Fənn sillabusu



Yüklə 83,34 Kb.
tarix27.06.2018
ölçüsü83,34 Kb.
#54970
növüMühazirə

Fənn sillabusu
Kafedra: Fizika, riyaziyyat və informatika

Fənnin adı: Fizika məsəllərinin həlli metodikası

  • Fənn haqqında məlumat:

Kodu:

Semestr: I

Fakultə: Təbiyyat

Ixtisas: Riyaziyyatın tədrisi metodikası və metodologiyası

Tədris yükü (saat): 60saat

(o cümlədən 30 saat mühazirə, 30 saat seminar )

AKTS üzrə kredit: 2

Auditoriya N: 410 (fizika laboratoriyası )

Saat: V və VI gün - 2 ci saatlar (1- ci növbə)



Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:



Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 12-00

əlaqə mobil -051-8371728 ev (0171) 4 7092

E-mail ünvanı: mbashirov@mail.ru , mbashirov@gmail.ru,

URL ünvan: “Fizika Sizin üçün” sayt- www.phys-for-you.narod.ru ,



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

1. Аганов А. В. и др. Физика вокруг нас: Качествен­ные задачи по физике. М.: Дом педагогики, 1998.

2. Бутырский Г. А., Сауров Ю. А. Эксперимен­тальные задачи по физике. 10—11 кл. М.: Просвещение, 1998.

3. Каменецкий С. Е., Орехов В. П. Методика ре­шения задач по физике в средней школе. М.: Просвеще­ние, 1987.

4. Малинин А. Н. Теория относительности в задачах и упражнениях. М.: Просвещение, 1983.

5. Новодворская Е. М., Дмитриев Э. М. Мето­дика преподавания упражнений по физике во втузе. М.: Высшая школа, 1981.

6. Орлов В. А., Никифоров Г. Г. Единый государ­ственный экзамен. Контрольные измерительные мате­риалы. Физика. М.: Просвещение, 2004.

7. Орлов В. А., Никифоров Г. Г. Единый государ­ственный экзамен: Методические рекомендации. Физи­ка. М.: Просвещение, 2004.

8. Орлов В. А., Ханнанов Н. К., Никифоров Г. Г. Учебно-тренировочные материалы для подготовки к еди­ному государственному экзамену. Физика. М.: Интел­лект-Центр, 2004.

9. Тульнинский М. Е. Качественные задачи по фи­зике. М.: Просвещение, 1972.

10. Тульнинский М. Е. Занимательные задачи-парадоксы и софизмы по физике. М.: Просвещение, 1971.

11. M.Bəşirov, İ.Səfərova. Fizikadan məsələ tərtibi və həlli problemləri – Lənkəran -2000 metodik göstəriş 34səh

12. M.Bəşirov,İ.Səfərova, T.Hüseynov, Fizikadan fəndaxili əlaqə vəonun təşkili Bakı 2001 67 səh

13. T.Əzizov, M.Bəşirov. Fizikadan məsələri I , II hissə (tərtibi və həlli metodikası) Bakı 1997 – 163səh, 194 səh.


KURS İŞİ - Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.

TƏCRÜBƏ - Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmayıb.

  • Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

1 Баканина Л. П. и др. Сборник задач по физике: Учеб. пособие для углубл. изуч. физики в 10-11 кл. М.: Просвещение, 1995.

2. Балаш В. А. Задачи по физике и методы их реше­ния. М.: Просвещение, 1983.

3. Буздин А. И., Зильберман А. Р., Кротов С. С. Раз задача, два задача... М.: Наука, 1990.

4. Всероссийские олимпиады по физике. 1992—2001 / Под ред. С. М. Козела, В. П. Слободянина. М.: Вер-бум-М, 2002.

5. Гольдфарб И. И. Сборник вопросов и задач по физике. М.: Высшая школа, 1973.

6. Кабардин О. Ф., Орлов В. А. Международные физические олимпиады. М.: Наука, 1985.

7. Кабардин О. Ф., Орлов В. А., Зильберман А. Р. Задачи по физике. М.: Дрофа, 2002.

8. Козел С. М., Коровин В. А., Орлов В. А. и др. Физика. 10—11 кл.: Сборник задач с ответами и реше­ниями. М.: Мнемозина, 2004.

9. Ланге В. Н. Экспериментальные физические за­дачи на смекалку. М.: Наука, 1985.

10. Малинин А. Н. Сборник вопросов и задач по физике. 10—11 классы. М.: Просвещение, 2002.

11. Меледин Г. В. Физика в задачах: Экзаменацион­ные задачи с решениями. М.: Наука, 1985.

12. Перелъман Я. И. Знаете ли вы физику? М.: Нау­ка, 1992.

13. Слободецкий И. Ш., Асламазов Л. Г. Задачи по физике. М.: Наука, 1980.

14. Слободецкий И. Ш., Орлов В. А. Всесоюзные олимпиады по физике. М.: Просвещение, 1982.

15. Черноуцан А. И. Физика. Задачи с ответами и решениями. М.: Высшая школа, 2003.
Fənnin təsviri və məqsədi:

Tələbələrə fizikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqatmetodları ilə tanış etmək, fiziki ideyaları düzgün ifadə etməyi, fiziki məsələlər, onların tədris prosesində və həyatımızda rolu və mqsədləri, onları həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi öyrənmək, tələbələrə məsələ növləri, onların xüsusiyyətlərini, məqsədlərini açıqlamaq, məsələ həllinin növlərini anlatmaq, MH üsullarının tətbiqi imkanlarını göstərmək, bu usullarıtətbiq etmək kimi vərdişlərini aşılamaq,



Davamiyyətə verilən tələblər:

kredit sistemi ilə 10 bal,

dərsə gecikmək olmaz,

gecikən tələbələrə qaib yazılır. ümumi yükün 10% nə kimi 1 bal, 20% nə kimi 2 bal ..bu formada davamiyyət balı azalır.



Qiymətləndirmə:

gündəlik sorğuya görə

seminar və mühazirədə iştiraka görə

laboratoriya işlərinin düzgün yerinə yetirilməsinə və təhvil verilməsinə görə

ev tapşırıqlarına görə

sərbəst işlərə görə

kollokviumlara görə

imtahana görə.



  • Davranış qaydalarının pozulması halları olduqda:

  • Dərsə gecikən tələbələr qaib alır.

  • Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, bir birinə hörmətlə yanaşmalı və dərsin gedişinə mane olmamalı, tələbə kimi dərsin gedişinin normal təşkilinə maraqlı olmalıdır

  • Dərs vaxtı texniki avadanlıqlardan (mobil telefon, kalkulyator, kompüter və s.) istənilən formada istifadə, dərs zamanı yemek yemək, digər tələbələrlə danışaraq dərsin gedişionə mane olmaq - dərsi pozma kimi hesab edilir və belə tələbə auditoriyadan kənarlaşdırılır.



  • Dərsə, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı, vaxtinda yerinə yetirilməsinə çalışmalı, seminar və laboratoriya işlərinə hazır gəlməli, dərs zamanı qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir


8. Təqvim planı:

Mühazirə 30 saat



NN

Keçirilən mühazirə, seminar, laboratoriya mövzuların məzmunu

saat

tarix

1

Fizikadan məsələ həlli (FMH), onun tədrisdə rolu və mahiyyəti

2




2

Fizikadan məsələlərin növləri: məzmun və didaktik məqsədlər

2




3

Fizikadan məsələlərin növləri:keyfiyyət və hesablama növləri

2




4

Fizikadan məsələlərin növləri:qrafik və eksperimental növləri

2




5

Məsələ həlli- analitik və sintetik üsul

2




6

Məsələlərin alqoritmik həlli üsulları

2




7

Mexanikadan məsələlərin həlli metodikası

2




8

Molekulyar fizikadan məsələlərin həlli metodikası

2




9

Termodinamikadan məsələlərin həlli metodikası

2




10

Elektrik sahəsi bölməsinə aid məsələlərin həlli metodikası

2




11

Sabit eletrik cərəyanı bölməsinə aid məsələlərin həlli metodikası

2




12

Maqnit sahəsinə aid məsələlərin həlli metodikası

2




13

Dəyişən elektrik sahəsi və cərəyanı bölməsinə aid məsələlərin həlli metodikası

2




14

Həndəsi optikaya aid məsələlərin həlli metodikası

2




15

Dalğa optikasına aid məsəllərin həlli metodikası

2




Seminar 15 saat

NN

Keçirilən mühazirə, seminar-məşğələ, laboratoriya mövzuların məzmunu

saat

tarix

1

Fizikadan məsələ həlli (FMH), onun tədrisdə yeri, rolu və mahiyyəti

2




2

Məzmun və didaktik məqsədlərə görə məsələlərin fərqləndirilməsi

2




3

Keyfiyyət və hesablama növ məsələlərin təsnifatı

2




4

Qrafik və eksperimental növ məsələlərin təsnifatı

2




5

Məsələ həllinin ümumi üsulları

2




6

Fizikadan məsələlərin ümumi və məxsusi alqoritmik həlli üsullari

2




7

Kinematikaya aid məsələlərin həlli

2




8

Dinamika bölməsinə aid məsələlərin həlli

2




9

Saxlanma qanunları mövzusunda məsələ həlli

2




10

Molekulyar fizika və termodinamika bölməsinə aid məsələ həlli

2




11

Elektrodinamika bölməsin aid məsələ həlli

2




12

Maqnit sahəsinə bölməsin aid məsələ həlli

2




13

Optika bölməsin aid məsələ həlli

2




14

Işığın dalğa xassələri bölməsinə aid məsələ həlli

2




15

Fəndaxili əlaqəyə aid məsələ həlli

2



Mühazirə mövzuları üzrə açıqlama



Mövzu № 1

Mövzu №2.

