Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə8/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Mövzu : . Soyuducu qurğuların idarə olunması haqqında məlumat

Bütün cihazların idarə edilməsi (şəki 6) bələdçinin xüsusi şöbəsində quraşdırılmış şitdən təşkil olunur. Şitin sağ tərəfində vaqonun işıqlandırma sisteminin quruyucuları1 yerləşdirilmişdir, yanında isə 2 vaqonun qrup işıqlandırma sistemini qoşmaq üçün qoşucu, 3 – isə aşağıda görünür, ümumi işıqlandırma sistemini qoşmaq üçün paket qoşucudur. Şitdə orta cərgədə aşağıdan yuxarı istiqamətində aşağıda qeyd olunan cihazlar quraşdırılmışdır: 5 – kontroller adlanır bu üç vəziyyətdə qoşuculuğa malik olan P - əl ilə idarə, A – avtomatik və O – qoşucu vəziyyətlərinə malik; 6 – qoşucu qurğuların yay və qış rejiminə qomaq üçün, iki vəziyyəti vardır qış və yay; 7 – iki ədəd düymə xəttin təzədən bərpası üçün 8 generatorun gərginliyini yoxlamaq üçün və akkumlyator batareyasının qidalanmasının ölçülməsini qeyd edir. Onun üç vəziyyəti vardır: generator, batareya və işıqlandırma.

Sol tərəfdən ikinci cərgədə quraşdırılmışdır: avtomatik 9 olaraq cihazların idarə etmə xəttini qoşmaq üçün; 10 kompressorun müxtəlif sürətlərlə işlətmək üçün qoşucu; aşağı, yüksək və 0- kompressor söndürülmüşdür; atmosferdən havanı sormaqdan ötəri; 11 qapağın açıb bağlamaq üçün qoşucu,iki vəziyyəti vardır : açıqdır və bağlıdır; kaloriferin 12 qapağının açıb bağlamaq üçün qoşucu, ventelyasiya qurğusunu 13 müəyyən olmuş sürətlə işlətmək üçün qoşucu.

Sol tərəfdə qıraqdakı cərgədə aşağıda iki ədəd qoşucu quraşdırılmışdır. 14 – ehiyat üçün, 15 elektrokaloriferləri əl ilə idarə etmək üçündür, eləcə də 16 elektrik dövrəsinin qorumaq üçün qoruyucu quraşdırmışdır. Panelin (şitin) yuxarı hissəsində qoruyucular və söndürücülər və elektrik ölçü cihazlar quraşdırılmışdır: voltmetr və ampermetr. Voltmetr 17 batareyanın gərginliyini öyrənmək üçün o cümlədən genartorun da gərginliyini ölçmək üçün. Digər voltmetr 18 isə kompressorun elektrik mühərrikin qidalanıb – qidalanmamasını göstərir.19,20, 21 ampermetrlər isə kənardakılar generatorun, ortadakı isə akkulyator batareyalarının elektrik enerjini ölçmək üçündür. Ən yuxarıda 22 lampalar quraşdırılmışdır. Orada on iki lampa quraşdırımışdır. Bu lampalar vasitəsi ilə qurğuların i vəziyyətinə nəzarət edirlər. Bu lampaların hər birisinin sol tərəfdən başlayaraq hansı xəttlərə qoşulduğunu ardıcıl olaraq göstəricəyəm.

Birinci lampa- su ilə işləyən kaloriferin qapağının bağlı olduğu zaman yanır

İkinci lampa- qızdırıcı xəttin borularının qapağının bağlı olduqda;

Üçüncü lampa -atmosferadan vaqona hava gələn kanalın qapağı açıq olduqda;

Dördüncü lampa – ventelyator aşağı dövrələrdə işlədiyi zaman işıq yanır;

Beşinci lampa- ventelaytor yuxarı dövrələrdə işlədiyi zaman İşıq yanır

Altıncı lampa – bu lampada qırmızı işıq yanır,geneartorların qoruyucu rele qoşulanda işə düşür

Yeddinci lampa – qazanxananı işə salmaq lazım gələndə işıq yanır

Səkkizinci lampa – Kompressor aşağı dövrələdə işlədiyi zaman yanır

Doqquzuncu lampa- Kompressor yuxarı dövrələdə işlədiyi zaman yanır

Onuncu lampa – qırmızı rəngdə yanır soyuducu qurğuları qoşanda batareyaların qorunması döyməsini basanacan yanır, qatar reyaların gücü azala bilər

On birinci lampa – Elektrokaloriferlər qoşuanda yanır

On ikinci lampa – vaqonun işıqlandırma (qidalandırma) xətti qonşu vaqondan qoşulmuş olarsa onda bu lampanın işığı yanır.






Mövzu : Solenoid ventel və təzyiq relesinin konstruksiyası haqqında məlumat.

Solenoidli ventel xaladagentlə işləyən soyuducu sistemdə quraşdırılmışdır. İki vəziyyətdə avtomatik işləmək (açmaq - bağlamaq) qabiliyyətinə malik olaraq elektromaqnit sıxıcı venteldir. Bu ventel aşağıda qeyd edilmiş əsas hissələrdən ibarətdir: 1 – gövdədə yerləşdirilmiş, 4 klapan (şəkil 7) solenoidli 7, elektromaqnit makara. Bu makaradan elektrik enerji keçdiyi zaman onda maqnit sahə yaranır beləliklə, onun 8 içlik makaraya tərəf istiqaməti dəyişir, 4 klapan açılır. Bununla belə ventelin gövdəsində olan deşiyin bütövlükdə açlmasına imkan yaradır. Şəkildə sağdan sola çəkilmiş oxla göstərilmişdir. Makaraya verilən elektrik enerji kəsildikdə makarnın içliyi təzədən öz əvvəlki vəziyyətinə qayıdaraq klapanın deşiyini bağlayır. Beləliklə xaladagentin dövrədə iş prinsipini tənzimləyir.

Təzyiq relesi (şəkil 8) özü iki rele əvəzinə işləyir. Aşağı və yüksək təzyiq releləri. Aşağı təzyiq relesi kompressorun hesablanmış təzyiqinin aşağı düşdüyü zaman avtomatik olaraq kompressoru dövrədən açır. Bu rele kompressorun sorucu xəttinə qoşulmuşdur. Yüksək təzyiqli rele isə soyuducu dövrədə hesablanmış təzyiqdən artıq olduğu zaman, kompressoru avtomatik olaraq dövrədən açır. Bu rele kompressorun buraxıcı xəttinə boru vasitəsi ilə qoşulmuşdur. Hər iki cihaz bir gövdə də quraşdırlmışdır. Ümumi elektrik kontaktaları ilə təmin edilmişdir. Şəkildə göstərilmiş təzyiq relesi freonla işləyən soyuducu qurğularda işlədilən sistemdə istifadə edilir.

Kompressorun soruxu xəttində freonun təzyiqi artdıqda relenin sildon adlanan 1 hissə 2 qolu tərpədir və 3 yayın sıxılma gücü azalır bununla belə 4 qolunun yer dəyişilməsinə gətirir. Axırda 5 lövhəni sıxır 6 elektrik kontaktı qoşur və bununla əlaqədar kompressoru dövrəyə qoşur. Sorucu xətdə freonun təzyiqi aşağı düşdüyü zaman sılfon 3 yayın zəiflənməsi nəticəsində, qolu əks istiqamətdə çəkir və bununla kompressoru dövrədən açır. Kontaktların açılması zaman qığılcım alınmasın deyə 7 maqnit quraşdırılmışdır. Yüksək təzyiqli silfon relenin konstruksiyası, aağı təzyiq relesinin konstruksiyası ilə uyğun gəlir. Ancaq onun diametri nisbətən kiçikdir. Fereonun təzyiqi soyuducu xəttə hesablanmış təzyiqdən artdığı zaman silfon 8 qolu 9 tərpədir 10 saylı yay 11 lövhə ilə birlikdə 5 kontaktı qaldırır, beləliklə aşağı təzyiq rele kontaktı ayırır. Bütün hallarda kontaktlar bir – birindən açılanda kompressor dayanır. Əlbəttə vaqonda olan havanın temperaturdan asıllı oaraq hava tənzimlənir. Bunun üçün avtomatik cihazlardan istifadə olunur. Bunlar termo rele və termodatçiklərdir.




Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin