Fənni üzrə


Avtomatın hissə və mexanizmlərinin təyinatı və iş prinsipi



Yüklə 431,5 Kb.
səhifə46/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   ...   38   39   40   41   42   43   44   45   46
Avtomatın hissə və mexanizmlərinin təyinatı və iş prinsipi. Avtomatı döyüşdə bacarıqla işlətmək, atış zamanı yaranan ləngimə və nasazlıqları tez aradan qaldırmaq üçün onun hissə və mexanizmlərinin işini bilmək lazımdır. Lülə güllənin uçuşunu istiqamətləndirmək ,gülləyə başlanğıc sürəti vermək və güllənin fırlanmasına kömək edir. Çapı Yivlər arasında qarşı – qarşıya yerləşən iki sahə arasındakı məsafəyə deyilir. Lülə qutusu avtomatın hissə və mexanizmini birləşdirmək,lülə kanalının çaxmaqla bağlanmasını təmin etmək,çaxmağı kilidləmək üçündür. Lülə qutusunun qapağı lülə qutusunda yerləşən hissə və mexanizmini çirklənmədən qoruyur. Nişangah müxtəlif məsafələrdəki hədəflərə atəş açarkən avtomatı tuşlamaq üçündür. Arpacıq hər hansı hədəfə nişan almaq üçün istifadə olunur. Çaxmaq çərçivəsi və qaz porşeni çaxmağı və buraxıcı – zərbə mexanizmini hərəkətə gətirmək üçündür. Çaxmaq patronu xəzinəyə ötürmək,lülə kanalını bağlamaq,kapsulu vurub atəş açmaq,gilizi çıxarıb tullamaq üçündür. Xəzinə lülənin arxa hissəsi hamar formalı olduğuna deyilir. Qaytarıcı müxanizmlər çaxmağı çaxmaq çərcivəsi ilə birlikdə irəliyə qaytarmaq üçündür. Qaz borucuğu lülə üstlüyü ilə qaz porşeninin hərəkətini yönəltmək və atəş vaxtı əli yanmaqdan qorumaq üçündür. Buraxıcı-zərbə mexanizmi avtomatik və tək –tək atəş açmaq,atəşi dayandırmaq,çaxmaq bağlanmış vəziyyətdə ikən atəş açılmasının qarşısını almaq və avtomatı qoruyucuya qoymaq üçündür. Tətik ehtibarlı atəş açmaq üçündür. Daraq patronların yerləşməsi və onların lülə qutusuna verilməsi üçündür. Sünğü-bıçaq avtomatla həmləyə keçməzdən əvvəl birləşdirilir, düşməni əlbəyaxa döyüşdə məhv etmək üçündür, eləcə də,adi bıcaq, mişar, metal kəsmək, kəlbətin və çəkic kimi istifadə etmək olar.


Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin