Azərbaycanın hərbi məktəbləri. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Silahlı Qüvvələrə savadlı kadrların cəlb edilməsi məqsədilə aşağıdakı hərbi məktəblər yaradılmışdır: 1919-cu ildə Bakıda “yunkerlər” məktəbi, 1918-ci il iyunda Gəncədə “hərbi çavuşlar” məktəbi, 1918-ci il oktyabrında Bakıda “hərbi dəniz təyyarəçilik” məktəbi (indiki Neft şirkətinin arxasında yerləşirdi). 1921-ci il oktyarın 7-də Azərbaycan Xalq Komissarlar Şurası tərəfindən qəbul edilmiş qərara əsasən “Birinci Azərbaycan hərbi məktəbi” yaradıldı. 1922-ci ildə məktəbə “Birinci Azərbaycan Proletar Hərbi məktəbi”, 1930-cu ildə “Bakı Hərbi Piyada məktəbi ”, 1939-cu ildə isə “Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi” adlanmışdır. İlk buraxılışı 1942-ci ildə olmuşdur. 1939-cu ildə “Ali Hərbi Dənizçilik məktəbi” fəaliyyətə başladı və ilk buraxılışı 1941-ci ilin sentyabrında oldu. Məktəbi məzunlarından 12 nəfər “Sovet İttifaqı Qəhramanı” adına layiq görülmüşdür, bunlardan 2 nəfəri 2 dəfə bu ada layiq görülüb. Milli hərbiçi kadrların hazırlanması məqsədilə uzaqgörən ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərliketdiyi müddət ərzində 28 iyun 1971-ci ildə “Cəmşid Naxçıvanski adına Hərbi lisey” adlandırıldı. Hərbi liseyin 12 nəfər məzunu “Milli qəhraman” adına layiq görülüb. 1995-ci ildə “Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi”, 1998-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası”, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində “Hərbi Tibb fakültəsi” açıldı, ilk buraxılışı 22 iyun 2002-ci ildə oldu.
Mövzu 6: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri. Hərbi qulluqçular və onlar arasında qarşılıqlı münasibətlər.