Mövzu : Termo rele və manometrlərin qurluşu haqqında məlumat.
Sərnişin vaqonlarının soyuducu sistemi xüsusi idarə edir cihazların köməyi ilə sabit və sistemə aid cihazların, qurğuların sıradan çıxmasının qarşısını alır.
Vaqonların avtomatik soyuducu sistemə aşağıda qeyd olunmuş vəziyyətləri daima stabil işlək vəziyyətində saxlanılması vacibdir.
Freon buxarlandığı zaman onun soyuducu xəttində düzgün yerləşdirilməsi;
Havanın hərarətindən asıllı olaraq, bu sistemə məxsus cihazların xəttə qoşulub açılmasını təmin etsin;
Təmin edici xəttdə təzyiqin artmasına yol verilməməsi;
Sorucu xətdə təzyiqin aşağı düşməsinin qabağınn alması;
Elektrik mühərriklərinin həddindən artıq qızmasının qarşısının alınması;
Vaqonda müəyyən edilmiş havanın verilməsini təmin edilməlidir.
Yuxarıda qeyd olunanları yerinə yetirmək üçün avtomatik idarə olunan cihazlardan: termo və baro tənzimləyici ventellərdən ; manometrdən, təzyiq relesi və termoreleden istifadə olunur.
Termo rele sistemdə olan freonun və vaqonda olan havanın temperaturun dəyişilməsi ilə əlaqədar olaraq soyuducu qurğuların qoşulması və açılması üçün istifadə olunur.
Manometr soyuducu qurğunun sorucu və üfürücü hissələrindəki freonun təzyiqini nəzarətdə saxlamaq üçün istifadə olunur (şəkil 9). Sorucu xəttində quraşdırılmış manometr, manuvakuummetr də adlanır, onun iki şalası vardır. Manometrin üstündəki bir şkala 12 atmosfer təzyiqindən 760 mm civə stununa əsasən hesablama aparılır, digər şkala üzrə isə 0 – dan 50 atmosfer təzyiqə qədər freonun təzyiqini qeyd edilmişdir.
Mövzu : İstismarda soyuducu sistemə göstərilən xidmət haqqında anlayış
Hava kondensə qurğularının müəyyən olunmuş soyuducu temperaturun istehsal olunması, bu qurğuların uzun müddətli sıradan çıxmamasının şərtləri onlara vaxtlı – vaxtında texniki baxış göstərilməsindən ibarətdir. Beləliklə bu sistemin işləmə müddəti və təmirə ehtiyacı uzanır. Soyuducu qurğuların işi elə təşkil olunmalıdır ki, materialların ən minimal miqdarda istifadə etməklə, ehtiyyat hissələrinin istifadəsi və bu istiqamətdə çalışan işçilərin işçi qüvvəsini səmərəli istifadə etməklə, qurğuların vaxtından əvvəl sıradan çıxmasının qarşısını alınsın.
Sərnişin vaqonlar istismarda olduğu zaman soyuducu sistemə göstərilən xidmət yüksək kvalifikasiyalı işçilər tərəfindən aparılmalıdır. Nəticədə bu sistemdə aşkar olunan hər hansı çatışmamaqları vaxtında aradan qaldırılmalıdır. Bu cür xidmət göstərilməsi nəticəsində, vaqonda lazımı temperaturun yaradılmasına və soyuducu qurğuların ömrünün uzadılmasına, bu sistemə aid cihazların işinin düzgün qurmasına təminat verir. Bu sistemin avtomatik idarə olunmasına baxmaraq, vaqonların istismarda olduğu zaman onlara vaqon bələdçisi tərəfindən nəzarət edir. Soyuducu sisteminə aid olan cihazların və qurğuların işini daima təhlükəsiz təmin etmək üçün onlara profilaktik baxış keçirməli və aşkar olunmuş çatışmamazlıqları dövrü təmirdə aradan qaldrılmalıdır.
Vaqon hərəkətdə olduğu zaman, soyuducu sistem istismarda ikən onlara aşağıdakı təmir aparılmalıdır:
Vaqonun qatardan açılmamaq şərti ilə reys qabağı və yaxud qatarın axırıncı dayanacaqda olarkən cari baxış
Vaqonların qatardan açmaq şərti ilə, qeydiyyatda olan depoda aşkar edilmiş çatışmamazlıqların aradan qaldrımaq və cihazların qurğuların dəyişdirilməsi həyata keçirilməlidir.
Mövsum ilə ilə əlaqədar baxış ildə iki dəfə 1 – ci qurğuları yay mövsümünə hazırlayarkən, 2- ci soyuducu qurğuların qış mövsümü qabağı bağlayarkən
Dövrü təmir və baxış bu təmir və baxış vaqonların öz təmiri ilə üst – üstə düşür. Depo təmirlərini vaqonun qeydiyyatda olduğu depoda aparılır. Bundan savayı zavod təmiri aparılır ki, bu da vaqon təmiri zavodda aparılır.
Cari baxış zamanı kompressorların texniki sazlığına, cihazların işə salma və nizamlıyıcı qurğularına və istilik ötürücü boru xətlərini nəzərdən keçirtmək lazımdır. Ən əsası soyuducu qurğuların vaqonun ramasına bərkidilməsinə nəzər salmaq lazımdır, qatarların təhlükəsiz hərəkəti onların möhkəmliyindən ibarətdir.
Mövzu : Soyuducu sistemin qazla doldurulması haqqında məlumat
Vaqonların soyuducu sistemində aşağıda qeyd olunmuş şərtlər vacibdir. Nəzərdə tutulmuş soyuducu sistem freon ilə işləyirsə bu sistemdə təzyiq qalxırsa soyuducunun iş əmsalı azalırsa istifadə olunan elektrik enerji artırsa deməli kondensatorların üst hissəsinin çirklənməsi yaranmışdır. Bu cür halda qurğuların üst hissəsini isti su ilə yuyulmalı, yüksək təzyiqli hava ilə üfürülərək təmizlənməlidir. Bundan əlavə sistemin germetikliyini yoxlamaq lazımdır. Bunun üçün köpüklü su və yaxud galoidli lampadan istifadə edildi. Əsasən soyuducu xətdə olan boruların birləşmə yerlərindən freonun sızılma halları yarana bilər. Əgər xətdə müəyyən olmuş miqdardan freon az olmuş olarsa bu zaman xəttin soyutma effekti olmur. Bunun üçün xəttə freonun əlavə olunması lazım gəlir. Sərnişin vaqonların soyuducu xəttində təxminən 30 kq freon doldurulur. Xəttin doldurulması zaman kompressorun ilək halda olması lazımdır. Bundan əlavə freonla dolu balonu 35 – 45 dərəcə altnda tərəziyə qoyaraq, onu sistemi qazla təmin edilən ventelə qoşmaq lazımdır. Bu ventel köməkçi apparatların şitində quraşdırılmışdır. Bundan sonra sistemin ümumi venteli bağlamaq lazımdır. Tərəzi vasitəsi ilə sistemə doldurulmuş freonun miqdarını göstərici şüşə varsa, onda bu şüşə vasitəsi ilə sistemin dolmasına nəzarət etmək olar.
Soyuducu sistemə xidmət göstərərkən xəttin germetikliyini yoxladıqdan savayı aşağıda qeyd olunanları mütləq yoxlamaq lazımdır.
kompressorun yağının miqdarını, ədər yağın azalmasını aşkar olunarsa onun qarşısının alnması üçün tədbir görmək, avtomatik işləyən cihazların iş prinsipinə nəzər yetirərək işləmə qabiliyyətini yoxlamaq lazımdır.
Soyuducu qurğuların iş rejimini yoxladığı zaman aşağıda qeyd olunan şərtlər dəqiq olmalıdır:
kompressorun sorucu hissəsində temperatr 15 – 250 olmalıdır;
yağın miqdarı baxıcı deşikdən (pəncərədən) görünən miqdarda olmalı;
karterin temperaturu 650 – dən yuxarı olmamalı;
kondensasiya temperaturu atmosfer temperaturasından 150 – dən çox olmamalıdır
(150 + 350 = 500)
kompressorun işçi dövrü ilə sönməsi havanın temperatura uyğun gəlməlidir.
Dostları ilə paylaş: |