FəNN: vergitutma müƏLLİM: Nağıyeva Sədaqət Vəli Qızı


Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı



Yüklə 199,76 Kb.
səhifə47/56
tarix01.11.2023
ölçüsü199,76 Kb.
#131001
1   ...   43   44   45   46   47   48   49   50   ...   56
Mühazirə Vergitutma

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin dərəcələri
(manatla)

Qeyri-filiz faydalı qazıntıları:




- seolit

1,0

- barit

1,0

- mişar daşları

2,0

- çınqıl xammalı

1,0

- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər

1,0

- bentonit gilləri

1,0

- kərpic-kirəmit gilləri

1,0

- vulkan külü və pemza

1,0

- kvars qumları

1,0

- tikinti qumları

1,0

- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

1,0

- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)

1,0

- qiymətli və yarımqiymətli bəzək daşları

6,0

- duz

6,0

- yodlu-bromlu sular

0,04

- mineral sular

10,0

Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntıların isə hər kubmetrinə yuxarıdakı cədvəllərdə qeyd olunan dərəcələri tətbiq etməklə hesablanır.


Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabineti tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır. Verginin ödənilməsi və bəyannamənin verilməsi müddətləri Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər. Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə büdcəsinə) büdcəyə ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Maliyyə sanksiyaları və faizlər Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə və bəyannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
- Mədən vergisinin hesabatını və ya mədən vergisi üzrə öhdəliyin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğindəmaliyyə sanksiyası tətbiq edilir.
- Aktivləri barədə məlumatı əsas olmadan müəy-yən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntıların isə hər kubmetrinə yuxarıdakı cədvəllərdə qeyd olunan dərəcələri tətbiq etməklə hesablanır.
- Sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməməsi, habelə sənədlərin və ya məlumatların tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
- Verginin bəyannamədə göstərilən məbləği bəyannamədə göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği bəyannamə təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarındamaliyyə sanksiyası tətbiq edilir.
- “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi miqdarında, ikinci dəfə yol verdikdə 20 faizi miqdarında, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə >>>> uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 5 faizi miqdarında; >>>> il ərzində belə hala təkrar yol verdikdə, uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə alıcıya təqvim ili ərzində belə hala >>>> birinci dəfə yol verdikdə alınmış malların 10 faizi miqdarında, >>>> ikinci dəfə yol verdikdə 20 faizimiqdarında, >>>> üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
- Mədən vergisi yuxarıda göstərilən müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərti ilə, vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Yüklə 199,76 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin