Virusların yayılması. Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı. İnternet virusların yayılması üçün geniş imkanlar və magistral yollar açdı. Kompüter virusları İnternetdə bioloji virusların real dünyada yayılmasından daha sürətlə yayılır (məsələn, 2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min fərdi kompüteri yoluxdurmuşdu).
1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. “Melissa” virusu on minlərlə kompüteri yoluxdurmuş və kompüter aləminə 80 milyon dollar ziyan vurmuşdu. Bu hadisədən sonra dünyada antivirus proqramlarına böyük tələbat yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş “I Love You!” (“Səadət məktubu”) virusu təzələdi. 2008-ci ildə “Conficker” virusu 12 milyon kompüterə yoluxdu (maraqlı faktdır ki, virus, klaviaturası ukrayna dilində olan kompüterlərə təsir etmir) və s.
Fərdi kompüterlərdə praktik olaraq virusa yoluxmayan fayl növü tapmaq mümkün deyil. Hal-hazırda mobil telefonları və proqram təminatından istifadə edən digər qurğuları da yoluxduran viruslar sürətlə yayılır.
Virus müəllifləri təkcə texnoloji zəifliklərdən deyil, "psixoloji" zəifliklərdən də istifadə edirlər.
Məlumatları (verilənləri) məhv olmaqdan qorumaq, kompüter viruslarını tapmaq və silmək üçün nəzərdə tutulan proqram antivirus proqramı adlanır. Antivirus proqramının aşağıdakı tipləri mövcuddur:
süzgəc;
detektorlar;
doktorlar və ya faqi;
müfəttişlər;
immunizatorlar və ya vaksinlər.
Dostları ilə paylaş: |