Fənn sillabusu Kafedra: Riyaziyyat-informatika Fənnin adı: Fizika



Yüklə 74,63 Kb.
tarix14.01.2017
ölçüsü74,63 Kb.
#152
Fənn sillabusu
Kafedra: Riyaziyyat-informatika

Fənnin adı: Fizika


  1. Fənn haqqında məlumat:

Kodu:


Semestr: VI

Fakultə: Təbiyyat

Tədris yükü (saat): 120 saat

AKTS üzrə kredit:

Auditoriya N: 410

Saat: III gün 1-2 V 2





  1. Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:



Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 14-00

E-mail ünvanı: mbashirov@mail.ru

URL ünvan: www.phys-for-you.narod.ru


  1. Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Ümumi fizika kursu A.Mehrabov 2002

2. Qocayev N.M. Ümumi fizika kursu Mexanika 1978

3. Qocayev N.M. Ümumi fizika kursu Optika 1983

4. T.Əzizov Fizikadan mühazirə kursu (4 hissə) 2003-2006

5. Əmiraslanov A. Fizikadan laboratoriya praktikumu 1989



6. Xudaquliyev Fizikadan praktikum işləri


  1. Fənnin təsviri və məqsədi: tələbələrə fizikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqatmetodları ilə tanış etmək, fiziki ideyalarıdüzgün ifadə etməyi, fizikiməsələləri həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi,öyrənmək, tələbələrə fiziki model və nəzəriyyələrintətbiq hüdudları haqqında aydın təsəvvür vermək:

  • tələbələrə müyyən eksperimental ( təcrübi) iş vərdişlərini aşılamaq, onları fiziki kəmiyyətlərin dəqiq ölçü üsulları ilə, əsas fiziki cihazlar və təcrübi nəticələrin sadə işlənməsi metodları ilə tanış etmək, laborator işlərinin aparılmasında nəticələrin qiymətləndirilməsi, xətaların hesablanması, qiymətləndirilməsi kimi bacarıqların aşılanması

  • elmi texniki tərəqqinin inkişafında fizikanın rolu haqqında düzgün təsəvvür yaratmaq, tələbələrdə elmi texniki və digər tətbiqi məsələlərin həllinə maraq oyatmaq, habelə müəyyən bacarıq vəvərdişlərin aşılayaraq inkişaf etdirmək.




  1. Davamiyyətə verilən tələblər: kredit sistemi ilə 10 bal




  1. Qiymətləndirmə:

1. gündəlik sorğu

2. kollokvium

3. imtahan.

  1. Davranış qaydalarının pozulması: Dərs məşğələlərinə 5 dəq –dən artıq gecikən tələbələr q/b alır. Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, dərsə məsuliyyətlə yanaşmalı, qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir.


8. Təqvim planı:


NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Giriş. Mexanika. Əsas anlayışlar. Maddi nöqtənin kinematikası

2




2

Dinamika. Ətalət sistemləri. Qüvvə. Nyutonun I və II qanunu

2




3

İmpuls. İmpulsun saxlanması qanunu. Nyutonun III qanunu

2




4

Mexaniki iş və güc. Kinetik və potensial enerji.

2




5

Qapalı sistemdə mexanikanın saxlanması qanunları

2




6

Impuls momenti. Ətalət momenti.fırlanan bərk cismin dinamikası

2




7

Mexaniki rəqslər. Harmonik rəqslər

2




8

Məcburi və sərbəst rəqslər. Rezonans

2




9

Mexaniki dalğalar. Dalğanın yayılma sürəti, xassələri

2




10

Hidrostatika, İtələyici qüvvə, cisimlərin üzmə şərti Hidrodinamika, Bernulli qanunu

2




11

MKN əsasları. İdeal qaz. İzoproseslər. Hal tənliyi

2




12

Molekulların sürətə və enerjiyə görə paylanması. Maksvell və Bolsman paylanması

2




13

Termodinamika. Daxili enerji, ideal qazın termodinamikası Istilik miqdarı. İstilik tutumları. Ərimə və bixarlanma

2




14

Mayenin xassələri. Doymuş buxar. Rütubət Real qazlar. Van der Vaals tənliyi

2




15

Elektrostatika elementləri, İntensivlik və potensial Kondensator. Onların birləşməsi

2




16

Elektrik sahəsinin enerjisi və enerji sıxlığı Sabit elektrik cərəyani. Müqavimət. Om qanunu Kirxhof qanunları

2




17

Maqnit sahəsi Sahə induksiyası Bio Laplas Savar qanunu

2




18

Elektromaqnit induksiya Dəyiçən elektrik cərəyanı

2




19

Həndəsi optika İçığın qayıtma sınma qanunları. Linza

2




20

Dalğa optikası İnterferensiya,difraksiya, polyarizasiya,dispersiya

2




21

Işığın maddə ilə qarçılıqlı təsiri Işığın kvant xassələri

2




22

Atom modeli, enerji səviyyələri

2




23

Radioaktiv parçalanma

1






NN

Keçirilən mühazirə, seminar-məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu seminar – məşğələ mövzuları

saat

tarix

1

Mexanikanın kinematika və dinamika bölməsinə aid məsələ həlli

2




2

Saxlanma qanunları və rəqslər mövzusunda məsələ həlli

2




3

Molekulyar fizika bölməsinə aid məsələ həlli

2




4

Termodinamika bölməsinə aid məsələ həlli

2




5

Elektrodinamika və maqnit sahəsinə aid məsələ həlli

2




6

Həndəsi optika və dalğa optikasına aid məsələ həlli

2




7

İşığın dalğa xassələrinə aid məsələ həlli

2




8

Atom nüvə fizikası bölməsinə aid məsələ həlli

1






NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Riyazi rəqqas vasitəsi ilə ağırlıq qüvvəsinin təcilinin təyini

2




2

Yaylı rəqqas vasitəsi ilə statik və dinamik üsulla sərtlik əmsalının təyini,

2




3

Maddənin sıxlığının təyini

2




4

Üfiqi atılmış cismin sürətinin təyini

2




5

Sürtünmə əmsalının təyini

2




6

Materialın elastiklik əmsalının təyini

2




7

Mayenin özlülük əmsalının təyini

2




8

Suyun səthi gərilmə əmsalının təyini

2




9

Uitson körpüsü vasitəsi ilə naqilin müqavimətinin təyini

2




10

Mənbənin EHQ və daxili müqavimətinin təyini

2




11

Yerin maqnit sahə intehsivliyinin təyini

2




12

İki elektrodlu elektron lampasının öyrənilməsi

2




13

Şüşənin sındırma əmsalının təyini

2




14

Difraksiya qəfəsi vasitəsi ilə dalğa uzunluğunun təyini

2




15

Zərrəciklərin izinə görə yükünün və kütləsinin təyini

2






9. Fənn üzrə tələblər, tapşırıqlar: Tələbələr dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, həm seminara həmdə laborator məşğələyə hazır gəlməli, dərslərdə fəal iştirak etməli, seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli, tapşırılan laboratoriya işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, təyin edəcəkləri və hesablayacaqları kəmiyyətlərin dusturunu, ifadənin çıxarılışını və xətaları cıxarmağı bacarmalıdırlar. Onlar fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr, qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı, qanunları ifadı edən riyazi münasibətəri, sadə təcrübər aparmağı, nəticələri hesablamağı, xətaları hesablanma metodlarını bilməlidir. Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:
Yüklə 74,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin