SM-situasion məsələlər praktik məşğələlərin gedişində tələbələrə pasientin şikayətlərinin, xəstəliyin anamneznin, klinik və şüa tədqiqatının nəticəsində alınan simptomların səsləndirilməsini nəzərdə tutur. Nümunə üzərində tələbə təyin olunmuş şüa müayinəsinin düzünlüyünü (rasionallığını) və şüa mənzərəsinin uyğunluğunun qiymətləndirilməsini aparmalıdır.
TVY –təcrübi vərdişlərin yoxlanılması –rentgenoqram, exoqram və d. Diaqnostik görüntülərin protokollarının təsvirinin yoxlanılması, şüa diaqnostikası üçün diaqnostik alqoritmin tərtibi və üsulların seçim həcminin motivasiyası, yekun bilik səviyyəsinin yoxlanılması, şüa sindrom və simptomlarının differensasiya nəticələrinin düzgünlüyünün qiymətləndirilməsi, tədris olunan fənlər əsasında alınan bilik, vərdiş və bacarıqların nəticələrin interpretasiyası nəzərdə tutur.
Yİ-yoxlama işi – yekun attestasiyanın yazıl formasına uyğun gəlir, fənn üzrə tədris müddəti ərzində nəzərdən keçirilən mövzular üzrə yekun attestasiyaya hazırlıq suallarının və “Daxili xəstəliklərin propedevtikası”, “Şüa diaqnotikası” disiplinləri üzrə biletlərinin məcmusunu əhatə edir. Yekun attestasiyanin nəticələrinə əsasən reytinq formalaşır və fənn üzrə tələbələrin hazırlıq keyfiyyəti qiymətləndirilir.
P-prezentasiya - tələbələrin elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən prezentasiyalarla konferensiyalarda çıxışları.