Tanklar və zirehli maşınlarla mübarizə aparma üsulları. Düşmənin tankları və zirehli maşınlarına qarşı, eləcədə onun nüvə hücumu vasitələri ilə mübarizə aparmaq ümumqoşun döyüşündə ən vacib vəzifələrdən biridir.Bu mübarizədə daha böyük müvəffəqiyyətə nail olmaq üçün döyüşçülər düşmən tanklarını və zirehli maşınlarının güclü və zəif cəhətlərini,xüsusəndə ən zəif yerlərini bilməlidir. Xarici ordularda ən əsas döyüş tankı orta tanklardır.Onlar həm motopiyada bölmələrlə ,həm də müstəqil surətdə döyüş apara bilər.