Mövzu : Soyuducu sistemin qazla doldurulması zaman təhlükəsizliyin qorunması
Sərnişin vaqonların kupelərində havanı sərinləşdirilən zaman, bu sistemdə işləyən qurğular yüksək gərginlik və təzyiq altında işləyirlər.Bunları nəzərə alaraq xidmət göstərən işçilər yüksək kvalifasiyalı olmalıdr. Bundan əlavə onlara xidmət edən işçilər təhlükəsizlik qaydaları bilməli və onlara əməl etməlidirlər. Bu işdə işləyən işçilər təhlükəsizlik və yanğından mühafizə qaydalarını yaxşı bilməlidirlər. İşçilərin biliklərin yoxlanılması, rəhbərlik və təmir ustaların üzərinə düşür.
Vaqonların bələdçiləri və bu qurğuların təmiri ilə məşğul olan briqadalar qurğulara qulluq göstərmək haqqında təlimatları yaxşı bilməlidir. Əgər yuxarıda qeyd olunanlara əməl edilməzsə onda iş görərkən, qəza, yanğın və bədbəxt hadisələr baş verə bilər.
Soyuducu qurğulara qulluq göstərərkən ən əsas Freonla işləyən qurğulara xidmət təlimatı bilməli və həmin təlimatda göstərilənlərə əməl etmək lazımdır. Soyuducu qurğuları istismar edərkən manometrlərin, sistemdə işi tənzimləyən avtomatik cihazların: (təzyiq relesi, qoruyucular, klapanlar və s) düzgün işləməli, onların saz vəziyyətdə olması vacibdir.
Elektrik qurğuların istismarı zaman təhlükəsizlik. Elektrik cərəyanı insan həyatı üçün nə qədər qorxulu olduğunu hamımız bilirik. Bunun üçün elektrik gərginliyi altında işləyən (elektrik mühərrikləri, aparatları, qızdırıcıları, başqa cihazlar) qurğulara xidmət və təmir işləri apararkən, bu işləri aparan şəxslərə onların gərginlik olması barəsində mütləq xəbərdar edilməlidir. Bu qurğulara xidmət edən şəxslər 400 b gərginlik altında işləyərsə “Müəssisələrdə elektrik qurğularının istismarı zaman təhlükəsizlik qaydaları” təlimatına əsasən işlərini qurmalıdırlar. 12 b altında işləyən elektrik avadanlıqlarda iş görülməsinə icazə verilir.
Mövzu : . Soyuducu sistemdə istifadə olunan avtomat tənzimləyicilərin təyinatı və vəzifəsi.
Soyuducu kondensə sistemində istifadə olunan avtomatik tənzimləyici bir çox cihazlardan istifadə olunur. Onları iş prinsipinə görə üç qrupa ayırmaq olar:
Tənzimləyici cihazlar: havanın parametrlərini tənzimləyən cihazlar. O cümlədən temperaturun və rütubətin tənzimləyici cihazlar:
İcra edici mexnizm: daha doğrusu birinci qrup cihazların verdiyi impulslara əsasən vaqonun içindəki havanın temperatur dəyişdirir:
Avtomatik quruyucu cihazlar: qurğuların təhlükəsiz və ara kəsilmədən işləməsini təmin edir.
Bunlardan başqa qurğuların normal və qeyri normal işini nəzəratdə saxlayaraq və yaxud onların işinin düzgün və ya düzgün olmayan zaman avtomatik olaraq işinin tənzimlənməsini ya da siqnallar vasitəsi ilə xəbərdar edilərək yaranmış çatışmamazlıqların üzə çıxarılması köməklik göstərir. Bütün bu qurğular və cihazlar bir – biriləri ilə elektrik (rabitəsi) xətti ilə bağlıdırlar. Birinci dərəcəli tənzimləyici cihazla qruppasına temperatur ölçmək üçün temperatur daçikləri (termostatlar) rütubətini ölçmək üçün isə barometrlərdən istifaə olunur.
Temperatur datçiki: Bu cihaz temperatur dəyişilməsinə nəzarət yetirir. Termodatçik, termostat və termotənzimləyici kimi adlandırılır. Bütün termodatçiklər hisedici elementlərdən ibarətdir. Bu datçiklər temperaturun dəyişilməsi ilə əlaqədar məhlulun fiziki tərkibinin dəyişilməsini üzə çıxardır. Termodatçiklərin iş prinsipi mayenin həcminin artması qanuna əsaslanmışdır. Bu cür cihaza misal olaraq civəli termometrdə kondensə soyuducu sistemində geniş istifadə edilir.
Bu kontaktlı termometr zədələnməməsi üçün onun xüsusi futlyarda (qabda) quraşdırılır.
Rütubət datçiki: Bu cihaz havanın rütubətini yoxlamaq üçün istifadə olunur. Bu cihazın hazırlanması zaman, hissiyatə yüksək olan hidroskopik materialdan hazırlanır. Bu material rütubəti hiss etdiyi zaman uzanır və yaxud sıxılır. Bu material ipəkdən, kağızdan və yaxud insan tükündən hazırlanır.
İcra edici mexanizm. Bu mexanizm hava kondensə qurğuları sistemində havanın parametrlərini dəyişildiyi zaman, məsələn klapanların, hidravlik və elektrik ventelyasiya qapaqların, solenoidli ventellərin, kontaktorların qoşulması və açılması üçün istifadə olunur. Bu mexanizm solenoidli ventelisi iş sistemini idarə edir. (bu ventel 7-ci şəkildə göstərmişəm)
Avtomatik quruyucu cihazlar. Bu sistemdə istifadə olunan cihazlar sıradan çıxmasının qarşısını alır. Bu cihazın şəklini 8 – ci şəkildə sizə göndərmişəm. Bu cihaz soyuducu sistemdə təzyiqin qalxmasını və aşağı düşməsini tənzimləyir.
Siqnallizasiya sistemi nəzarətdə saxlayan cihazlar və apparatlar. Hava kondensə qurğuların işini nəzarətdə saxlamaq üçün elektrik ölçü cihazlarından başqa, fereon sistemində təzyiqini ölçmək üçün manometrlərdən, distansion termometrlərdən işıqlandırıcı lampalardan, müəyyən olunmuş aqreqatların sistemə qoşulduğu zaman (ventelyatorlar, kompressorlar, qızdırıcı cihazlar və s) bu qurğular iş vəziyyətini üzə çıxartmaq üçün istifadə edilir.
Dostları ilə paylaş: |