Mövzu № 3

Mövzu № 4

Mövzu № 5

Mövzu №6

Mövzu №

Mövzu № 8

Mövzu № 9

Mövzu № 10

Mövzu № 11

Mövzu №12

Mövzu № 13

Mövzu №14

Mövzu № 15
Verilən mövzularin bir qismi əlavə mövzu kimi (tanışlıq üçün oxu), bir qismi isə müstəqil iş kimi təqdim olunacaqdır. Materiallar “Fizika Sizin üçün” www.phys-for-you.narod.ru internet saytda xüsusi ilə Lənkəran Dövlət Universitetinin tələbələri üçün ayrilmiş səhifədə elektron variantda verilmişdir. http://www.phys-for-you.narod.ru/ldu.htm
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir.




Mövzular

qeyd




1Fizikadan məsələ növləri

2 Fizikadan məsələ həlli üsulları

3 Fizikadan məsələlərin tərtibinə verilən tələblər

4 Fizikadan məsələlərin şərti, həllin tapılma planının tərtibi

5.Fizikadan məsələ həllinin həll ardıcıllığı

6. Mexanikadan məsələ həlli alqoritmi (nümunə əsasında)

7. Termodinamikadan məsələ həllinin alqoritmi (nümunə əsasında)

8.Fizikadan hesablama məsələlərinin növləri və həlli üsulları

9 Eksperimental məsələlər, əhəmiyyəti və həlli alqoritmi

10. Mexanika məsələlərinin koordinat metodu ilə həlli

11Fiziki sistemin tarazlığına aid məsələlərin həlli

12. Müxtəlif didaktik məqsədlər üçün əyləncəli, məişət məzmunlu, texniki və diyarşünaslıq, hərbi məzmunlu məsələlər

13 Müxtəlif modellərin hazırlanmasına aid məsələlər

14 Kəmyyət və keyfiyyət məsələləri

15

16

17



18

19


Tələbələr sərbəst işləri müəllimin verdiyi qaydaya əsasən həftəlik və ya aylıq olaraq təhvil verməlidir. Gecikdirilən sərbəst işlər təhvil alınmır


Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.   

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan, Rus və ya İngilis dilində  ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir. 

5. Sərvbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər. 

 Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur: 

1.Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək, əlavə .materialları dəftərə qeyd edib müəllimə göstərmək

2.Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3.Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.

4.Dərslərdə ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!


QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti yığmaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər O cümlədən:

10 bal – dərsə davamiyyət

20 bal – sərbəst iş

20 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablardan suallar, düzgün cavabların suallarının ballarını silir.



Qeyd: İmtahanda minimum 17 bal toplanılmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:



A - «Əla» -91-100 B - «Çox yaxşı» -81-90 C - «Yaxşı» -71-80 D - «Kafi» -61-70

E - «Qənaətbəxş» -51-60 F - «Qeyri-kafi» -51 baldan aşağı

  • Fənn üzrə tələblər, tapşırıqlar:

  1. Tələbələr dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, həm seminara həmdə laborator məşğələyə hazır gəlməli,

  2. Dərslərdə fəal iştirak etməli,

  3. Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli, həll etməyə cəhd göstərməli

  4. Tapşırılan laboratoriya işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, təyin edəcəkləri və hesablayacaqları kəmiyyətlərin dusturunu, ifadənin çıxarılışını və xətaları cıxarmağı bacarmalıdırlar.

  5. Onlar fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr, qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,

  6. Qanunları ifadı edən riyazi münasibətəri, sadə təcrübər aparmağı, nəticələri hesablamağı, xətaları hesablanma metodlarını bilməlidir.

  7. Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.

  8. Dərsə davamiyyətə görə aldıqları qaiblar üçün referat təqdim etməlidirlər

  9. Marağa görə tələbələr əlavə iş təqdim edə bilərki, bu da onların qiymətləndirilməsində nəzərə alınacaqdır.

  10. Hər tələbə kurs müddətində 5 sərbəst iş yazıb təhvil verməlidir- sərbəst işin həcmi 2-3 kompüterdə yazılmış vərəq olmalıdır.

  11. Dərs müddətində mobil telefon və digər kompüter avadanlığından istənilən formada istifadə qəti qadağandır – bu formada dərsi pozmuş tələbələr dərsdən kənar edilir.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:
Yüklə 83,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin