FəNN: Sistem Paradiqmaları MÖvzu: Sİstem proqram təMİnati


Süzgəc rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir (məsələn icra olunan proqram fayllarını dəyişir). Detektorlar



Yüklə 114,24 Kb.
səhifə7/12
tarix31.12.2021
ölçüsü114,24 Kb.
#113521
1   2   3   4   5   6   7   8   9   ...   12
Serbest is

Süzgəc rezident proqram olmaqla, təhlükəli əməliyyatlara nəzarət edir (məsələn icra olunan proqram fayllarını dəyişir).

Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin

edir.
Doktor antivirus proqramları virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə şərait yaradır.

Viruslarla mübarizə proqramlarının bir neçə növündən - skanerlərdən (başqa adı: faqlar, polifaqlar) istifadə olunur. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün

«maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin “evristik skanerləmə” alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir (“ola bilsin yoluxub” və ya “yoluxmayıb”).



Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC - cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanır.

İmmunizator özü rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Birincilər adətən faylların sonuna yazılır və hər dəfə fayldan istifadə edildikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların əsas nöqsanı stels-virusa yoluxma barədə məlumat verə bilməməsidir. Buna görə bu immunizatorlardan praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi istənilən növ virusa yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.


Yüklə 114,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin