Mövzu : Avtomatik tənzimləyici cihazlar haqqında məlumat
Avtomatik tənzimləyici cihazlar havanın kondensə qurğuları 11 nömrəli şəkildə göstərilmiş baş qoşucu vasitəsi ilə idarə edir. Bu qurğu əl ilə idarə olunmur. Bu sistemdə kompressoru işə salmaq üçün iki məftilin bir – birinə qoşaqla işə salmaq olar. Bu sistemi işə salmaq üçün idarə etmə paneldə 1 baş qoşucunun vəziyyətinin dəyişdirilməsi ilə yerin yetirilir. Sistemin iş prosesini panelin 2 yuxarı hissəsində quraşdırılmış siqnal lampaları ilə nəzarətdə saxlayır. Akkumlyator batareyalarına nəzarət isə 3 ampermetr ilə aparılır.
İdarə etmə paneldə 1 rəqəmi ilə işarə edilmiş baş qoşucunun (şəkil 12) 6 vəziyyəti vardır. Baş qoşucunun 1 – ci vəziyyəti, vaqon istismarda olmadığı zaman sus sisteminin sirkuyasiyasını işə salmaq üçün nəzərdə tutulmuşdur. Bu qoşucunun 2 – ci vəziyyəti işçi vəziyyət deyildir. Bu vəziyyətdə idarə etmə cihazlar elektrik qidalanması ilə məhdudlaşdırılır. 3 – cü vəziyyətdə ancaq ventelyasiya sistemi qidalanır. Bu cür hal vaqonda təmizlik işləri apararkən həyata keçirilir. 4,5 və 6 – cı vəziyyətlərdə sərinləşdirici və elektrik isidici qurğular işə salınır. O cümlədən venetelyasiyanın ara kəsilmədən və avtomatik olaraq işləməsini və vaqonda cürbəcür hava temperatur rejimlərin saxlanılmasını: 4 – cü vəziyyətdə 20,1 – 21,20; 5-ci vəziyyətdə 21,7-22,80, 6-cı vəziyyətdə isə 23,4 – 24,50 – dək vəziyyətlərini təmin edir.
Soyuducu və qızdırıcı sistemin qurğularının avtomatik idarə edilməsi impulslar vasitəsi ilə idarə edir. Bu impuslar civəli – kontaktlı termometrlər vasitəsi ilə idarə olunur. Bu termometrlər vaqonda havanın çıxış yerlərində quraşdırılmışdır. Termometrlər əlavə elektriklə qızıdırılır. Bunun nəticəsində termometr qapayıcı və açıcı kontaktlardan istifadə edir. Elektriklə təmin edici sistemə aşağıda qeyd olunan qurğular aiddir. Vaqon hərəkətdə olduğu zaman onun elektrik tələb olunan qurğuları genartordan qidalanır. Bu generator hərəkətini vaqonun təkər cütünün oxundan reduktor – kardan qurğusu ilə alır. Bu genartor 1 (şəkil 13) sabit cərəyan istehsal edir 23 kvt gücə malikdir və 135 volt gərginlik istehsal edir. Generator ilə birlikdə bir ox üstündə üç fazalı asinxron elektrik mühərrik də quraşdırılmışdır. Bu elektrik mühərrik vasitəsi ilə, qatar uzun müddətdə dayanacaqlarda dayandığı zaman 380 b dəyişən cərəyan xəttindən qidalanır. Elektrik mühərrik xüsusi razetkadan qoşularaq qidalanır bu cür qoşulma zaman əvvəl idarə etmə xətləri, sonra isə güc xətti və torpaqlama (zazemleniya) xətti qoşulur. Şəkildə gördüyünüz kimi 2 generator kardon valı ilə 3 qoşulmasını göstərmişdir. Qatar 8 – 10 km\s sürət götürdüyü zaman, generator isə 30km\s (520 dövr/dəq) qoşulur təxminən 42 km/s (720 dövr/dəq) qalxır və tam gücü ilə işləyir. Qatarın istiqamətinin dəyişməklə genartorun fırlanma istiqalətinin dəyişilməməsi, onun lövlərin üstündə quraşdırılmış qarşılıqlı kontaktların birləşməsi nəticəsində yaranır. Bu və digər kontakların qoşulması düzləndirici qurğusunun sayəsində yerinə yetirilir. Belə bir qurğunun işlədilməsi nəticəsində qatarın istiqamətinin dəyişilməsinə baxmaarq qidalandırma xəttində qütblər dəyişilmir və beləliklə elektrik sistemindəki cihazlar, qurğular əvvəlki kimi işləyir.
Mövzu : Refrijerator hərəkət heyətinin soyuducu qurğularına qarşı qoyulan tələblər
Tez xarab olan malların daşınılması üçün, izotermik vaqonlardan ibarət vaqon parkı təşkil edilmişdir. İzotermik vaqonlar elə vaqonlara deyilir ki, bu vaqonlarda yüklər daşınılarkən müəyyən temperatur yaratmaq mümkün olur. Soyuducu – sərinləşdirici hava və yaxud isti – müsbət temperatur yaradılır. Vaqonlarda bu cür hava şəraiti (buz, buz – duz qatışığı ilə maşın qurğuları) ilə isti temperatur isə (xüsusi peçlərlə, elektrik qızdırıcılarla) həyata keçirilir. Vaqonun kipləşdirilməsi üçün, içindəki havanın müəyyən zamanda dəyişilmədən saxlamaq üçün vaqonun divarlarını xüsusi izolyasiya qatı ilə izolə edilmişdir. Deməli bu vaqonlar xüsusi halda istehsal edilmiş vaqonlardır. Bu vaqonlar istismarda olduğu zaman vaqonun yüklənmiş hissəsində müəyyən olunmuş temperatur, rütubət havanın normal sirkulyasiyası , ventelyasiyası, qurğuların dəqiq işləməsi təmin olunmalıdır. Bu vaqonlarda daşınılan yüklərin növündən asıllı olaraq onlar universal və xüsusi növlərə ayrılır. Universal vaqonlarda tez xarab olan yüklərdən istiyə, soyuğa və buzlaşdırılmış halda daşınılan malların daşınması üçün istifadə olunur. Xüsusi vaqonlar isə (süd, çaxır və diri balıq) yüklərinin daşınması üçün nəzərdə tutulur. İzotermik vaqonların yük hissəsinin soyudulmasından asılı olaraq refrijerator vaqonlara – bu vaqonlar xüsusi soyuducu maşınlar vasitəsi ilə soyudulur; vaqon – buzxana, bu vaqonlar hal – hazırda istismardan çıxarılmışdır. Çünki bu vaqonların əziyyəti çoxdur, nəyin ki, onların verdiyi effekdən. Refrijerator vaqonlar qatar halında təşkil olunaraq (23 və ya 21) vaqonlardan (12 və ya 5) vaqon heyətindən və avtonom vaqondan hansı ki, bu vaqonun özünün soyuducu və elektrik qurğuları vardır. Refrijerator vaqonlar soducu sistemə əsasən agentlər vasitəsi ilə soyudulan və duz ilə suyun qatışığı ilə soyudulan prinsipə əsasən işləyən növlərə aid olanlardırlar. Refrijerator vaqonların qarşısına aşağıda qeyd olunan şərtlər qoyulmuşdur:
|