Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə15/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu : Elektrik avadanlıqların yerləşdirilməsi haqqında məlumat. Avadanlıqların iş sxemasının qurluşu

Qatar dayanacaqlarda dayandığı zaman, işıqlandırma xətti və gərginliklə qidalanan qurğular AБ akkumlyator batareyası ilə, hərəkətdə olduğu zaman isə Г 1 və Г 2 generatordan qidalanır. Sorucu ventelyatorların elektrik mühərrikləri, mərkəzdən qaçma nasosu 18 saylı kleyma vasitəsi ilə qoşulur. Mətbəxdə yerləşdirilmiş sorucu ventelyatorların elektrik mühərriklər isə 22,11 saylı kleym və 12 saylı kontaktor vasitəsi ilə qoşulur. 10 saylı razetak isə, stol üstü ventelyatorları qoşmaq üçün nəzərdə tutulmuşdur. Vaqon altı magistral xəttinə eelktrik enerjini 37 saylı kleyma vasitəsi ilə verilir (qoşulur). Bu xətdə 20 amper gücə dözümü olan qoruyucu qoşulmuşdur və bu xəttin qoşulması üçün 45 saylı kontakdan istifadə edilir. Kompressorlar elektrik mühərrikləri 23,24 və 25 saylı naqillər ilə qidalanır. İşıqlandırma xətti ГПО qoşucu vasitəsi ilə qoşulur. Lyümisensiya işıqları ПЛ qoşucu ilə, bu halda idarə etmə paneldə quraşdırılmış СЛ 4 lampasının işığı yanır. 52 saylı lyümisen lampalar 51 saylı közərmə lampalar B 2 qoşucu ilə qoşulur. Düzləndirici qoşulduqdan sonra lyümisen işıqların qoşucu, rele açılaraq 5 saylı kontaktı açır belə halda qəza işıqlandırma xəttini açır. Əgər baş qoşucu “gündüz istismarı” vəziyyətinə qoyularsa onda VI, VII və VIII qrup işıqlar qoşulur. Bu qrup işıqların gərginliyi əlavə tənzimləyici vasitəsi ilə tənzimlənir. 8 saylı qoşucu quyruq işıqlarını qoşur ХФ, hansı ki, bu işıqlar tamburda qoyulmuş qoşucu ilə qoşulur. Əgər baş qoşucu ½ vəziyyətdə qoyularsa onda I, IV,V işıq xətti; 1/1 vəziyyətdə qoyularsa onda bütün işıq xətləri qoşulur. Əgər vaqon altı elektrik enerji xəttindən qidalanırsa onda II, II və X qrup xətləri qidalanmır. Bununla belə həmin xəttin gücə düşməməsinin qabağı alınmış olur. Əgər vaqon altı işıq xətti qonşu vaqondan qoşulmuş olarsa bu halda vaqonun işıqlandırma xəttinin minus vaqonun gövdəsindən qoşulur.



Mövzu : Restoran vaqonunun işçi sxeması haqqında məlumat

Restoran vaqonun əsas qurğular ventelyasiya sistemindən qoşulmuşdur. Bu sistemin dəqiq işlənməsi vaqonda qidalanan sərnişinlərin istədiyi halda olmalıdır. Vaqonda havanın temperaturu 220C olduğu zaman ventelyatorların elektrik mühərriklərinin aşağı, orta və böyük sürətlə qoşulması vacibdir. Bunun üçün vaqonun işçi sxemində quraşdırılmış P2 relesi və P3 releləri qoşulmaqla onların sürətini aşağı rejimə tənzimləmək olur. Havanın temperaturu 240C olduğu zaman rele P4 qoşularaq R2 və R3 açılır və həyəcanlandırıcı sarğısını qidalandıraraq kontaktorların P3 və P4 işç sxemdən çıxardaraq ventelyator ikinci – orta sürətə qoşulur. Eleketrik enerji R müqavimətindən keçərək həyəcanlandırıcı sarğını qidalandırır və ventelyatoru III rejimə qoşaraq, daha sürətini artırır və bununla ventelyatorlar I, II və III cür rejimdə işləməsinə imkan yaradır. Ventelyatorların mütamadi qoşulmasının qabağını almaq üçün xəttdə termostat əlavə edilmişdir. Onun qızması nəticəsində P3 rele – 3 xəttidə qoşulmasına ləngiyərək qoşucunun 1/1 vəziyyətinə gətirir və ventelyator avtomatik olaraq II sürət vəziyyətinə, daha sonra 30 qızdırıcı sistem nasosunun dövrəsini qidalandıraraq ventelyatorun elektrik mühərrikini ən aşağı fırlanma sürətinə qoşur. I

Vaqonun soyuducu qurğuları 1,3 və 5 (xaladelniklər) hər iki generator işlədiyi zaman qoşula bilər. Bu xətdə iki köməkçi rele nəzərdə tutulmuşdur. Vaqonun hər bir soyuducu qurğuda iki əsas rele təşkil vardır. Bu relelər vasitəsi ilə soducular avtomatik olaraq qoşulur və açılır. Bu relelər 39 və 34 saylı relelərdir, 44 saylı enerji üçün və isidici 23 saylı relelərdir. Qurğuların dəqiq işinin təmin etmək üçün 2,3 və 4 damın altında, kompressorların üstündə isə sorucu ventelyator quraşdırılmışdır. Bu ventelyatorun gücü 45 vat onun fırlanma sürəti isə 3000 dövr – dəqiqədir.

Mövzu : Restoran vaqonların soyuducu qurğuların qoşulma və açılma sxemləri haqqında məlumat.

Qatar hərəkətdə olduğu zaman, iki generatorun hər ikisi işlək halda olduqda 25 naqil vasitəsi ilə 54 nömrəli releni qoşaraq idarə etmə cihazların xəttini qidalandırır, beləliklə 55 və 56 kontaktlar qoşularaq 1,3 və 5 – ci soyuducu qurğularınn işləməsi üçün hazırlayırlar. Əgər soyuducu qurğulardan birinin qoşulması tələb olunursa, məsələn 4 – cü onda 1 – 5K qoşucu qoşulur, sonra isə 4K qoşucu qoşulur. Bu vəziyyətdə elektrik enerji 24 saylı xətti ilə və 51 saylı kleyma ilə digər xətnən əlaqələnir. Bu xəttin qorunması üçün 10 amperlik quruyucu qoşulmuşdur. Bundan başqa kleym 3 vasitəsi ilə 4 saylı aqreqat, 26 saylı kontakt, 34 saylı rele, 4,21 saylı kleymlər vasitəsi ilə 58 saylı tərpənən kontaktın qoşucu kontaktlar saat əqrəbinin əks istiqamətə fırlanaraq, 58 saylı konatktın tərpənən kontakların qoşulması nəticəsində 76- cı kleym vasitəsi ilə 5 və 6 kleymləri qidalandırır. Bundan sonra elektrik enerji 52 saylı kleym vasitəsi ilə 4K saylı releyə keçərək 15 və 16 saylı təzyiq relesini qidalandırır. Rele 39 qoşuıaraq 37, 49 və qoşulur 36 saylı kontakt isə açılır. Bundan sonra 46 saylı kleymsən P kleymə keçərək 23 saylı istilik relesini qoşaraq, sonra isə 40 və 42 kontakları qoşur və beləliklə 45 kleymi və 18 elektrik mühərriki qoşur. Eyni vaxtda 33 saylı kleym qoşucudan elektrik enerji 17 saylı həyəcanlandırıcıya keçərək 18 saylı elektrik mühərriki iş rejiminə qoşur.



Elektrik mühərriki işə saldğı zaman işçi gərginlik çoxalır, 44 saylı rele açılır və eyni vaztda 43 saylı kontaktda açılaraq 34 saylı relenin qoşulmasını gecikdirir. Elektrik cərəyan 83 saylı kleymdən 6 saylı kleymə keçir, bununla belə 37, 43, 24 kontaktlar və 27 saylı sarğını qidalandıraraq rele 34 qoşularaq və 30, 29 və 28 kontaktlar qoşulur 26, 24 saylı kontaktlar isə açılır. 36 və 24 kontaktların açılması nəticəsində 38 və 27 saylı dövrədə müqavimətlər qoşulur, bunun nəticəsində 35 və 25 saylı relelərin sarğısından keçən enerjinin miqdarı azalır. 39 və 34 əsas relelərin qoşulması nəticəsində elektrik enerji mühərriklərə 42 və 30 saylı kontaktorlar vasitəsi ilə çatdırılır. Mühərrikdən N1 və N kleymlərdən keçərək, elektrik enerji ümumi 9 saylı mənfi naqili ilə qoşulur. R kleymdən 4 amperlik quruyucudan 20 saylı sorucu ventelyatoru mühərrikini qidalandırır. Əgər 2 və 4 saylı soyuducu qurğu işə qoşulmuş olarsa onda CЛ1 siqnal lampasında işıq yanır, əgər 1,3 və 5 saylı soyuducu qurğular qoşulmuş olarsa onda CЛ2 lampanın işığı yanır. Beləliklə hansı soyuducu qurğuların qoşuması barəsində xəbərdar edir. Əgər soyuducu qurğular vaqonun altındakı elektrik qəbuledici qutudan qoşulmuş olarsa onda CЛ3 lampanın işığı yanır .Soyuducu qurğulardan 2 və 4 saylı qurğular akkumlyator batareyələrdən qoşula bilər; 1,3,5 saylı soyuducu qurğular isə generatordan qoşula bilər.


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin