FəNN: Sistem Paradiqmaları MÖvzu: Sİstem proqram təMİnati



Yüklə 114,24 Kb.
səhifə1/12
tarix31.12.2021
ölçüsü114,24 Kb.
#113521
  1   2   3   4   5   6   7   8   9   ...   12
Serbest is


FƏNN: Sistem Paradiqmaları

MÖVZU: SİSTEM PROQRAM TƏMİNATI

İXTİSAS: İnformasiya texnologiyaları

QRUP: 689A3

TƏLƏBƏ: Qocayev Elgün

MÜƏLLİM: Qurbanov Natiq
Fərdi kompüterlər proqramla idarə olunan hesablayıcı maşındır. Hər hansı bir məsələni kompüterdə həll etmək üçün onun həll alqoritmi əsasında qurulmuş proqram olmalıdır. Kompüterin fəaliyyəti onun yaddaşına yazılmış proqramla təmin edilir. Proqram təkcə konkret məsələnin həlli üçün deyil, istifadəçi ilə kompüter arasında əlverişli formada ünsiyyət yaratmaq, informasiyanın işlənməsi prosesini idarə etmək, məsələlərin həllində proqramçıya kömək etmək, proqramçının səhvlərini aşkar edib ona çatdırmaq və s. üçün istifadə edilir. Bu və ya digər funksiyaları yerinə yetirmək məqsədilə kompüter uyğun proqramlar kompleksi ilə təmin olunmalıdır.

Həmin proqramlar kompleksinə kompüterin proqram təminatı sistemi deyilir. Müasir kompüterlər yalnız texniki göstəricilərlə deyil, proqram təminatının zənginliyi ilə də bir-birindən fərqləndirilir və qiymətləndirilir.

Beləliklə, proqram təminatı kompüterdə məsələlərin həllini təşkil edən proqramlar toplusudur. Proqram təminatı kompüterin vacib tərkib hissələrindən biridir və onun müəyyən hissəsi texniki aparatla birlikdə alıcılara çatdırılır.



QEYD: Proqram təminatına aid ilk nəzəriyyə ingilis riyaziyyatçısı Alan Tyurinq tərəfindən 1935-ci ildə “Decision problem” jurnalında dərc olunmuş “Computable numbers with an application to the Entschcidungsproblem” adlı oçerqdə təklif olunmuşdu. Müəllif məqalədə hesablama maşınını bir funksional vəziyyətdən digərinə çevirə biləcək ibtidai şəkildə olan əməliyyatları ardıcıllıqla yerinə yetirə bilən abstrakt maşının riyazı modelini vermişdi.

Müasir həyatda yeni informasiya texnologiyasının sürətlə inkişafı və onun tətbiq sferasının geniş vüsət alması proqram təminatının intensiv inkişafına səbəb oldu. Bununla əlaqədar qeyd etmək olar ki, son illərdə dünya miqyasında proqram təminatının inkişaf etdirilməsi üçün 140 milyard dollara yaxın vəsait sərf olunmuşdur. Bu vəsait hesabına proqram təminatının inkişaf meyli hər il mütəmadi olaraq (ildə 20%) artır.


Ümumiyyətlə, proqram təminatı dedikdə hesablama texnikası vasitələrinin tətbiqi ilə məlumatların təhlili sisteminin yaradılması və işlənməsi üçün proqramların və sənəd vasitələrin məcmusu nəzərdə tutulur.

Proqram təminatının yerinə yetirilmə funksiyasından asılı olaraq onu iki qrupa bölmək olar: Sistem proqram təminatı (SPT) və Tətbiqi proqram təminatı (TPT).




Yüklə 114,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin