Fənn sillabusu Kafedra: Riyaziyyat-informatika Fənnin adı: Fizika



Yüklə 93.93 Kb.
tarix14.01.2017
ölçüsü93.93 Kb.
Fənn sillabusu
Kafedra: Riyaziyyat-informatika

Fənnin adı: Fizika


  • Fənn haqqında məlumat:

Kodu:


Semestr:III

Fakultə: Təbiyyat



Ixtisas: Kimya biologiya

Tədris yükü (saat): 60 (o cümlədən 30 saat mühazirə, 15 saat seminar, 15 saat laboratoriya)

AKTS üzrə kredit: 2

Auditoriya N: 410

Saat: III gün -3 cü saat və V gün 2 və 3 cü saat (2 ci növbə)



  • Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:



Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 12-00

əlaqə mobil -051-8371728 ev (0171) 4 7092

E-mail ünvanı: mbashirov@mail.ru , mbashirov@rambler.ru, mbashirov@box.az

URL ünvan: “Fizika Sizin üçün” sayt- www.phys-for-you.narod.ru ,




  • Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Савельев И.В. Общий курс физики. I, II, III т.т. М. 1989.

2. Friş S.A. Timoryeva A.N. Ümumi fizika kursu. I, II, III hissələr, 1962.

3. Qocayev N. M. Ümumi fizika kursu. Mexanika. Bakı,1978.

4. Xaйкин С.Э. Физические основы механики.М.,1971.

5. Ramazanzadə M. H. Fizika kursu. Bakı,1987.

6. Кикоин И.К. Кикоин А.К. молекулярная физика. М.,1963.

7. Kalaşnikov S. Q. Elektrik bəhsi. Bakı,1980.

8. Грабовский Р.И. Курс физики. М. 2007

9. V.Nəsirov, G.Aslanov Elektrik və maqnetizm “Adiloğlu” Bakı 2008

10. Ümumi fizika kursu A.Mehrabov 2002

11. T.Əzizov Fizikadan mühazirə kursu (4 hissə) 2003-2006

12. Əmiraslanov A. Fizikadan laboratoriya praktikumu 1989

13. Xudaquliyev Fizikadan praktikum işləri



  • Fənnin təsviri və məqsədi:

  • tələbələrə fizikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqatmetodları ilə tanış etmək, fiziki ideyalarıdüzgün ifadə etməyi, fizikiməsələləri həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi,öyrənmək, tələbələrə fiziki model və nəzəriyyələrintətbiq hüdudları haqqında aydın təsəvvür vermək:

  • tələbələrə müyyən eksperimental ( təcrübi) iş vərdişlərini aşılamaq, onları fiziki kəmiyyətlərin dəqiq ölçü üsulları ilə, əsas fiziki cihazlar və təcrübi nəticələrin sadə işlənməsi metodları ilə tanış etmək, laborator işlərinin aparılmasında nəticələrin qiymətləndirilməsi, xətaların hesablanması, qiymətləndirilməsi kimi bacarıqların aşılanması

  • elmi texniki tərəqqinin inkişafında fizikanın rolu haqqında düzgün təsəvvür yaratmaq, tələbələrdə elmi texniki və digər tətbiqi məsələlərin həllinə maraq oyatmaq, habelə müəyyən bacarıq vəvərdişlərin aşılayaraq inkişaf etdirmək.



  • Davamiyyətə verilən tələblər:

  • kredit sistemi ilə 10 bal,

  • dərsə gecikmək olmaz,

  • 3 dəqiqədən artıq müddətdə gecikən tələbələrə qaib yazılır.




  • Qiymətləndirmə:

  1. gündəlik sorğuya görə

  2. seminar və mühazirədə iştiraka görə

  3. laboratoriya işlərinin düzgün yerinə yetirilməsinə və təhvil verilməsinə görə

  4. ev tapşırıqlarına görə

  5. sərbəst işlərə görə

  6. kollokviumlara görə

  7. imtahana görə.




  • Davranış qaydalarının pozulması:

  • Dərs məşğələlərinə 3 dəq –dən artıq gecikən tələbələr qaib alır.

  • Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, tələbə kimi dərsin gedişinin normal təşkilinə maraqlı olmalıdır

  • Dərsə, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı, qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir


8. Təqvim planı:

Mühazirə 30 saat




NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Giriş. . Fizikanın əsas mövzusu və əsas tədqiqat obyekti.

2




2

Maddi nöqtənin kinematikası

2




3

Klassik dinamika.

2




4

İş.Enerji. Fırlanma hərəkətinin dinamikası

2




5

Hidrostatika və hidrodinamika

2




6

Qazların kinetik nəzəriyyəsi. Real qazlar. Statistik paylanmalar.

2




7

Termodinamikanın qanunları

2




8

Elektrostatika

2




9

Sabit elektrik cərəyanı. Metalların keçiriciliyi.

2




10

Müxtəlif maddə və mühitlərdə elektrik cərəyanı.

2




11

Maqnit sahəsi. Elektromaqnit induksiyası. Dəyişən cərəyan.

2




12

Rəqslər. Dalğalar

2




13

Işığın dalğa xassələri

2




14

Işığın maddə ilə qarşılıqlı təsiri. Istilik şüalanması. Şüalanma qanunları

2




15

Atom və nüvə fizikası haqqında məlumat.

2




Seminar 15 saat



NN

Keçirilən mühazirə, seminar-məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu seminar – məşğələ mövzuları

saat

tarix

tarix

1

Mexanika bölməsinə aid məsələ həlli

2







2

Saxlanma qanunları mövzusunda məsələ həlli

2







3

Molekulyar fizika və termodinamika bölməsinə aid məsələ həlli

2







4

Elektrodinamika bölməsin aid məsələ həlli

2







5

Maqnit sahəsinə bölməsin aid məsələ həlli

2







6

Optika bölməsin aid məsələ həlli

2







7

Işığın dalğa xassələri bölməsinə aid məsələ həlli

2







8

Atom Nüvə fizikası mövzusuna iad məsələ həlli

1






Laboratoaiya 15 saat



NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

tarix

1

Riyazi rəqqas vasitəsi ilə ağırlıq qüvvəsinin təcilinin təyini

2







2

Yaylı rəqqas vasitəsi ilə statik və dinamik üsulla sərtlik əmsalının təyini,

2







3

Üfiqi atılmış cismin sürətinin təyini

2







4

Şüşənin sındırma əmsalının təyini

2







5

Materialın elastiklik əmsalının təyini

2







6

Mayenin özlülük əmsalının təyini

2







7

Difraksiya qəfəsi vasitəsi ilə dalğa uzunluğunun təyini

2







8

Yerin maqnit sahə intensivliyinin üfuqi proyeksiyasının təyini

1







Mühazirə mövzuları üzrə açıqlama



Mövzu № 1

1. Giriş.

2. Fizikanın əsas mövzusu və əsas tədqiqat obyekti.

3. Fizikanın tədqiqat üsulları.

4. Fizika və texnika.

5. Fiziki modellər (mexanikada).

6. Skalyar və vektorial kəmiyyətlər.

Mövzu №2 Maddi nöqtənin kinematikası.

1. Hərəkətin təsnifatı.

2. Maddi nöqtənin bərabər sürətli düzxətli hərəkəti.

3. Düzxətli dəyişən hərəkət. Bərabərdəyişən hərəkət.

4. Maddi nöqtənin əyrixətli hərəkətinin kinematikası.

5. Bərk cismin fırlanma hərəkətinin kinematikası.

Mövzu № 3 Klassik dinamika.

1. Nyutonun qanunları.

2. İmpulsun saxlanma qanunu.

3. Kütləsi dəyişən cismin hərəkət tənliyi.

4. Mexaniki qüvvələr:

-. Sürtünmə qüvvələri (sükunət, sürüşmə, diyirlənmə və özlü sürtünmə);

-. Elastiki qüvvələr. Hük qanunu (deformasiyalar);

-. Cazibə qüvvəsi. Ümumdünya cazibə qanunu.

5. Klassik mexanikanın tətbiq olunma hüdudları.

Mövzu № 4 İş.Enerji.

Mexaniki iş və güc.

1. Sabit və dəyişən qüvvənin işi.

2. Ağırlıq qüvvəsinin gördüyü iş

3. Elastilik qüvvəsinin gördüyü iş.

4. Sürtünmə qüvvəsinin gördüyü iş.

5. Enerji. Kinetik və potensial enerji.

6. Enerjinin saxlanması qanunu.

7. Kürələrin elastik və qeyri-elastik toqquşması.

Mövzu № 5 Hidrostatika və dinamika

1. Mayelərin xassələri . Mayelərin axını.

2. Bernulli tənliyi. Torriçelli düsturu.

3. Real maye axını.Özlüklük. Laminar və turbulent axın. Reynolds ədədi.

4. Real mayenin laminar axını.

5. Puazeyl düsturu.

6. Cismin maye daxilində hərəkəti. Stoks düsturu.

Mövzu №6 Qazların kinetik nəzəriyyəsi.

1. Statistik fizika və termodinamika.Molekulyar kinetik

təsəvvürlər.

2. Termodinamik sistem və onun halı

3. İdeal qazın hal tənliyi.

4. Kinetik nəzəriyyənin əsas tənliyi

5. Kinetik nəzəriyyənin əsas tənliyindən çıxan nəticələr.

6. Sərbəstlik dərəcəsi.

7. Enerjinin sərbəstlik dərəcəsinə görə paylanması.

Real qazlar. Statistik paylanmalar.

1. Qazların mayeləşməsi. Mayenin böhran halı.

2. Real qazların hal tənliyi. Van-der-Vaals tənliyi. Böhran nöqtəsi.

Statistik paylanmalar:

3. Qaz molekullarının sürətə görə paylanması. Maksvel paylanması.

4. Cazibə sahəsində olan qaz. Barometrik düstur.

5. Bolsman paylanması.

Mövzu № 7 Termodinamikanın qanunları.

1. Termodinamik sistemin daxili enerjisi.

2. Həcmin dəyişməsi zamanı görülən iş.

3. Termodinamikanın I-ci qanunu.

4. İdeal qazın daxili enerjisi və istilik tutumu.

5. Adabatik proses.. Puasson tənliyi.

6. İzoproseslərdə qaz genişlənərkən gördüyü iş

Termodinamikanın II- ci qanunu.

1. Dönən və dönməyən proseslər.

2. Termodinamikanın II- ci qanunu.

3. Karno tsikli.

4. Entropiya.

5. Ideal qazın entropiyası.

Mövzu № 8 Elektrostatika

1. Elektrik yükləri. Kulon qanunu.

2. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi.

3. Elektrik sahəsinin potensialı. Elektrik sahəsində görülən iş.

4. Potensiallar fərqi ilə sahə intensivliyi arasında əlaqə.

5. İntensivlik vektorunun süli. Qauss teoremi.

6. Elektrik dipolu. Dipolun elektrik sahəsi.

7. Naqilləri elektrik tutumu. Kondensatorlar.

8. Elektrik sahəsinin enerjisi.

9. Keçiricilər elektrik sahəsində.

10. Dielektriklər elektrik sahəsində.
Mövzu № 9 Sabit elektrik cərəyanı. Metalların keçiriciliyi.

1. Sabit elektrik cərəyanı və onun yaranma şərtləri.

2. Metalların klassik elektron nəzəriyyəsi.

3. Elektron nəzəriyyəsinə əsasən Om qanununun izahı.

4. Metalların istilik keçiriciliyi ilə elektrik keçiriciliyi arasında əlaqə.

5. Coul-Lens qanununun elektron nəzəriyyəsinə əsasən izahı.

6. Om qanununun inteqral şəkli. Potensiallar fərqi. E.H.Q. Gərginlik.

7. Kirxhof qaydaları.

8. Metalların klassik elektron nəzəriyyələrinin çətinlikləri.

9. Om qanununun tətbiqi hüdudları.

Mövzu № 10 Müxtəlif maddə və mühitlərdə elektrik cərəyanı.

1. Qazlarda elektrik cərəyanı.

2. Plazma.

3. Vakuumda elektrik cərəyanı.

4. Kontakt potensiallar fərqi. Volta qanunu.

5. Termoelektrik hərəkət qüvvəsi. Termoelektrik effect (Zeebek effekti)

6. Peltye effekti (elektrotermik effekt)

7. Tomson effekti (elektrotermik effekt)

Mövzu № 11 Maqnit sahəsi.

1. Maqnit sahəsi.

2. Maqnit sahəsinin induksiyası.

3. Cərəyanın maqnit sahəsinin induksiyası. Bio-Savar-Laplas qanunu.

4. Maqnit sahəsinin cərəyanlı naqilə təsiri. Amper qüvvəsi.

5. Maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsiri. Lorens qüvvəsi.

6. Düzxətli cərəyanlı naqilin maqnit sahəsi.

7. Dairəvi cərəyanın əmələ gəlmiş maqnit sahəsinin induksiyası..

8. Cərəyanlı naqillərin qarşilıqlı təsir qüvvəsi.

9. Maqnit sahəsinin burulğanlılığı.Vakuumda maqnit sahəsi üçün tam cərəyan qanunu.

10. Maqnit sahəsində cərəyanlı naqilin hərəkəti zamanı görülən iş.

11. Maqnit seli. Maqnit sahəsi üçün Qauss teoremi.

12. Hərəkət edən yükün maqnit sahəsi.

Elektromaqnit induksiyası.

1. Faradey təcrübəsi. Lents qaydası.

2. İnduksiya cərəyanının e.h.q.- nin təyini. Faradey qanunu.

3. İnduksiya zamanı konturda axan elektrik yükü. Maqnit sahəsinin intensivliyinin ölçülməsi.

4. Öz- özünə induksiya. Dövrənin açılması və qapanmasızamanı yaranan ekstra cərəyanlar.

5. Qarşılıqlı induksiya.

6. Maqnit sahəsinin enerjisi.

Dəyişən cərəyan.

1. Dəyişən cərəyanın dövrəsində müqavimət. Kvazistasionar cərəyanlar.

2. Dəyişən cərəyan dövrəsində induktivlik.

3. Dəyişən cərəyan dövrəsində tutum.

4. Dəyişən cərəyan dövrəsi üçün Om qanunu.

5. Dəyişən cərəyan dövrəsində iş və güc. Cərəyan və gərginliyin effektiv qiyməti.

Mövzu №12 Rəqslər.

1. Harmonik rəqslər.

2. Rəqqaslar (yaylı, riyazi, fiziki).(M. i.)

3. Harmonik rəqsi hərəkət edən cismin enerjisi.

4. Rəqslərin toplanması. Döyünmə.(Müstəqil iş).

5. Harmonik rəqslərin differensial tənliyi:

- Sərbəst rəqslər.

- Sönən rəqslər.

- Məcburi rəqslər.

6. Elektromaqnit rəqslər.

7. Elektromaqnit rəqslərin differensial tənliyi.

Dalğalar

1. Dalğavari hərəkət.

2. Dalğa tənliyi. Faza sürəti.

3. Dalğavari tənlik (Dalğanın diferensial tənliyi).

4. Dalğanın enerjisi.

5. Dalğa qrupu. Qrup sürəti. Reley düsturu. Dalğanın dispersiyası.

6. Elektromaqnit dalğaları.

7. Dalğaların superpozisiya prinsipi.

8. Dalğaların interferensiyası.

9. Durğun dalğalar.

10. İşığın interfferensiyası. Interferensiya mənzərəsi.

Mövzu № 13 Işığın difraksiyası və polyarlaşması.

1. Işığın difraksiyası. Hüygens-Frenel prinsipi.

2. Bir yarıqdan işığın difraksiyası.

3. Difraksiya qəfəsi. Vulf-Breqq düsturu.

4. İşığın polyarlaşması. Malyus qanunu.

5. İşığın polyarlaşdırma üsulları. Maddənin optik anizotropiyası.+-

Mövzu 14 Işığın maddə ilə qarşılıqlı təsiri.

1. Işığın dispersiyası.

2. Işığın səpilməsi.

3. Işığın udulması.

4. Işığın təzyiqi.

5 Dopler effekti.

6 Rentgen şüalarının maddə ilə qarşılıqlı təsiri.

7. Koherent (klassik) səpilmə.

8. Qeyri-koherent səpilmə (Kompton effekti).

Istilik şüalanması. Şüalanma qanunları.

1. Istilik şüalanması. Mütləq qara cisim.

2. Kirxhof qanunu.

3. Mütləq qara cismin şüalanma qanunları:

- Stefan-Bolsman qanunu.

- Vin qanunu.

4. Reley-Cins qanunu.

5. Plank düsturu.
Mövzu № 15 Atom fizikası haqqında məlumat.

1. Rezerford təcrübəsi. Hidrogen atomu.

2. Bor postulatları.

3. Hidrogen atomunun kvant nəzəriyyəsi (Bora görə).

4. Frank və Hers təcrübəsi.

5. Kvant ədədləri.

6. Pauli prinsipi. Atomda elektron örtüklərin quruluşu.

Nüvə fizikası haqda məlumat.

1. Atom nüvəsinin quruluşu. Proton və neytron.Izotoplar. Nüvə daxilindəki çevirmələr.

2. Kütlə defekti. Rabitə enerjisi.

3. Radioaktivlik.

4. Radioaktiv çevirmə (parçalanma) qanunu.


Əlavə hazırlıq üçün mövzular---

Köçürmə hadisələri.

1. Orta sərbəst qaçış məsafəsi. Molekulun effektiv diametri.

2. Qazlarda köçürmə hadisələri. Köçürmə tənliyi.

3. Diffuziya.

4. İstilik keçirməsi.

5. Daxili sürtünmə (Özlülük).

Keçiricilər və dielektriklər elektrik sahəsində.

3. Pyezoelektrik hadisəsi.

4. Dielektrik qavrayıcılığı.

5. Elektrostatik induksiya.

6. Dielektrikdə elektrik sahəsi üçün Qayss teoremi.

Fırlanma hərəkətinin dinamikası.

1. Bərk cismin müstəvi hərəkəti.

2. Bərk cismin fırlanma hərəkəti dinamikasının əsas tənliyi. Ətalət momenti. İmpuls momenti.

3. Şteyner teoremi. Bəzi cisimlərin ətalət momentləri.

4. Impuls momentinin saxlanması qanunu.

5. Fırlanan bərk cismin kinetik enerjisi.

6. Kütlə mərkəzi. Ətalət mərkəzi.

Qeyri-ətalət hesablama sistemləri.

1. Ətalət qüvvələri.

2. Mərkəzdənqacma ətalət qüvvəsi.

3. Koriolis qüvvəsi.

Xüsusi nisbilik nəzəriyyəsinin elementləri.

4. Qalileyin çevilmələri və nisbilik prinsipi.

5. Enşteynin xüsusi nisbilik nəzəriyyəsinin (x.n.n.) postulatları.

6. Lorens çevrilmələri.

7. Relyativistik mexanikanın elementləri

Maqnit sahəsi

1.Holl effekti.

2. Cərəyanın maqnit sahəsinin enerjisi.

3. Burulğanlı elektrik sahəsi.

4. Burulğanlı cərəyanlar.Fuko cərəyanları.

5. Yerdəyişmə cərəyanı.

6. Maksvel tənliklərinin inteqral forması.

7. Maksvel tənliklərinin diferensial forması.

8. Maksvel nəzəriyyəsinin əhəmiyyəti.

Kvant mexanikasının əsasları.

1. De Broyl dalğası. Devisson və Cermer təcrübəsi.

2. Heyzenberqin qeyri-müəyyənlik prinsipi.

3. Dalğa funksiyası və onun statistik mənası.

4. Şredinger tənliyi.
Verilən mövzularin bir qismi əlavə mövzu kimi (tanışlıq üçün oxu), bir qismi isə müstəqil iş kimi təqdim olunacaqdır. Materiallar “Fizika Sizin üçün” www.phys-for-you.narod.ru internet saytda xüsusi lilə Lənkəran Dövlət Universitetinin tələbələri üçün ayrilmiş səhifədə elektron variantda verilmişdir.

QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaq.


50 balimtahana qədər

O cümlədən:



10 bal – dərsə davamiyyət

10 bal – sərbəst iş

30 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablardan suallar, düzgün cavabların suallarının ballarını silir.



Qeyd:

İmtahanda minimum 17 bal toplanılmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq.



İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A - «Əla» -91-100

B - «Çox yaxşı» -81-90

C - «Yaxşı» -71-80

D - «Kafi» -61-70

E - «Qənaətbəxş» -51-60

F - «Qeyri-kafi» -51 baldan aşağı



  1. Tələbələr dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, həm seminara həmdə laborator məşğələyə hazır gəlməli,

  2. Dərslərdə fəal iştirak etməli,

  3. Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli, həll etməyə cəhd göstərməli

  4. Tapşırılan laboratoriya işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, təyin edəcəkləri və hesablayacaqları kəmiyyətlərin dusturunu, ifadənin çıxarılışını və xətaları cıxarmağı bacarmalıdırlar.

  5. Onlar fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr, qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,

  6. Qanunları ifadı edən riyazi münasibətəri, sadə təcrübər aparmağı, nəticələri hesablamağı, xətaları hesablanma metodlarını bilməlidir.

  7. Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.

  8. Dərsə davamiyyətə görə aldıqları qaiblar üçün referat təqdim etməlidirlər

  9. Marağa görə tələbələr sərbəst iş təqdim edə bilərki, bu da onların qiymətləndirilməsində nəzərə alınacaqdır.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə