Mövzu 15: Atıcılıq hazırlığının mahiyyəti. Kalaşnikov avtomatının (AK-74M) təyinatı, quruluşu, döyüş xassələri və mexanizmlərinin iş prinsipi Atıcılıq hazırlığının mahiyyəti. Güllə atıcılığı və onun tədrisi metodikası kursu Atəş hazırlığı və Hərbi hazırlıq fənnləri ilə sıx əlaqəli surətdə tələbələrin nəzəri,əməli və metodiki hazırlığını nəzərdə tutur. Bütün dərslərdə tələbələrə silahdan inamla istifadə etmək vərdişi aşılanlr, atıcılıq hazırlığının hərbi- tətbiqi mahiyyəti göstərilir, müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl etmək öyrədilir. Bütün qrup dərslərində və əməli dərslərdə vaxtın müəyyən hissəsini atəş açmağın texnikasının öyrənilməsinə və silahın hazırlanmasına sərf edərək tələbələrə əməli və metodiki vərdişlər aşılanır. Güllə atıcılığı-şəxsi heyətə döyüşdə ştat silahından müxtəlif hədəfləri vurmaq üçün istifadə etmək üsullarının öyrədilməsinə deyilir. Güllə atıcılığı aşağıdakı məsələləri əhatə edir:
güllə atıcılığının əsaslarının,üsul və qaydalarının öyrədilməsi;
hədəfləri tapmaq və onlara qədər məsafələri təyin etmək üsullarının öyrədilməsi;
əməli surətdə atışın keçirilməsi.
Atəş açma - atıcının,nişangah ləvazimatlarının iştirakı olmadan, atış fəndlərinin düzgün yerinə yetirilməsinə yönəlmiş hərəkətləridirəAtəş açma silahın tuşlanmasından və tətiyin çəkilməsindən ibarətdir.Nişan alaraq atəş açma- atıcının, nişangah ləvazimatlarının köməyilə silaha düzəliş verməklə, atış fəndlərinin düzgün yerinə yetirilməsinə yönəlmiş hərəkətləri olub, atış üçün vəziyyətin alınmasından silahın tuşlanmasından,nişan alınmasından və tətiyin basılmasından ibarətdir. Atış üçün vəziyyət- atıcının, bədəninin silahla birlikdə ərazidə atış istiqamətinə görə səmtləşdirilmiş vəziyyətdə yerləşməsidir. Silahı tuşlama- atıcının, silahın fəzada istiqamətləndirilməsinə yönəldilmiş hərəkətidir.Tətiyin basılması- atışın yekun mərhələsində yerinə yetirilən fənddir.Praktikada tez-tez işlədilən “Atışa hazırlıq” termini- atıcının atəş açmağa hazırlığının psixi vəziyyətidir.