Fənn: Torpaq kadastrı



Yüklə 52 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü52 Kb.
#112217
növüQaydalar
  1   2
kadastr-6





Fənn: Torpaq kadastrı
Mövzu 6: Torpaq kadastrının aparılması qaydaları
Torpaq kadastrının aparılması qaydaları
Torpaq kadastrının aparılması qaydaları. İstehsal vasitəsi kimi torpaqdan düzgün və səmərəli istifadənin təşkilində həm dövlətin, həm də ayrı-ayrı torpaq subyektlərinin marağı vardır. Vahid torpaq fondundan istifadəyə nəzarətin həyata keçirilməsi torpağın hüquqi, təbiət və təsərrüfat baxımından öyrənilməsini, yəni zəruri və obyektiv məlumatlar toplumundan ibarət dövlət torpaq kadastrının tətbiqini zəruri edir.

Dövlət torpaq kadastrı aşağıdakı tərkib hissələrdən ibarətdir: torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, torpaqların bonitirovkası, torpaqların iqtisadi və normativ qiymətləndirilməsi.

Azərbaycanın dövlət torpaq kadastrı öz mahiyyətinə görə dövlət tədbiridir. Dövlət torpaq kadastrının dövlət tədbiri olmasını şərtləndirən səbəblər isə aşağıdakılardır:

- dövlət, bələdiyyə və xüsuis mülkiyyət formalarından ibarət olan vahid torpaq fondunun dövlət torpaq kadastrının obyekti olması;

- torpaq kadastrının aparılması qaydaları, kadastr sənədlərinin forması, kadastr məlumatlarının dəqiqləşdirilməsi və təzələnməsi dövrülüyünün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi;

- dövlət torpaq kadastr tədbirlərinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən vahid qaydalar əsasında həyata keçirilməsi;

- dövlət torpaq kadastrı ilə bağlı bütün tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi;

Torpaqların hüquqi, təbii və təsərrüfat vəziyyəti haqqında dürüst məlumatların olması torpaq kadastr tədbirlərinin əsas tələblərindən biridir. Bu, torpaq kadastrının hər bir tərkib hissəsi üçün lazımi göstəricilərin müəyyənləşdirilməsini zəruri edir. Torpaq kadastrının ümüumi səciyyəsindən göründüyü kimi, onun aparılmasından ötrü müddəti də göstərilməklə torpağın kimin sərəncamında olması (dövlət, bələdiyyə, xüsusi), torpaq mülkiyytəçilərinin, istifadəçilərinin və icarəçilərilərinin ixtiyarında olan torpaqların və kənd təsərrüfatı yerlərinin (uqodiyaların) sahəsi və tərkibi, torpaqların keyfiyyəti və onların müqayisəli qiymətləndirilməsi haqqında məlimatların olması tələb olunur. Bu məlumatlar torpaq kadastrının ayrı-ayrı tərkib hissələri üzrə müxtəlifdir. Məsələn, torpaq mülkiyytəçilərnin, istifadəçilərinin və icarəçilərinin dövlət qeydiyyatı və torpaqların kəmiyyət uçotu zamanı torpaq kadastr məlumatları torpaq sahəsi üzərində hüququ əldə edəcək şəxs barədə məlumat, torpaq sahəsinin təsviri (torpağın kateqoriyası, istifadə məqsədi, torpaq uqodiyasının növü, torpaq sahəsinin ölçüsü, sərhədləri, kadastr nömrəsi) və digər kəmiyyət göstəriciləri ilə məhdudlaşarsa, torpaqların keyfiyyət göstəricilərinin uçotu üçün isə torpaqların (uqodiyaların) təkcə sahələri deyil, onların keyfiyyətini səciyyələndirən məlumatların olması da vacibdir. Bu göstəricilərə torpaqların tipi, qranulometrik tərkibi, torpaqların qida elemetləri ilə təmin olunması, turşuluğu, eroziyası, şorlaşması, şorakətləşməsi və s. daxildir. Torpaqlar bu və ya digər təbii əlamətin (qranulometrik tərkib, şorlaşma, şorakətləşmə, qida elementləri ilə təmin olunma və s.) təzahür dərəcəsinə (zəif, orta, şiddətli) görə bir-birindən fərqlənirlər.

Torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinə dair göstəricilər torpaqların sahəsi və bonitet balları vasitəsilə səciyyələndirilir.

Torpaq kadastr məlumatlarının təyinatından asılı olaraq onların əldə edilməsi müxtəlif üsullarla həyata keçirilir. Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) sahəsini hesablamaqdan ötrü ərazidə ölçmə işlərinin, torpaqların təbii xassələrini və bitki örtüyünü təyin etməkdən ötrü çöl və laboratoriya tədqiqatlarının, torpaqların iqtisadi qiymətləndirilməsindən ötrü isə torpaqların təsərrüfat istifadəsinə dair statistik məlumatların toplanması, hesablanması və analizi tələb olunur.

Bununla belə, ilkin torpaq kadastr məlumatları torpaq sahələrinin yerdə (naturada) tədqiqi əsasında əldə edilir. Bu işlər yerdə (naturada) aşağıdakı müddətlərdə aparılır:

torpaq və geobotaniki tədqiqatlar – 10 ildə bir dəfə;



aqrokimyəvi tədqiqatlar – 5 ildə bir dəfə;

meliorasiya işləri aparılmış, eroziyaya uğramış, duzlaşmış və keyfiyyəti pisləşmiş torpaq sahələrində zəruri hallarda.

Dövlət torpaq kadastr tədbirləri bir dəfəlik deyil, torpaqların vəziyyəti haqqında məlumatların əldə edilməsi və təzələnməsi ilə bağlı daimi prosesdir. Dövlət torpaq kadastrının aparılması qaydaları “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aprılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Qanunvericilikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə digər orqanlarla birlikdə dövlət torpaq kadastrının aparılması ilə bağlı aşağıdakı vəzifələr həvalə edilirdi:

- torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin dövlət qeydiyyatı, torpaqların qiymətləndirilməsi, torpaq (torpaq-aqrokimya və torpaq meliorasiya tədqiqatları da daxil olmaqla), geobotaniki və digər tədqiqat və axtarışlar aparılması, torpaqların vəziyyəti üzərində operativ müşahidə, habelə dövlət torpaq kadastrının aprılması üçün zəruri olan metodik göstəriş və təlimatlar işləyib hazırlayır və təsdiq edir;

- torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və qiyməti barədə uzunmüddətli və operativ informasiyaya olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, dövlət torpaq kadastrının daim təkmilləşdirilməsi üzrə və yaranan xalq təsərrüfatı, təbiəti mühafizə ehtiyaclarına dair məlumatların torpaq kadastrı sənədlərinə daxil edilməsi üzrə tədbirlər görür;

- torpaq haqqında məlumatların sistemləşdirilməsini, öyrənilməsini və saxlanmasını, habelə dərc edilməsi zəruri olan dövlət torpaq kadastrı materiallarının nəşrini təmin edir.

Qanunvericilikdə torpaq-kadastr məlumatlarının dəqiqləşdirilməsi və yeniləşdirilməsi, hesabatların tərtibatı qaydaları da verilmişdir:

1. Mülkiyyət formasından asılı olmayaraq, bütün torpaq istifadəçiləri onların mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqların tərkibində baş verən dəyişikliklər barədə hər il yanvarın 1-ə müvafiq icra hakimiyyəti orqanının (bələdiyyənin) kənd, qəsəbə və rayon tabeli şəhərlərdəki nümayəndəsinə, onlar isə öz növbəsində müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanına (bələdiyyəsinə) müəyyən edilmiş formada hesabat verirlər;

2. Rayon (şəhər) icra hakimiyyəti orqanları (bələdiyyələr) öz inzibati ərazi hüdudunda torpaq sahələrinin kəmiyyət, keyfiyyət və istifadəsi üzrə hesabatı fevralın 20-dək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti isə martın 1-dək təsdiq edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edirlər;

3. Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayonlar, rayon və respublika tabeli şəhərlər, Naxçıvan Muxtar respublikası və Azərbaycan Respublikası üzrə torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında (yanvarın 1-ə olan vəziyyət üzrə) hesabat tərtib edir. Həmin hesabatlara aşağıdakılar daxil edilir:

- ümumi torpaq sahələrinin ( o cümlədən suvarılan torpaqlar haqqında) kəmiyyəti və onlarda baş verən dəyişikliklər, onların növləri, torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi haqqında məlumatlar, habelə torpaqdan istifadə hüququna xitam verilməsi hüquqi və fiziki şəxslərin torpaqlarının əvvəlki istifadəçisinə qaytarılması, istifadə edilməyən, səmərəsiz istifadə edilən və təyinatı üzrə istifadə edilməyən torpaqların geri alınması, ötən ildə dövlət və ictimai ehtiyaclar üçün ayrılmış və rekultivasiya edilmiş torpaqlar haqqında məlumatlar;

- qanunvericiliyə müvafiq olaraq torpaq sahələrinin alqı-satqısı, nizamnamə (pay) fonduna verilməsi, girov qoyulması (ipotekası), dəyişdirilməsi, bağışlanması, vərəsilik qaydasında başqasına keçməsi, istifadə və icarə hüquqlarının başqasına keçməsi, habelə torpaq sahələrinə qoyulmuş servitutlar və digər öhdəliklər barədə məlumatlar;

- beş ildə bir dəfə torpaq vergisinin, icarə haqqının və torpaqların normativ qiymətinin hesablanması üçün lazım olan məlumatlar.

Növbəti mərhələdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə barədə ayrı-ayrı rayonlar, respublika tabeli şəhərlər və Naxçıvan Muxtar respublikası üzrə ümumi hesabatı hər il aprelin 30-dək öz kollegiya iclasında təsdiq edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Statistika Komitəsinə təqdim edir.





Yüklə 52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin