Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə3/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu : Freon – 12, Freon – 22 soyuducu agentlər haqqında məlumat

Xolodegentlər deyiləndə istiliyi kənarlaşdıran məhlul kimi nəzərə alınır. Termodinamik xassəyə malik olan bu məhlul aşağı temperaturda qaynama (buxarlama) hala gələrək yüksək temperatur və təzyiq yaradır. Termodenamik xassələrinə görə bir çox xlodagentlər misal gətirmək olar: CO2, amiyak NH3 və freonlar (freon – 12, freon – 22, freon – 142 və s)

Freon – 12 (CF2Cl2)- rəngsizdir, qoxusu yoxdur, xüsus çəkisi, ammiyakın xüsusi çəkisindən

5 – 6 dəfə çoxdur, zərərsizdir, yabnır və partlayışa meyilli deyildir amma açıq havada yandığı zaman zəhərli qazlar alınır. Buna görə də freonla işləyən qurğuların yanında siqaret çəkmək və alov yaratmaq qətti qadağandır. Freon təmiz halda olduğu zaman metala heç bir təsir göstərmir.Əgər onun tərkibində 0,004% nəmlik olarsa onda bütün işləyən boruları korroziyaya uğradır. Ona görə də sistemi freonla doldurarkən boruların (xəttin) içi quru və freonun özünü isə xüsusi quruducuda qurutmaq lazımdır. Freon aktiv dərəcədə yağda həll olunur, soyuducu xətdə paslanma hallar olarsa pası əridərək tərkibinə qarışır, boruların birləşdirilmiş yerlərindən (çox nazik deşikdən) axa bilər. Buna görə də freondan istifadə olunan xətlərdə işlər aparılarkən çox diqqətli olması tələb olunur.

Yüksək termodenamik xassələrə məxsus olduğu üçün, insan orqanimə təsir etmədiyi üçün freon – 12 geniş halda vaqonların soyuducu qurğularında və sərnişin vaqonların hava soyuducu sistemində istifadə olunur. Freon – 22 (CHClF2) öz xassələrinə görə freon – 12 – yə çox uyğundur, amma ona nisbətən baha başa gəlir və vaqonların soyuducu sistemindən yəni boruların quraşdırılmış – bərkidilmiş yerlərindən sızılmaq ehtimal var. Freon -22 – nin soyutma əmsalı böyükdür. Ona görə də bu məhlul ilə işləyən kompressorlar öz həcminə görə kiçik, çəkisinə görə isə yüngül olurlar. Bu cür xüsusiyyətlər isə hava soyuducu qurğular sistemində, qurğuların ümumi çəkisinin azaldılmasına kömək edir. Ona görə də freon -22 məhlulun prespektivləri çox böyükdür.

Mövzu : Su ilə qızdırılan sistemin iş prinsipi haqqında məlumat.

Sərnişin vaqonlarda su ilə qızdırmasistemi, qazanda isidilmiş suun borular vasitəsi ilə sirkulyasiya nəticəsində yaradılır. Bu sistem aşağı təzyiqli sistem adlanır. Sistemdə olan su mütəmadi olaraq atmosfer ilə əlaqə saxlaya bilir və özü və yaxud məcburi sirkulyasiya oluna bilir.

Borular yuxarı hissə ilə aparılan qızdırıcı sistem çox vaxtı özü sirkulyasiya olunan sistem sayılır. (şəkil - 18). Qazanda isidilmiş su 1 şəkildə gördüyünüz qazanın üstündə quraşdırılmış baka 2 doldurulur (bu bakın tutumu qazanın tutumunun 5 – 10% - i təşkil edir) bu su sistemdə su itkisi olduğu zaman həmin itkini doldurur. Boruların içindəki suyun qızması nəticəsində və başqa səbəblərdən sistemdə suyun sirkulyasiya pisləşə bilər. Qazanın yuxarı hissəsində quraşdırılmış bak vasitəsi ilə 3 vaqonun hər iki tərəfinə izolyasiya edilmiş 4 borularla isidici xətti çəkilmişdir və aşağı 5 qızdırıcı xətlər təkilmişdir. Aşağı hissədə keçirilmiş isidici borular qazanın aşağı gövdəsinə quraşdırılmışdır. Bu cür sistemdə su soyuq halda olduğu zaman öz ağırlığı nəticəsində aşağıda olur, ona görə də sistemdəki suyun qızmış halda olması məqsədə uyğundur. Bu sistemdə suyun qızması qazanın üstündəki bakda çox olacaqdır. Borularda olan suyun temperaturu isə qazanın içindəki su ilə qarışdığı zaman təzədən temperatur dəyişilir. Beləliklə, dəmir kuzalı (istiləşdirilmiş) vaqonlarda quraşdırılmış isitmə sistemi ancaq vaqonun içindəki havanı yox hətta lazım gəldiyi zaman ventelyatorlar vasitəsi ilə vaqonun içərəsinə vurulmuş havanı da qızdırır. Bunun üçün kaloriferlərdən istifadə edilir. Bəzi hallarda kaloriferlər qazanın üstündəki bak ilə əlaqələndirilir. 1952 – ci ildən başlayaraq Kalenin adına vaqon istehsal zavodda istehsal olunan vaqonlarda istilik sistemi vaqonların yuxarı hissəsindən keçirilməsi ilə istehsal edilmişdir. Vertikal slindirik halında olan qazandan istifadə edilmişdir. Bu vaqonların gövdəsi metaldandır. İstilik sistemdə quraşdırılan qazan slindirik formadadır. Bu qazanın istilik əmsalı 35000 kkal saata bərabərdir.


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin