Tapşırıq 1: Microsoft* Excel proqramının köməyi ilə şagirdlər üçün didaktik materialların hazırlanması

Tapşırıq 2: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Layihə Portfoliosu üçün metodik materialların hazırlanması

Təkrar üçün suallar
Mövzu 10: Müəllimlər üçün metodik materialların hazırlanması

Cütlüklərdə iş: Şagirdlər üçün didaktik materiallar

Tapşırıq 1: Müəllimlər üçün metodik materialların hazırlanması

Tapşırıq 2: Microsoft* Excel proqramının köməyi ilə müəllimlər üçün didaktik materialların hazırlanması

Tapşırıq 3: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Hazırlanmış şagird təqdimatına, nəşrinə, veb-saytlarına, şagirdlər üçün didaktik və müəllimlər üçün metodik materiallara dəyişikliklərin edilməsi

Təkrar üçün suallar
Mövzu 11: Layihənın reallaşdırılma Planının hazırlanması.

Müzakirə: Layihə fəaliyyətində İnternet vasitələrindən istifadə

Tapşırıq 1: Layihənin reallaşdırma Planının hazırlanması

Tapşırıq 2: Layihə üzrə işin təşkili üçün təlimatı materialların hazırlanması

Tapşırıq 3: Tədris Layihəsinin Planına əlavələrin edilməsi

Ev tapşırığı: Tədris Layihəsinin Planının tamamlanması

Təkrar üçün suallar

Mövzu 12: Tədris layihəsinin Portfoliosunun nizama salınması

Cütlüklərdə iş: Tədris layihəsinin təkmilləşdirilməsi

Müzakirə: Layihələrdə işləmək üçün əlavə mənbələrin axtarılması

Tapşırıq 1: Portfolionun əsas tərkib hissəsinin nizama salınması

Tapşırıq 2: Tədris layihəsinin Portfoliosunun tamamlanması

Ev tapşırığı: Tədris layihəsinin Portfoliosunun təqdimata hazırlanması .

Təkrar üçün suallar
Mövzu 13 Layihənin təqdimata hazırlanması

Tapşırıq: Layihə portfoliosunun yoxlanması, mümkün səhvlərin aradan qaldırılması
Mövzu 14-15: Layihənin Portfoliosunun nümayişi

Tapşırıq 1: Portfolionun fayllarının hazırlanması

Tapşırıq 2: Layihənin Portfoliosunun təqdimatı

Tapşırıq 3: kursun qiymətləndirilməsi

Tapşırıq 4: kursun sonu


SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir.





Mövzular

Son tarix




1.Azərbaycan Respublikasında tədris müəssisələrinin İKT imkanlarının artırılması ilə bağlı fərman və sərəncamlar

2.Pedaqoji heyətin İKT vərdişlərinin artırılması ilə əlaqədar Təhsil Nazirliyinin apardığı tədbirlər

3. Tədris prosesində İKT imkanları, xüsusiyyətləri

4. “İNTEL gələcək üçün təhsil” layihəsi məqsəd və vəzifələri

5.Layihə metodunun mahiyyəti və strukturu

6.Layihə metodunun işlənməsində əsas amillər və işin ardıcıllığı

7. Portfolio, onun tərtibinə verilən tələblər

8. Layihənin hazırlanması, planın tərtibi

9. Materialın torlanması, saxlanması və istifadəsinə verilən tələblər

10. Şagird təqdimatına verilən tələblər, xüsusiyyətləri

11. Didaktik materiallar, hazırlanmasına verilən tələblər, istifadə imkanları

12. Layihə iə bağlı məlumatın təqdimi metodları

13. müəllim təqdimatı, şagirdlərin yaş xusiyyətlərinin nəzərə alınması

14. Layihə üzrə məzmun və mövzu sualların tərtibinə verilən tələrbər

15. layihənin planınnı hazırlanması mərhələləri

16. Layihənin reallaşması planının tərtibi mərhələləri

17 Microsoft* Excel proqramının köməyi ilə şagirdlər üçün didaktik materialların hazırlanması mərhələləri

18. Tədris layihəsinin təkmilləşdirilməsi

19. Layihə fəaliyyətində İnternet vasitələrindən istifadə

20 Layihə portfoliosunun yoxlanması, mümkün səhvlərin aradan qaldırılması yolları



Tələbələr sərbəst işləri müəllimin verdiyi qaydaya əsasən həftəlik və ya aylıq olaraq təhvil verməlidir. Gecikdirilən sərbəst işlər təhvil alınmır.


Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.   

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan, Rus və ya İngilis dilində  ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir.   

 

Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur: 

1. Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək

2. Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3. Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.

4. Dərslərdə ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!

5. Fənnin tədrisinin hər bir forması (mühazirə, seminar və laboratoriya) üçün ayrıca müəlimin göstərişinə uyğun dəftər və ya qovluq götürmək, müntəzəm olaraq həmin dəftərlərdə tapşırıqları yerinə yetirmək zəruridir.



6. seminar dərslərində tələbələr ev tapşırıqlarının yerinə yetirilməsinə görə və auditoriyada veriln tapşırıqlara səyinə görə qiymətləndiriiləcəkdir.
mtahan sualları mövzuların plan açıqlaması və verilən sərbəst mövzulardır.
Verilən mövzularin bir qismi əlavə mövzu kimi (tanışlıq üçün oxu), bir qismi isə müstəqil iş kimi təqdim olunacaqdır. Materiallar “Fizika Sizin üçün” www.phys-for-you.narod.ru internet saytda xüsusi lilə Lənkəran Dövlət Universitetinin tələbələri üçün ayrilmiş səhifədə elektron variantda verilmişdir.


  • Fənn üzrə tələblər, tapşırıqlar:

  1. Tələbələr kompüter imkanlarından istifadəni bacarmalı, dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, gündəlik seminara hazır gəlməli,

  2. dərslərdə fəal iştirak etməli,

  3. seminarda müstəqil həll etmək üçün verilən tapşırıqlara mıluliyyətlə yanaşmalıdır,

  4. tapşırılan işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, kompüterdə tətbiq etmyi bacarmalıdırlar.

  5. Onlar fənnin tədrisinin sonunda İT imkanlarının tədris prosesində intensiv tətbiqi bacarıqlarına və biliklərə malik olmalı,

  6. Dərsə davamiyyətə görə aldıqları qaiblərə görə referat təqdim etməlidirlər

  7. Marağa görə tələbələr əlavə iş təqdim edə bilərki, bu da onların qiymətləndirilməsində nəzərə alınacaqdır.

  8. Seminar tapşırıqları əksər halda tələbələrin e mail ünvanlarına göndəriləcəkdir- tələbələrdə bu və ya digər məsələ ilə bağlı e maillə əlaqə saxlaya bilər

  9. Hər tələbə kurs müddətində 5-10 sərbəst iş yazıb təhvil verməlidir- rektorluğun göstərişinə əsasən -sərbəst işin həcmi 1-2 əlyazma ilə yazılmış vərəq olmalıdır. Sərbəst işlər göstərilən tarixlərdə təhvil verilməlidir.

  10. Dərs müddətində mobil telefon və digər kompüter avadanlığından icazəsiz olaraq istənilən formada istifadə qəti qadağandır – bu formada dərsi pozmuş tələbələr dərsdən kənar edilir. KT dən yalnız müəllimin icazəsi və tapşırığı olduqda tədris məqsədləri ilə istifadı ola bilər.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:
Yüklə 98,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin