Zirehli maşınların təyinatı, növləri,döyüş xassələri. PDM tırtıllı zirehli maşındır mg –nın ş/h – in hərəkəti və döyüş aparması üçündür.Onun üzərində tank əleyhinə idarə edilən raket kompleksi (TƏİR),30 mm–lik top,7.62 mm və 12.7 mm kalaşnikov plemyotu (PK və PKT) quraşdırılmışdır. Bu maşın yüksək hərəkət sürətinə malikdir və qalın qar örtüyü olan yerlərdənasanlıqla keşə bilir. Maşın atomdan mühafizə sistemi və gecəgörmə cihazları ilə təchiz edilmişdir. (Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında PDM-1, PDM-2 və PDM-3, BMD-1, BRM-1K, MTLB). PDM-3 zirehli maşının döyüş xassələri:
İstehsal ölkə Rusiya Federasiyası
Buraxılış ili 1987-ci il
Lülə ilə birlikdə uzunluğu 7200 mm; eni 3300; hündürlüyü 2300 mm
Heyəti 3 nəfər(əlavə 5 +2 desanat)
Silahları: 1x100 mm 2A70 yivli yarımavtomat və 1x30 mm 2A72 yivli aviasiya topu
Tank əleyhinə raket kompleksi 1x100 mm 9M117 tipli TƏİR
Sürəti asfalt yolda 70 km/saat
Əlavə yanacaq ehtiyatı 600 km
Çəkisi 18.7 ton
ZTR təkərli döyüş maşınıdır,əsasən manqanın Ş/h –i döyüş meydanına çatdırmaq və döyüş zamanı bölməyə atəş yardımı göstərmək üçündür.ZTR- də böyük kalibrli 14,5 mm –lik Vladimirov və 7,62 mm –lik Kalaşnikov pulemyotları quraşdırılmışdır.(Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalında ZTR-60, ZTR-70 , ZTR-80, ZTR-80A və ZTR-D, CAR istehsalı APCMatador və Marauder, Türkiyə istehsallı Otocar Cobra, Mhombe, BRDM-2 ) .
ZTR-80A tipli maşının döyüş xassəsi:
İstehsal ölkə Rusiya Federasiyası
Buraxılış ili 1986-cı il
Uzunluğu 7650 mm; eni 2900 mm; hündürlüyü 4400 mm; klirens 475 mm
Heyəti 3 nəfər (əlavə 7 desant)
Silahları: 1x14.5 mm KPVT və 1x7.62 mm PKT tipli pulemyotlar