Fənn: Verilənlər bazasının sistemləri Qrup: 32 Kurs: Müəllim: Orucova Gülşən Tələbə


VB-nın layihələndirilməsi mərhələləri



Yüklə 12,7 Mb.
səhifə2/3
tarix04.12.2023
ölçüsü12,7 Mb.
#138121
1   2   3
Verilənlər bazasının sistemləri

VB-nın layihələndirilməsi mərhələləri


Verilənlər bazası layihələndirilməsi
Istifadəçilərin informasiya tələblərinin tam təmin edilməsi üçün verilənlər bazasının layihələndirilməsi zamanı 2 cəhəti nəzərə almaq lazımdır:
  • mövzu sahəsinin sərhədlərini müəyyənləşdirmək və mövzu sahəsinin informasiya modelini yaratmaq;
  • istifadəçi sorğularına tam və dəqiq cavab verən verilənlər bazasını daima aktual vəziyyətdə saxlayan idarəetmə sisteminin yaradılması və ya seçilməsi.

Verilənlər bazasının layihələndirilməsi mərhələləri və hər bir mərhələyə uyğun giriş və çıxış informasiyanın tərkibi şəkildə göstərilmişdir.
VB-nın layihələndirilməsinin mərhələləri
İlkin mərhələdə tətbiq sahəsinin informasiya baxımından tədqiqi nəticəsində verilənlər bazasına qoyulan tələblər müəyyənləşdirilir və təhlil edilir. Sonra tətbiq sahəsinin informasiya-məntiq (infoloji) modeli yaradılır. Həmin modeldə tətbiq sahəsinə aid verilənlərin strukturu və onlar arasındakı əlaqələr əks etdirilir. Bu iki mərhələ verilənlər bazasının infoloji layihələndirməsini əhatə edir. Infoloji layihələndirmədə aşağıdakı məsələlər həll olunmalıdır:
  • Tətbiqi sahəsinin hansı obyektləri və prosesləri haqqında informasiya toplanmalıdır?
  • Həmin obyektlərin və proseslərin əsas xarakteristikaları və onlar arasında əlaqələr.
  • Obyektlər və proseslər haqqında sistemə daxil edilən anlayışların, xarakteristikaların və əlaqələrin təsvir olunması.

İnfoloji layihələndirmənin nəticəsində verilənlər bazasının konseptual sxemi yaradılır. Bu mərhələdə həmçinin istifadəçilərin sorğuları araşdırılır və nəticədə xarici infoloji modellər (altsxemlər) və onların konseptual infoloji modellə əlaqələri formalaşdırılır və təsvir edilir. Bu mərhələnin əsas tələblərindən biri ondan ibarətdir ki, konseptual sxemin və xarici modellərin təsviri konkret VBİS-lə bağlı verilənlərin təsvir metodlarından asılı olmamalıdır. Konseptual-infoloji model bütün sistemin etibarlı və uzunmüddətli işini təmin etməlidir. Müəyyən səbəblərdən VBİS dəyişdirildikdə konseptual-infoloji model öz stabilliyini saxlamalıdır.
Verilənlər bazasının reallaşdırılması üçün konkret VBİS-in seçilməsi, seçilən VBİS- lə bağlı verilənlərin məntiqi və fiziki strukturlarının təyini, verilənlərə müraciət metodlarının seçilməsi, təminedici və servis proqram vasitələrinin qurulması VB-nın dataloji layihələndirməsini əhatə edir. O 3 mərhələrdən ibarətdir: VBİS-in seçilməsi, məntiqi layihələndirmə və fiziki layihələndirmə.
Konseptual-infoloji layihələndirmə səviyyəsində VBİS-in xüsusiyyətləri nəzərə alınmır. Seçilmiş VBİS-lə bağlı amillər, kompüterin yaddaşında verilənlərin təşkilinin xüsusiyyətləri isə fiziki layihələndirmədə nəzərə alınır. Konseptual və fiziki layihələndirmə mərhələləri arasındakı mərhələ məntiqi layihələndirmə adlanır. Bu mərhələdə verilənlər bazasının VBİS-lə bağlı sxemi yaradılır. Bu zaman konkret VBİS- in və istifadəçilərin tələblərindən irəli gələn məhdudluqların ödənilməsi üçün VB-nin strukturunda dəyişikliklər edilə bilər.
Fiziki layihələndirmədə əsas məqsəd məntiqi sxemin tələblərinə və VBİS-in vasitələrinə uyğun olaraq verilənlərin yaddaşda saxlanmasının və onlara müraciətin səmərəli strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan ibarətdir. Verilənlərin fiziki təşkili VB-nın istismar xarakteristikalarına təsir edən əsas amildir.
Fiziki strukturda verilənlərin əsas vahidi saxlanılan fiziki yazıdır. Fiziki yazı bir və ya bir neçə məntiqi yazıya uyğun gələ bilər. Fiziki yazılardan fayllar yaradılır. Sadə halda fayl eyni strukturlu yazılar çoxluğudur. Fiziki verilənlər bazası bir və ya bir neçə əlaqələndirilmiş faylda ibarət olur. Fayllar arasında əlaqə yazıların açarları vasitəsilə əldə edilir. Beləliklə, fiziki layihələndirmədə aşağıdakı məsələlərə baxılır:
  • VB-yə daxil edilən fayllara uyğun yazıların formatlarının təyini;
  • Faylların yaddaşda təşkili;
  • Yazılara müraciət üsulları;
  • Verilənlərin tamlığı və təhlükəsizliyi;
  • Təminedici və servis proqramlarının yaradılması.

  • Fiziki layihələndirmənin parametrlərini dəyişdirmək imkanı olduğundan, layihənin bir neçə variantı yaradıla bilər və qiymətləndirmə kriteriləri əsasında onlardan ən səmərəlisi seçilə bilər. Qiymətləndirmə kriterilərinə aşağıdakılar daxildir: sorğulara cavabvermə vaxtı, təshih olunmaya sərf olunan xərclər, VB-nin yenidən təşkilinin tezliyi və ona sərf olunan xərclər, əsas və xarici yaddaşın sərfi.

Yüklə 12,7 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin