Virusların yaradılması. Hər gün 10÷15 yeni növ virus yaradılır (bəlkə də çox). Virusların sayı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təcrübəsi təsdiq edir. Məsələn, 2010-cu ildə 202 000-dən çox virus məlum idi, indiki zamanda isə bu rəqəm bir neçə dəfə artmışdır və s.
Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yarada bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yaradılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları da mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusu mürəkkəb virusa çevirsin.
Dostları ilə paylaş: |