Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə7/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Mövzu : Generator mühərrikləri haqqında məlumat

Sərnişin vaqonları elektrik enerji ilə təmin etmək üçün genartorlardan istifadə edirlər. Generatorlar hərəkətini vaqonun təkər cütünün oxundan alır. Aşağıda qeyd olunmuş şəraitdə işləyirlər.



  • Fırlanma sürətinin ardı kəsilmədən və dəyişmədən işləməlidir

  • Periodik olaraq fırlanma istiqamətin dəyişməsi

  • Vaqon hərəkətdə olduğu zaman silkələnməyə məruz qalması

  • Yüksək keyfiyyətli ara kəsilmədən xidməti

  • Vaqonların biri – birindən açılıb qoşulan zaman yaranan toqquşmalar, titrəyişlər

  • Vaqonun altında nəm havanın əhatəsində, tozlu havanın əhatəsində olması

  • Yağışlı və qarlı havalarda ona təsir edilən şərait

Yuxarıda qeyd olunan generatorların iş şəraitlərini nəzərə alaraq, vaqonlarda quraşdırmaq üçün xüsusi genartorar istehsal etməyə başladılar. 1958 – ci ildən etibarən modelləşdirilmiş PД – 2Д tipli, gücü 3,4 kvt -a bərabər olan genaratorlar istehsal etməyə başladılar. Qeyd etdiyimiz genartorlar münasib olaraq onlar vaqonlarda tətbiq edilməsi məqsədə uyğun, amma vaqonlar mərhələ - mərhələ olaraq elektrik enerjiyə olan tələbatın artması nəzərə alsaq PД – 2Д tipli genaratorlar tələbatı ödəyə bilmədiyi üçün həm də çəkidə ağır olduğu üçün ГСВ – 2 və ГСВ – 8 tipli genartorlarla əvəz edildi. Bu tip generatorlar gücünə görə, gücü 4,5 kvt, çəkisinə görə digərlərdən, çəkisi – 250 kq yüngül olduğuna görə və istehsal edilərkən xərclərinə görə əlverişli olduğu üçün xeyli üstünlük verilmişdir. Generatorun tipində göstərilən hərflərin açıqlayıram.

Г – generator, C – sinxron, 2 və 8 rəqəmlər isə onların buraxılış növlərini göstərir. Bunların hazırlanması üçün istifadə olunan mis və maqnit xassəli polad materiallar digər generatorların hazırlayarkən istifadə olunan materiallardan az istifadə olunur. (ГСВ) , В – hərfi isə vaqon deməkdir. Bu hərflər rus əlifbası ilə qeyd olunan hərflərdir. Mən hərfləri öz əlifbamıza çevirsəm, onda bu tipli genaratorları tapa bilmərik. Bu generatorun gövdəsi 1 (şəkil 1) qalınlığı 18 mm olan 363 mm diametrə malik boruya oxşayır. Gövdəyə stator deyilir 4 stator hissəsində əsas və əlavə qütblər 5 yerləşdirilmişdir bu qütblərin üstündə araları (steklo vata) şüşəli pambıq izolyasiyası ilə izolə edilmiş makara yerləşdirilmişdir. 6 makara hansı ki, paralel və ardıcıl 7 – 8 sarğıları sarılmışdır. Bu generatorun lövhələri farlanması yaxşılaşdırmaq üçün, onun oxuna 9 rolikli patşibnik, 10 şarikvarı patşibnikdən istifadə olunur. Hava kondensə sistemi ilə təchiz olunmuş vaqonlarda 20 – 25 (kvata) kücə malik olan gebartorlardan istifadə edilir. Bu vaqonlarda elektrik enerjiyə tələbat çoxdur. Buna görə də, gücü çox olan generatorlardan istifadə edilir.



Mövzu : . Kompressorun iş prinsipi və elektrik mühərrikin qurluşu haqqında məlumat

Kompessor, vaqonların soyuducu qurğular sistemində ən əsas qurğudur, o buxarlayıcıda yaranmış xaladagentlərin buxarını soraraq, sonra isə həmin buxarı təzyiqə qaldıraraq kondensatora ötürür. Kompressorlar siniflərə görə aşağıdakı siniflərə bölünür. İş qurluşuna görə - porşenli, turbinli və işlədilən xalagentlərə görə əmsalına görə - kiçik iş əmsallı (havanın istehsalı) – 8000 kilo kal l\s, orta – 8000 – 50000 kilo kalori – saat hava istehsalına görə və - 50000 kilo kalori saatdan çox, havanın sıxlığının (təzyiqin) yaradılmasına əsasən isə; bir pilləli sıxıcılığa aid, iki pilləli sıxıcılıq qabiliyyətə malik olan və üç pilləli sıxıcılıq qabiliyyətə malik olanlar; silindirlərin vəziyyətinə görə- üfüqü, vertikal və V, W şəkilli olurlar; silindirdə olan xaladagentin düz xəttli və əyri xətli ötürülməsinə görə; porşenlərin işlək halda olması ilə laqədar – bir hissəli işə görə və yaxud iki hissəli işlək hala görə - aşağı sürətlə fırlanan (500 dövr – dəqiqəyə qədər) - yüksək sürətlə fırlanan (500 dövrdən- dəqiqəyə çox olan); elektrik mühərrikləri ilə qoşulması əlamətlərinə görə açıq tipli valın salnik ilə qoşulan tərəfinin – germetik və ya yarım germetik birləşdirilməsi üsulu ilə; kompessor və elektrik mühərrik bir gövdə içində də quraşdırıla blər. Havann kondensə hava soyuducu sistemində porşenli 4 – 8 silindirli, freonla işləyən, vertikal vəziyyətli V və W şəkilli kiçik və orta hava istehsal əmsala malik olan kompressorlardan istifadə edilir. Kompressor ФУИ – 8 (şəkil 5) Bu kompressor (salnikli) açıq tiplidir. Kompressor individual generator olan vaqonların soyuducu sistemində işləyən, yəni istifadə olunan soyuducu sistemə aiddir. Kompressorun əsas konstruktiv parametrləri aşağıdakılardır:

Silindirlərin sayı – 4 ədəd, silindirlrin diametri – 67,5 mm, porşenin hərəkət etdiyi məsafə - 50 mm, Kompressorin valın maksimal fırlanma sürəti – 1200 və ya 1400 dövr dəqiqədir. Kompressorun havanın istehsal əmsalı 8000 – 11 000 kilo kalori standart miqdarıdır. (içi əmsalı isə 18000 – 21000 kilo kalori - saatdır).


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin